Məhkəmə qərarları › İş №2(006)-3164/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3164/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3164/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7.258 manat 40 qəpik kredit borcu, 3.315 manat 35 qəpik faiz və 3.857 manat 44 qəpik məbləğində cərimə olmaqla, cəmi 14.431 manat 19 qəpik məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsi və onun üzərində olan 5A saylı fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması və 14.431 manat 19 qəpik borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması; Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsi və onun üzərində olan 5A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması; həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanılmış 10.01.2018-ci il tarixli 056L**********67 saylı üzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 400.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 16.01.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2,3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüş, lakin kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faizdən ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.08.2018-ci il tarixdən banka qaytarmamış, götürdüyü kredit borcundan 2.741 manat 6 qəpik ödəmiş, onun 7.258 manat 40 qəpik məbləğində kredit borcu, 05.10.2020-ci il tarixə 779 gün üçün hesablanmış 3.315 manat 35 qəpik məbləğində faiz və 05.10.2020-ci il tarixə 779 gün üçün 3.857 manat 44 qəpik məbləğində cəriməsi yaranmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin, uzunmüddətli krüdit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 10.01.2018ci il tarixli ipoteka müqaviləsi əsasında Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsi və onun üzərində olan 5A saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 178 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsi və onun üzərində olan 5A saylı fərdi yaşayış evini öhdəliklərin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bank tərəfindən 22.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim edilərək qeydə alınmış və bunun üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı QSC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanılmış 10.01.2018-ci il tarixli 056L**********67 saylı üzunmüddətli kredit müqaviləsindən, həmin kredit müqaviləsi üzrə bağlanmış 16.01.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 400.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC tərəfindən Cavabdeh2 kredit razılaşmasına əsasən 24 ay müddətinə, aylıq 2,3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. 15 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 05.10.2020ci il tarixə 7.258 manat 40 qəpik əsas borcu, 3.315 manat 35 qəpik faiz, 3.857 manat 44 qəpik cərimə olmaqla, cəmi 14.431 manat 19 qəpik borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli 9/4418 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 16 yanvar 2018-ci il tarixli 056R********** saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 İddiaçı QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 16 yanvar 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 10.496 manat 84 qəpik: - əsas borc üzrə – 7.253 manat 54 qəpik; - faiz üzrə – 3.243 manat 30 qəpik. 05 oktyabr 2020-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) 10.757 manat 72 qəpik: - əsas borc üzrə – 7.253 manat 54 qəpik; - faiz üzrə – 3.243 manat 30 qəpik; - illik 5 % hesablanmaqla – 260 manat 88 qəpik. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 İddiaçı QSC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 15.01.2018-ci il tarixli 056S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 10.01.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, digər Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsini və onun üzərində olan 5A saylı fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Müqavilənin 2.5-ci bəndinə əsasən həmin əmlak 36.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 11.01.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli H/08-PLS nömrəli rəyindən (əmlakın qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsi 5A saylı fərdi yaşayış evinin hazırkı dövrdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 52.000 manat, likvid qiyməti 40.000 manat təşkil edir. Qiymətləndirmə xərci 200 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı QSC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya və zaminə, həmçinin ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı QSC ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.253 manat 54 qəpik əsas kredit borcu, 3.243 manat 30 qəpik faiz və 50 manat məbləğində cərimə olmaqla, cəmi 10.546 manat 84 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli; tələb üzrə tutma Cavabdeh1 məxsus, ipoteka predmeti olan Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsi və onun üzərində olan 5A saylı fərdi yaşayış evinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 200 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia tələbi hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində əsassızdır. Hazırda bankın həmin əmlakı hərracda əldə edəcək mülkiyyətçiyə məxsus olan tələbləri irəli sürməyə subyektiv hüququ mövcud deyil. Bank ipotekasaxlayan olmaqla, mülkiyyətçi deyil. Həmçinin, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 50 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7.253 manat 54 qəpik əsas kredit borcu, 3.243 manat 30 qəpik faiz və 50 manat məbləğində cərimə olmaqla, cəmi 10.546 manat 84 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus, ipoteka predmeti olan Abşeron rayonu Məmmədli kəndi İsmət Qayıbov küçəsində yerləşən 0,0168 ha torpaq sahəsi və onun üzərində olan 5A saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılsın və həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 200 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar