Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3162/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı G. Quliyevanın tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli, AN-İ № ******* saylı müqavilənin etibarsız hesab olunması;
2. Mənzilin qeydiyyatı ilə bağlı sonrakı hüquqi nəticələrin ləğv edilməsi;
3. Cavabdeh3 ünvan 8-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
G. Quliyevanın iddia tələbinə verilmiş dəqiqləşdirmə
4. İddiaçının nümayəndəsi və vəkili iddiaya dəqiqləşmə təqdim edərək, ünvan 8 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqısatqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli, 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunması;
5. Mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi;
6. Cavabdeh3 ünvan 8-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırılması
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və Bakı şəhər Nəsimi rayon 3007-ci məhəllə Tibilisi prospekti 44C ünvanında yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dan ibarət qaraj sahəsi satıldığından Cavabdeh2 ilə razılaşmış və 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində onun, yəni İddiaçı adına rəsmiləşdirilmişdir.
8. V. Əliyeva bütün sənədləri MTK-ya təhvil vermiş, ondan mənzilin satışına görə pulunu almışdır.
9. Bu rəsmiləşmə zamanı keçmiş payçı Cavabdeh2 razılığı alınmış, həmin şəxs payından imtina etmiş və MTK yeni payçı olaraq adına yeni müqavilə rəsmiləşdirilmişdir. V. Əliyeva öz paylarından G. Quliyavnın xeyrinə imtina etməsini rəsmən bəyan etmişdir.
10. V. Əliyeva müqavilənin rəsmiləşdirilməsindən bir il keçdikdən sonra hansısa özünə bəlli olan uydurma əsaslarla qeydiyyat orqanına sənəd təqdim edərək mənzili öz adına qeydiyyatdan keçirmiş və mülkiyyətinə salmışdır. Sonradan isə məqsədli olaraq özgəninkiləşdirərək qanunsuzluq etmişdir. Təqdim olunan protokoldan çıxarışda qeyd olunan rəhbər şəxs faktiki həmin dövrdə müəssisənin sədri olmamış, imzalar saxtalaşdırılmışdır.
11. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 1473/2021 saylı qətnaməsilə “İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbinə dair ilkin iddia tələbi təmin edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. - Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. - Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı qızma və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbi təmin edilməmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1361/2023 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməməklə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunduğundan və Cavabdeh2 həmin mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edildiyindən mənzilə dair Cavabdeh2 rəsmiləşdiridiyi bütün əqdlər etibarsız hesab olunmalıdır.
15. Bununla yanaşı Cavabdeh2 məqsədli olaraq saxta sənədlərlə adına keçirdiyi mənzili özgəninkiləşdirirərək aradan çıxmışdır. Notariat qaydasında 19 may 2020-ci il tarixdə Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır.
16. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair Cavabdeh3 adına bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmış, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir.
17. Azərabycan Respublikasının Konstitusiyasının 13, 29, 33, 60-cı maddələrinə, Azərabycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.1, 157.2, 157.4, 337.1 əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
Cavabdeh Ş. Xəlilovanın iddia tələbinə etrazının və qarşılıqlı iddiasının dəlilləri
18. Cavabdeh3 iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia irəli sürərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13 000 manat, mənəvi ziyanın əvəzi olaraq 15 000 manat məbləğində kompensasiyanın, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, habelə hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzili (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsi əsasında və əvəzi ödənilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh2 Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərinə riayət etməklə satın almışdır.
21. Bundan sonra mənzil mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
22. Beləliklə, mənzili daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həqiqiliyinə və tamlığına güvənərək almışdır.
23. Cavabdeh2 mənzilin mülkiyyətçisi olduğuna dair heç bir problemin olmadığını yoxlamaqla yanaşı, mənzilə faktiki olaraq yerində baxarkən də, mənzilin ona məxsus olduğuna dair heç bir şübhə yaranmamışdır.
24. Belə ki, Cavabdeh2 mənzilin hər yerini ona göstərib, mənzil barədə məlumat vermişdir. Misal üçün, o, yataq otağına bitişik qarderob otağında kiçik gizli seyfin olduğunu bildirmiş, üstündə adı olan mənzilin qaz sayğacını ona təqdim etmiş, mənzilin domofonunun necə işlədiyini və mənzildə iki internet xəttinin olduğunu və sair bu kimi xırda detalları da bildirmişdir. Yəni, mənzil təkcə hüquqi deyil, həm də faktiki olaraq da mülkiyyətçinin - Vüsalə Allahverdiyevanın istifadəsində olmuşdur. Bu incəlikləri ona bildirən şəxsin mənzilin mülkiyyətçisi olmadığını düşünmək mümkün deyildi, bütün bu prosesdə onun mənzilin mülkiyyətçisi olduğuna dair onda və ailə üzvləri ilə heç bir şübhə olmamışdır.
25. O, mənzili aldıqdan sonra həyat yoldaşı Əmir Əliyevlə mənzilə getmişlər, mənzilin yerləşdiyi binanı inşa etmiş “Tac Mahal’' MTK-nın işçiləri onların mənzilin yeni sahibi olduğunu görmüşlər, binanın komendantı həyat yoldaşının adını və telefon nömrəsini sakin kimi qeydiyyata almışdır.
26. Bundan başqa MTK-ya mənzilə görə dəfələrlə xidmət haqları ödəmişlər.
27. Buna baxmayaraq, ötən müddət ərzində mənzilə dair bütün hüquqları (mənzildə yaşamaq, onun tərkib hissələrindən istifadə etmək və s.) İddiaçı əsassız iddialarına görə məhdudlaşdırılmışdır.
28. Qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqı prosesində 2 qurum birbaşa iştirak edir Notarius və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi. Daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin notariat qaydada həyata keçirilməsinin əsas məqsədi sıravi vətəndaşların həyatında mühüm əhəmiyyət kəsb edən mənzil alqı-satqısının təhlükəsizliyinin təmin olunması, onun kimi vicdanlı alıcıların hüquqlarının qorunmasından ibarətdir. Dövlətin vicdanlı alıcıların hüquqlarının qorunmasına yönəlmiş bu niyyəti məhkəmə tərəfindən də müdafiə olunmalıdır. Bu həm də mülki dövriyyə iştirakçıları arasında inam mühitini artırmaqla, vergidən yayınma hallarının qarşısını almaqla dövlətin öz maraqlarının reallaşması üçün vacibdir.
29. Dövlətin 2 qurumuna inanaraq, vergi və rüsumu ödəyərək, öz mənzilini satıb ordan götürdüyü vəsait hesabına bu mənzili almışdır.
30. Azərabycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1-ci maddəsi, Azərabycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 144.1, 144.2, 148.2, 149.2, 152.1, 152.5, 178.1 152.5-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsinə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
Ş. Xəlilovanın qarşılıqlı iddia tələbinin əsaslandırılması
31. Cavabdeh2 arasında bağlanmış 19 may 2020-ci il tarixli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nə əsasən, mənzil mülkiyyətinə verilmiş və 07 avqust 2020-ci il tarixdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır.
32. Mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil təhvil verilmiş, bundan sonra isə mənzildə təmir işlərinə başlanılmışdır.
33. Lakin, cavabdeh İddiaçı tərəfindən mənzillə bağlı Cavabdeh2 Allaheverdi qızına və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, həmin iddia ərizəsi üzrə işə baxılması zamanı Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 saylı, 11 dekabr 2020-ci il tarixli qərardadı ilə iddia təminetmə/müvəqqəti təminat tədbirinin tətbiq olunması ilə əlaqədar mənzildən istifadə hüququndan tamamilə məhrum olunmuşdur.
34. Bundan sonra, həmin işə məhkəmə instansiyaları tərəfindən baxılmış və qəbul edilmiş məhkəmə aktlarına görə, İddiaçı iddiasının təmin olunması qət edilmişdir.
35. Göründüyü kimi, İddiaçı əvvəlki iddia tələbi ona qarşı yönəlməmiş, lakin iddiası ilə əlaqədar faktiki olaraq mülkyyətində olan mənzildən istifadə edə bilmir. Nəticədə bu müddət ərzində ailə üzvlərimlə birgə Bakı şəhəri Yasamal rayonu ərazisində kirayə mənzildə yaşamağa məcbur qalmış. Odur ki, cavabdeh tərəfindən mənzili ilə bağlı iddia tələblərinin məhkəməyə verilməsi nəticəsində maddi və mənəvi zərər vurulmuşdur.
36. 2021-ci ilin iyun ayının əvvəlindən bu günə kimi hər ay 500 manat olmaqla, ümumilikdə 13.000 manat məbləğində kirayə haqqı ödəməyə məcbur qalmış. Bundan əlavə, bütün bu müddət ərzində əsəb, mənəvi sarsıntı və iztirab keçirmiş, bu stress həm də şəkər xəstəliyimin ağırlaşmasına səbəb olmuşdur. Bununla da maddi zərərdən əlavə, mənəvi zərər dəymişdir.
37. Vurulmuş maddi və mənəvi zərərə görə, cavabdehdən xeyrinə kompensasiya tutulmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya"mn 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 115.1, 149-150-ci maddələrinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilir.
39. Cavabdeh Ş. Xəlilovanın nümayəndəsi və vəkili tərəfindən yazılı sürətdə ilkin iddia tələbinə münasibət bildirilmiş, iddianın müddətinin keçməsi barədə dəlillərə əsasən ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
40. Nümayəndə qeyd edilmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə əsasən, mənzil Cavabdeh3 mülkiyyətinə keçmişdir. Hazırda həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh3 vicdanlı əldə edən hesab edilir.
41. İddiaçı 2020-ci ilin noyabr ayında mənzilin qapısını sındırdığı gündən mənzilin mülkiyyətçisinin Cavabdeh3 olduğunu bilmişdir.
42. Daha sonra Cavabdeh3 İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iddiası ilə əlaqədar, üçüncü şəxs kimi işə qoşulmuş və mənzili Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə riayət etməklə əldə etdiyini öz etirazında bildirmiş və daşınmaz əmlakın dövlət reyestrindən öz adına olan çıxarışı məhkəməyə təqdim etmişdir. Hər bir halda, İddiaçı 27 may 2021-ci il tarixdən etibarən Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzilə dair bağlanmış 19 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi barədə məlumatlıdır.
43. Belə ki, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, Cavabdeh2 mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolunun və ondan çıxarışın və 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə" iddiası üzrə mülki işə baxılan zaman məhkəmə 09 aprel 2021-ci il tarixli sorğu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin sorğuya cavab məktubu ilə 19 may 2020-ci il tarixli müqavilə və mənzilə dair digər sənədlər məhkəməyə təqdim olunmuşdur.
44. Lakin İddiaçı həmin vaxt 19 may 2020-ci il tarixli müqaviləni mübahisələndirməmiş, yalnız 2 ildən sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
45. Qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilməsini göstərməklə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir.
Tərəflərin İzahatı a) İddia tərəfinin izahatı
46. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
47. Həmçinin izahatında qeyd etdi ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin buraxılması haqqında mülahizələri əsassız olmaqla təmin edilməməlidir.
48. Belə ki, iş üzrə Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş və Bakı şəhər Nəsimi rayon 3007-ci məhəllə Tibilisi prospekti 44C ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dan ibarət qeyri-yaşayış sahəsi olan qaraj sahəsinə olan hüquqlarından rəsmi olaraq imtina etmışdır.
49. Razılaşma əsasında onun öz payından imtinası və müvafiq ərizə verməsi yolu ilə alınması nəzərə alınaraq 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında əmlakların keçmiş payçısı Cavabdeh2 adından çıxarılaraq alıçı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir.
50. Cavabdeh2 məqsədli olaraq saxta sənədlərlə sonradan adına keçirdiyi mənzili özgəninkiləşdirərək aradan çıxmışdır. Notariat qaydasında 19 may 2020-ci il tarixdə Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 4ə-420 reyestr qeydli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır.
51. Bundan əvvəl isə xx.xx.2020-ci ildə Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 3M-610 reyestr qeydli ilkin alqı-satqı müqaviləsi ilə sözü gedən əmlakın Cavabdeh3 satılması rəsmiləşdirilmişdir.
52. Bütün bunlardan onlar gec xəbər tutmuş və dərhal müvafiq işləmlərə başlamışlar.
53. Belə ki, Nəsimi rayon Məhkəməsində iddia qaldırılmazdan əvvəl aşağıda qeyd olunan məhkəmə qərarlarının qəbul edilməsindən öncə mənzilin özəlləşdirilməsi, alqısatqısı ilə bağlı Binəqədi rayon məhkəməsində və Nərimanov rayon Məhkəməsində iddialar qaldırılmışdır.
54. Lakin, həmin iddialar aidiyyat məsələləri səbəbindən qərardadlarla geri qaytarılmışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 6958/2020 saylı qərardından sonra xx.xx.2020-ci ildə Nərimanov rayon Məhkəməsinə müraciət olunmuşdur. Nərimanov rayon Məhkəməsində aidiyyat məsələsinin əsas tutulması ilə qərardadı üzrə iddia geri qaytarıldığından sonuncu dəfə Nəsimi rayon Məhkəməsinə müraciət olunmuş və preyudisial hüquqi qüvvəsi olan məhkəmə qərarları ilə iddiaçının hüquqi mövqeyi təsdiqlənmişdır.
55. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu isə öz növbəsində o deməkdir ki, eyni tərəflər arasında, eyni əmlakla bağlı mübahisəli hal davam etdiyindən və İddiaçı mövqeyi məhkəmələr tərəfindən müdafiə olunduğundan iddia müddəti ötürülməmişdir və heç bir kəsici və yaxud digər müddət instititu bu işdə tətbiq edilə bilməz.
56. Digər bir tərəfdən, əgər müddəti buraxmışdılarsa, məhkəmə birinci olaraq alıcı qismində çıxış edən və halal əmlakını tələb edən tərəfin yuxarıda keçdiyi mərhələli nəzərə alaraq onun vəziyyətini üzürlü hesab edə bilər.
57. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
58. Qanunun mənasına görə məhkəmə müəyyən müddətdə şəxsin prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik törədən istənilən həyati halı üzürlü səbəb hesab edə bilər. Ona görə də hazırkı vəziyyətdə İddiaçı tərəfindən heç bir müddət pozuntusuna yol verilmədiyindən iddia müddəti ötürülməmiş hesab olunmalıdır.
b) Cavabdeh tərəfin izahatı
59. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, Cavabdeh2 ilkin alqı-satqı müqaviləsi bağlanmamışdan qabaq Anar adlı şəxs ofisində evə dair beh verən zamanı və sonra isə alqı-satqı zamanı notariat ofisində görmüşdür. Bundan əvvəl V. Əliyevanı tanımamışdır.
60. Beh müqaviləsi təxminən 19-20 may 2020-ci ildə bağlanmış, tam olaraq yadında olmasa da 1500 manat beh vermiş və sonra isə Cavabdeh2 mənzilə dair çıxarışı alacağı barədə müraciət etdiyini bildirmişdir. Mənzilə baxış keçirilən zaman Cavabdeh2 oğlu orada olmuşdur.
61. xx.xx.2020-ci ildə ilkin olaraq müqavilə bağlanmış və ödəniş iki hissəndən olmuşdur. Həmin vaxt evə dair ancaq müqavilə olmuş və çıxarış o zaman alınmamışdır.
62. Çıxarışsız evlərin alqı-satqı qaydası barədə məlumatı var, öz evini müqavilə əsasında, çıxarışsız satmışdır.
63. Çıxarış aldıqdan sonra evin 2-ci ödənişini həyata keçirmişdir. Evin açarını ona vermiş özü isə kirayədə qalmışdır.
64. Cavabdeh2 saxta müqavilə olması barədə məlumatı olmamışdır. Bu məsələdə Cavabdeh2 təqsirkar olmasını qeyd etmişdir.
65. Müqavilələrdə başqa MTK sədri tərəfindən imza çəkilməsini görməmişdir. Həmin evlə bağlı mübahisənin olmasını 2020-ci ilin noyabr ayında bilmişdir.
66. Cavabdeh2 məhkəməyə yazılı şəkildə izahatla müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
67. Həmin izahatda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 59 saylı mənzil onun sahibliyində və istifadəsində olmuş və "Tac Mahal’ MTK tərəfindən verilmiş müvafiq sənədlər əsasında mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
68. Sonradan mənzili satmaq qərarına gəldiyi üçün onunla Cavabdeh3 arasında mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənən 19 may 2020-ci il tarixli müqavilə bağlanmışdır.
69. Onu əlavə etmişdir ki, nə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almazdan əvvəl, nə ondan sonrakı müddətdə, nə də mənzili Cavabdeh3 satan zaman mənzillə bağlı hər hansı mübahisə olmamışdır.
70. O, mənzilin mülkiyyətçisi olaraq, mənzili Cavabdeh3 qzına satmış və qanunvericiliyin tələbinə uyğun olaraq aralarında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmış, nəticədə Cavabdeh3 mənzilə mülkiyyət hüququ yaranmışdır.
71. Mənzillə bağlı mübahisə isə sonradan, yəni İddiaçı 2020-ci ilin dekabr ayında ona qarşı “alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi və tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra məlum olmuşdur.
72. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı şəkildə izahatla müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
Məhkəmənin yekun iclasında iştirak edənlər barədə məlumat
73. Cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin notariusu Z.N.Dəmirov məhkəməyə müraciət edərək, notariat ofisinin iş rejimini nəzərə alaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
74. Cavabdeh Ş. Xəlilova və onun nümayəndəsi və vəkili, V Əliyeva məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
75. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi: a) Şahid ifadəsi
76. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, 2019-2020-ci illərdə "xxxx" MTK-nın komendantı olmuş, bina sakinlərindən kommunal ödənişləri yığmışdır.
77. İddiaçı və Cavabdeh2 arasında mənzil mübahisəsi olmuşdur. Cavabdeh2 mübahisəli evin 12 və ya 13 mərtəbəsində 2 oğlu ilə yaşamış və sonra isə mənzili satmaq istəmişdir.
78. Həmçinin İddiaçı və həyat yoldaşı İbrahim adlı şəxsi 2019-cu ilin aprel ayında işləməyə başladığı zaman tanımış. İbrahim ona həmin binada mənzili olduğunu bildirmişdir.
79. Daha sonra isə Cavabdeh3 və həyat yoldaşı həmin binada ev almaq istəmiş və onlara həmin bəyəndikləri mənzilin mübahisəli olduğunu və bununla bağlı "xxxx" MTK-ya gedərək dəqiqləşdirməsini məsləhət görmüşdür. Mübahisə olan mənzilə dair sənədlərində problem olduğuna görə Cavabdeh3 və həyat yoldaşına məlumat verərək "xxxx" MTK-dan maraqlanmalarını bildirmişdir.
80. İddiaçı həmin mübahisəli mənzildə yaşamasını görməmiş, yalnız həyat yoldaşı İbrahim adlı şəxsi tanımışdır. İbrahim adlı şəxs gələrək mənzilin sənədini göstərmişdir. Həmin mənzilə dair kommunal ödənişlər etməmişdir. Cavabdeh2 uşaqları ilə həmin binada kirayədə qalmışdır. Kommunal ödəniş etməmişdir. 2019-cu ilin iyun-iyul aylarında İddiaçı həyat yoldaşı İbrahim adlı şəxs binaya gələrək buradan mənzil aldığını bildirmişdir. Mənzilin Cavabdeh2 mülkiyyətində olmaqla, kommunal ödənişlərin başqa şəxs tərəfindən ödənilməsi ehtimalını bildirdi. Ramin adlı şəxsi tanımamışdır.
b) İş materialları
81. İş materiallarında olan "xxxx" MTK tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçının vəkilinə (Ü. İsmayılova) ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa etdikləri yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131.43 kv.m., 3 (üç) otaqlı, ümumi dəyəri 49 480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17.2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17.2 kv.m., ümumi dəyəri 10.000 AZN manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur.
82. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 121.4 kv.m olan ünvan 8 (yeni qaydalarla: AZ 1102, ünvan 6 Cavabdeh2 mülkiyyətindədir.
83. İş materiallarında olan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcının tam mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 8 (yeni qaydalarla: AZ 1102, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m olan mənzilini 131600 manata alıcıya satması haqqında bağlanmışdır.
84. Həmin müqavilənin “Tərəflər arasında hesablaşma qaydası” adlanan 5-ci bəndində tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən alıcı tərəfindən 16600 manat məbləğ ilkin olaraq ödənildiyi, 90000 manat xx.xx.2023-cü il tarixdə bankda açılan depozit hesabı vasitəsi ilə ödəməsi, qalan 25000 manat xx.xx.2023cü il tarixə qədər ödənilməsi öhdəliyi götürüldüyü əks olunmuşdur (göstərilən məbləğlərin cəmi 131600 manat təşkil edir).
85. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrtindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 121.4 kv.m olan ünvan 8 (yeni qaydalarla: AZ 1102, ünvan 6 Cavabdeh3 mülkiyyətindədir.
86. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin iddia tələbi təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 aid edilməsi qət edilmişdir.
87. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3li qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 1473/2021 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmişdir. - İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir.
88. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2885/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
89. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
90. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-5636/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
91. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Bakı şəhəri 23 saylı notariat ofisindən tələb edilmiş Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat işində olan sənədlərdən müəyyən olunur ki, həmin müqavilə ünvan 8 ünvanda yerləşən mənzilin alqısatqısında dair rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri müəyyən edilməklə, müqavilə predmeti olan əmlakın qiyməti 131600 manat məbləğində müəyyən edilməsi, həmin məbləğin 16 600 manatını satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməsi, alıcının qalan pul məbləğinin yəni 115 000 manatın hissə-hissə satıcıya 2 ay müddətində xx.xx.2020-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürməsi haqqında bağlanmışdır.
92. İlkin müqvilənin 3.3-cü bəndində “Satıcının” Çıxarışın alınmasını, əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməsini öz öhdəsinə götürməsi qeyd olunur. Müqavilənin 3.1-ci bəndində isə mənzilin “Alıcı”-ya xx.xx.2020-ci il tarixdə təhvil verilməsi öhdəliyi göstərilmişdir.
93. xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqavilənin bağlanmasına dair notariat işində olan və iş materiallarına əlavə edilmiş "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış "xxxx" Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilənin surətindən görünür ki, həmin müqavilə kooperativin Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə Tbilisi prospekti 44 C ünvanda yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 59№li mənzilin payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır.
94. İş materiallarında olan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər mənizilin elektrik enerjisindən istifadəsinə görə abunə X1 (Cavabdeh2 A. Yaqubovla nikahda olduğu dövrdəki soyadı, nikaha.... tarixdə xitam verilmişdir) adına "xxxx" ASC tərəfindən 59.09 manat ödənilməli məbləğin qəbzi tərtib edilmişdir.
95. İş materiallarında olan xx.xx.2020-c il tarixli 103795 seriyalı kassa mədaxil orderinin qəbzindən görünür ki, mənzil 59 avqust, sentyabr, oktyabr ayları üçün xidmət haqqı təyinatı ilə X2 adına olan ********** VÖEN-nə Vüsalə Yaqubova (Cavabdeh2 A. Yaqubovla nikahda olduğu dövrdəki soyadı, nikaha.... tarixdə xitam verilmişdir) tərəfindən 150 manat ödənilmişdir.
Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasdır. Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 337.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məcəllənin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məcəllənin 646.2 -ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu Qanunun 16.6-cı maddəsinə əsasən, Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunun 2.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 15.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə Qanunun 16.6-cı maddəsinə Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Məhkəmənin mövqeyi
96. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına “Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair” hissədə xitam verilməsi qərara alınmışdır (Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi).
97. Məhkəmə iddia tələbinə münasibətdə ilk öncə qeyd edir ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə, forması və məzmununa, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir (Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarı).
98. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun 2 aprel 2021-ci il tarixli qərarı).
99. Cavabdehlər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqısı müqaviləsinin subyektləri kimi V. Əliyeva – “Satıcı”, Ş. Xəlilova –“Alıcı” qismində çıxış etməsi tələb olunur.
100. Qanunvericilklə bu tipli müqavilələrdən irəli gələn münasibətlərin predmetini satıcı tərəfindən əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəliyi təşkil edir (Mülki Məcəllənin 567-ci maddəsi).
101. V. Əliyevanın əmlakın satıcısı qismində çıxış etməsi üçün əmlaka sərəncam vermək hüququnun olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olması zərurirdir.
102. Qanunvericikdə ikin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (Mülki Məcəllənin 402.1-ci maddəsi).
103. V. Əliyeva ilə Ş. Xəlilova arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqaviləyə əlavə edilmiş sənədlərədən bəlli olur ki, satıcı V. Əliyevanın əmlakın mülkiyyətçisi olmasını onun "xxxx" MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə ilə təsdiq edilmişdir. Notarial qaydada bağlanmış ilkin müqaviləyə V. Əliyeva tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı əlavə edilməmiş və ya təqdim edilməmişdir. O cümlədən, ilkin müqavilə bağlanarkən V. Əliyevanın satılan əmlakın mülkiyyətçisi olmasını bildirən məlumatlar müqavilədə əks olunmamışdır.
104. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixli ilkin müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı” mənzilə dair bu müqavilə bağlandığı andan “Alıcı”-ya xx.xx.2020-ci il tarixdə mənzili təhvil verməyi öz öhdəsinə götürür.
105. 23 saylı notariat ofisinin notariusunun (Z. Dəmirov) ilkin müqavilənin 3.1 bəndində göstərildiyi satıcı V. Əliyevanın hansı əsasla mənzilin mülkiyyətçisi olduğu qənaitinə gəldiyi və bunu hansı sənədlərlə təsdiq olunduğu müqavilədən bəlli deyildir.
106. Notarius və cavabdeh Ş. Xəlilovanın mənzilin mülkityətçisinin V. Əliyevanın olmasına tam əmin olduqda belə, dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakın alqı satqısı barəsində müqavilə notariat təsdiqi deyil, mənzil kooperativində bağlanmalı və mənzil yeni mülkiyyətçiyə rəsmiləşdirilməli idi. Çünki, bu vəziyyətdə daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə qanunvericilik yol vermir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Çıxarışı olmayan mənzilin alqı-satqısı qaydası barəsində məlumatlı olmasını Ş. Xəlilova öz ifadəsində təsdiq etmişdir (Mülki Məcəllənin 139-1.1.6, 146.3-cü maddəsi).
107. Buna baxmayaraq, notarius və cavabdeh Ş. Xəlilova ilkin müqavilə bağlayarkən V. Əliyevanın mülkiyyətçi olmasının təsdiqi kimi onun mənzil kooperativi ilə xx.xx.2006-cı il tarixli müqaviləni görməklə qeyd olunan məsələyə lazımı diqqət, sayıqlılıq və ehtiyyatlılıq göstərməmişlər, və ya göstərmək istəməmişlər.
108. Qanunvericiliklə belə hallarda pay haqqının tam ödənilməsi ilə əmlaka mülkiyyət hüququ əldə edilir (Mülki Məcəllənin 178.8-ci maddəsi).
109. Qeyd olunmalıdır ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tinzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanması ilə bağlı bir sıra vəzifələr qoyulur.
110. V. Əliyevanın təqdim etdiyi sənədlər əsasında satılan əmlakın mülkiyyətçisi olmasını müəyyən etməkdən ötrü bu sahədə formalaşan işgüzar adətlərə uyğun olaraq əmlakın dəyərinin kooperativə tam ödənilməsi barədə maliyyə arayışının mövcud olması, o cümlədən tikinti kooperativinə müraciət etməklə bu məlumatların yoxlanılması məntiqəuyğundur. Göstərilənlər öz təsdiqini tapdıqdan sonra isə kooperativlə yeni müqavilənin, maliyyə arayışının tərtib edilməsinə dair iradə ifadəsinin bildirilməsi, razılığın alınması formalaşmış işgüzar adət və təcrübəyə uyğun hesab edilir. Bununla da əmlakın mülkiyyətçisinin müəyyən edilməsi ilə bağlı lazımi diqqət, ağlabatan sayıqlılıq və ehtiyyatlılıq ifadə edilmiş olardı (digər məhkəmə icraatlarında kooperativin həmin dövrdə fəaliyyətdə olması təsdiq edilmişdir. G. Quliyeva ilə "xxxx" kooperativi arasında V. Əliyevanın payın yenidən rəsmiləşdirilməsi qeyd olunan qayda üzrə aparılmışdır).
111. Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əqdin hüquqmüəyyənedici sənədi kimi isə artlq Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış olmuşdur.
112. Beləliklə, cavabdeh Ş. Xəlilova ilkin müqavilə bağlayarkən əmlaka dair cavabdeh V. Əliyevanın əmlaka mülkiyyət hüquqlarına dövlət qeydiyyatının (çıxarışın) sonradan əmələ gələciyini bilirmiş, bu hal hətta ilkin müqavilə şərtlərində razılaşdırılmışdır (ilkin müqvilənin 3.3-cü bəndi).
113. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər qismində isə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə cavabdeh V. Əliyeva ilə "xxxx" MTK arasında bağlanmış və ilkin müqavilənin bağlanmasında əsas kimi istifadə edilmiş xx.xx.2006-cı il tarixli müqavilə deyil, V. Əliyeva adına verilmiş xx.xx.2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarış, xx.xx.2020-ci il tarixli maliyə arayışı təqdim edilmişdir (2(006)-1473/2021 saylı nömrəli mülki işin materialları).
114. Bu sənədlər isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Buna məhkəmə araşdırması zamanı iki sənəd arasında aşkar və kobud uyğunsuzluqlar səbəb olmuşdur ki, buna baxmayaraq daşınmaz əmlak müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bu məsələyə münasibətdə məhkəmə qətnamələrində və istintaq mateteriallarında qiymət verilmişdir.
115. Qeyd olunanlara əsasən, əmlaka dair V. Əliyevaya verilmiş çıxarış Ş. Xəlilova ilə alqı-satqı müqaviləsi bağlanana gədər özü-özlüyündə etibarsız olmaqla (yəni huquqi nəticələri geriyə şamil olunmaqla) onun əsasında sonrakı qeydiyyat hərəkətləri aparılması ilə, yəni mənzil Ş. Xəlilovaya satılması ilə, həmin çıxarış qüvvədən düşmüş hesab edilməlidir. Hazırda mənzilə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qeydiyyat reyestrindən Ş. Xəlilovanın adına verilmiş çıxarışın ləğv edilməsi iddia tələbi təmin edildikdə, V. Əliyevaya xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış bundan əvvəlki vəziyyətinə qayıdaraq etibarsız hesab olunmalıdır.
116. Beləliklə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə alqı-satqı müqaviləsi bağlanarkən və bağlandıqdan əvvəl (iddiaçı G. Quliyeva ilə "xxxx" MTK arasında 27 may 2019-cu ildə bağlanmış müqaviləyə qədər) satıcı kimi çıxış edən V. Əliyeva mübahisəli əmlakın mülkiyyətçisi olmadığını bilirdi.
117. Preyudisial əhəmiyyəti olan məhkəmə qərarlarına, o cümlədən iş materialllarında qeyd olunan əsaslara (subyekt tərkibinə görə) xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi etibarsız sayılmalıdır.
118. Belə ki, xx.xx.2020-ci il tarixdə bağlanmış əqdin məzmununa aid edilən şərtlər pozulmuş, alqı-satqı predmeti olan daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş sənədlər məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir. Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticə doğurmamaqla əhəmiyyətsiz olmuş, etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır (Mülki Məcəllənin 329.1, 337.2, 337.3, 337.4-cü, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi).
119. Cavabdeh Ş. Xəlilovanın isə alınan əmlaka dair V. Əliyevanın subyektiv hüququnun olmaması barədə ilkin müqavilə və ya daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanmasından əvvəl məlumatlı olub olmaması halı Ş. Xəlilovanın əmlak əldə edilməsinə dair mülki münasibətlərdə vicdanlı davranmasına təsir edən xüsusiyyətdir. Bununla da, iddia tələbinin “mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə təmin edilib edilməməsi məsələsinə təsir edir.
120. İddia tələbinin qeyd olunan hissəsinə münasibətdə məhkəmə araşdlrması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Ş. Xəlilovanın əmlakın əldə edilməsi ilə bağlı ilkin hərəkətləri onu bəyənməsi olmuşdur. Bunun üçün alınacaq əmlaka baxış keçirmişdir.
121. Ş. Xəlilovanın öz ifadələrində bildirdiyinə əsasən, bu zaman onda əmlakın V. Əliyevaya aid olması təəssüratı yaranmışdır. Əmlakın xx.xx.2020-ci il tarixdən əvvəl Yaqubova Vüsalə (V. Əliyevanın nikahda olduğu dövrdəki soyadı) istifadəsində olması "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə dair verilən qəbzlə də təsdiq olunur (§94). Bu hal həmçinin mübahisəli əmlakın G. Quliyeva tərəfindən əldə edildikdən sonra V. Əliyevaya kirayəyə verilməsini də təsdiq edir (xx.xx.2019-cu il tarixli kirayə müqaviləsi).
122. Məhkəmə iclasında ifadə verən koopertaivin həmin dövrdə kommendantı olan şahidin Ş. Xəlilovaya onun bəyəndiyi əmlakın mübahisəli olduğunu, yəni digər şəxsə məxsus olması ehtimalı barədə məlumatın bildirilməsini Ş. Xəlilovaya qarşı desə də, Ş. Xəlilova belə halın olmasını inkar etmişdir.
123. Əmlakla tanışlıqdan sonra Ş. Xəlilova tərəfindən V. Əliyevanın əmlaka dair hansı hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətçi olmasının sübutu kimi yalnız ilkin müqavilənin bağlanması zamanı V. Əliyeva ilə "xxxx" arasında 2006-cı ildə bağlınmış müqaviləni göstərmək olar.
124. Bu sənədlərin və məlumatların yoxlanmasına dair Ş. Xəlilova tərəfindən hər hansı yoxlama hərəkətlərinin edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir.
125. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə ilkin müqavilə bağlanarkən əmlakın rəsmi qeydiyyatının olmadığı Ş. Xəlilovaya aşkar bəlli olduğu təqdirdə, tərəfindən yenidən əmlaka dair sənədlərin doğruluğu və tamlığı barədə yoxlama aparmaması, bu hallarda formalaşmış təcrübəyə uyğun kooperativə müraciət etməməsi başa düşülən deyil. Halbuki, Ş. Xəlilova öz ifadəsində rəsmi qeydiyyatı olmayan əmlakların alqı satqı təcrübəsinin olduğunu bildirmişdir.
126. Bununla da Cavabdeh3 əmlakın əldə edilməsinə dair iradə ifadəsini bildirərkən, yəni artıq xx.xx.2020-ci il tarixdə, əmlakın dövlət reyestrində qeydə alınmadığını bilmiş, alıcı kimi əqdin legitimsizliyi barədə məlumatlı olmuşdur.
127. Bu səbəbdən, yaranmış mülki hüquq münasibətlərində Ş. Xəlilova vicdanlı əldə edən qismində qəbul oluna bilməz (Mülki Məcəlləsinin 5.3-cü maddəsi)
128. Vicdanlı əldə edən əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 yanvar 2009-cu il tarixli qərarı).
129. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı).
130. Qeyd etmək lazımdır ki, xx.xx.2020-ci il tarixdə sonra kooperativin Yaqubova Vüsalə (V. Əliyevanın nikahda olduğu dövrdəki soyadı) adına mənzil üzrə xidmət haqqları barədə qəbzin təqdim edilməsi "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli alqı-satqı və əmlaka dair digər nəticələrdən məlumatsız olduğunu sübut edir (§95).
131. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ünvan 8-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq İddiaçı təhvil verilməsı” hissəsinə münsibətdə qeyd edir ki, sözügedən mənzilə dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə verilmış çıxarış ləğv edilməli olduğundan, eləcə də, Cavabdeh3 sözügedən mübasəli mənzildə yaşaması iş üzrə tərəflərin izahatları ilə müəyyən edildiyindən Cavabdeh3 həmin mənzildən çıxarılmaqla mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.2, 152.3 və 152.4, 157.2-ci maddəsi).
132. Məhkəmə Cavabdeh3 nümayəndəsi və vəkilinin iddia müddətinin tədbiq edilməklə iddianın rədd edilməli olmasına dair mülahizələrinə münasibətdə qeyd edilməlidir ki, mübahisə predmetinə daxil olan mənzilə dair alğı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanılmışdır. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdən əvvəl, xx.xx.2020-ci il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış müqavilənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışı və protokoldan çıxarışın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, həmin mübahisə iş üzrə yekun məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minməklə yekunlaşmışdır. Odur ki, iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı Cavabdeh3ın nümayəndəsinin və vəkilinin ərizəsinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir.
133. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
134. Ş. Xəlilovanın V. Əliyevadan mənzilə görə ödənilmiş pulun tələb edilməsi hüququna dair ilk olaraq qeyd edilməlidir ki, əqd etibarsız olduqda tərəflər üçün hüquq və vəzifə yaratmır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Lakin, bu halda qanunvericilik tərəfləri hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməyə məcbur edir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Ş. Xəlilova bu əsaslarla V. Əliyevanın mənzilə görə aldə etdiyi vəsaitin qaytarılması tələbini irəli sürmək hüququ vardır.
Məhkəmənin gəldiyi nəticə
135. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, cavabdehlərin yazılı izahatlarını və şahid ifadəsini nəzərə almaqla işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, preyudisial əhəmiyyətli məhkəmə qərarlarını əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri
136. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri qarşı tərəfdən tələb edilmədiyindən, onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233.1, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Cavabdeh3 ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nail Abbasov