Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3199/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı X6 xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, xx.xx.2023-cü il tarixdə təzyiqi düşməsi səbəbindən vəfat etmişdir. X6 el adəti ilə Xırdalan qəbristanlığında dəfn edilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməsi məqsədilə poliklinikaya müraciət etsə də, ona həmin şəhadətnamə verilməmişdir. X4 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ərizəçiyə bəzi hüquqi sənədlərin, o cümlədən qardaşına ölüm haqqında şəhadətnamə əldə edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş: X10 ifadəsində bildirmişdir ki, mərhum X1 əri, Ərizəçi isə keçmiş qaynıdır. Mərhumla yenidən nikaha daxil olmaq planları var imiş. O, özü tibb bacısıdır. X2 xx.xx.2023-cü il tarixdə səhər yuxudan duran zaman halının yaxşı olmadığını bildirəndən sonra təcili yardım çağırmışlar. Lakin təcili yardım əməkdaşlarının lazımi ləvazimatları olmadığına görə mərhuma tam köməklik edə bilməmişlər. O, mərhumun damar yolunu özü açıb “adrenalin” vursa da, bunun xeyri olmamış və X6 vəfat etmişdir. Polis gəlmiş, lakin cinayət işi başlamamışlar. Mərhumu Xırdalan qəbristanlığında dəfn etmişlər. X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun atasıdır. X2 əmisi olmuşdur. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Xırdalan qəbristanlığında dəfn olunmuşdur. Polislər şikayətin olmaması səbəbindən cinayət işi başlamamışlar. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. X15 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qohumdur, X2 onun xalasının yoldaşının qardaşıdır. Onun mərhumla münasibətləri olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Xırdalan qəbristanlığında dəfn olunmuşdur. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan: Doğum haqqında АЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X11r. Doğum haqqında АЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X11r. AA2444784 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Nikahın pozulması haqqında AZ-İ seriyalı 350059 və 350060 nömrəli şəhadətnamələrdən görünür ki, X6 ilə X8 nikahı Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhər Təcili və X9 Stansiyasının 15 saylı bölməsinin xx.xx.2023-cü il tarixdə verdiyi «sorğuya (ərizəyə) cavab»dan görünür ki, xx.xx.2023-cü il saat 10:55-də Lökbatan y/massivi, küçə 15 A ünvanına X4 adına çağırış daxil olmuşdur. Çağırışı 15 saylı KYS-nin həkimi L.Babayeva yerinə yetirmiş, həmin xəstəyə “həkimə qədər ölüm. kişi cinsli meyit” diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X23 “Bakı Baş Səhiyyə Mərkəzi” X23 5 №-li Şəhər Poliklinikası tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 270 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, 507 ünvanında qeydiyyatda olan, Lökbatan Vİ mas. V küçə 15 A ünvanında yaşayan, X6 xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümünün səbəbini bilmədiklərinə görə “Forma N 106” almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Abşeron rayon X5 Xidməti Şöbəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli aktından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Xırdalan qəbristanlığında dəfn olunmuşdur. Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Xırdalan qəbiristanlığında dəfn olunmuşdur (əsas: X5 Xidməti Şöbəsinin dəfn haqqında 10 nömrəli xx.xx.2023-cü il tarixli aktı). Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1065/2023 nömrəli məktubda X4 ölümünün qeydə alınması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir. Qaradağ Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 (FİN: 3ZZ560N) öz əcəli ilə xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 6 ünvanında vəfat etmişdir. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılmamışdır. Beləliklə, məhkəmə tərəfindən ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından, bəzi sənədləşdirmə işlərində çətinlik çəkir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən hazırki ərizə təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3199/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3199/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver