Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3214/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ərizəçi X3 iştirakı ilə, ərizəçi X3 maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X8 maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-cı il təvəllüdlü mərhum həyat yoldaşı X2 Bakı şəhərində 31 may 2023-cü ıl tarixində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1947-ci il təvəllüdlü mərhum həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixində saat 23:46 radələrındə ünvan 1 ünvanında yerləşən mənzildə qəfildən ürək tutması nəticəsində ölmüşüdür. Həmin vaxt keçmiş həyat yoldaşının qəfildən urəyını tutduğunu görən kımı ona ilkin yardım göstərməyə çalışsa da onun nəbzinin vurmadığı müşahidə etmişlər. Daha sonra evə gələn təcili tibbi yardım stansiyasının həkimləri mərhum həyat yoldaşı X2 ölüm faktını tesdiq etmişlər. Təcili və X11 stansiyasının 3 saylı bölməsinin təcili yardım briqadasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə həyat yoldaşının ölüm halı təsdiq edilir. Belə ki, Bakı Baş Səhiyyə X16 Şəxsin 33 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 15 nömrəli arayışında göstərilir kı mərhum həyat yoldaşı X2 33 nömrəli şəhər poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə poliklinika tərəfindən 106 nömrəli olum haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum onun qardaşıdır. X1 xx.xx.2023-cü il tarixində saat 23:46 radələrındə ünvan 1 ünvanında yerləşən mənzildə qəfildən ürək tutması nəticəsində ölmüşüdür. Həmin vaxt qardaşının qəfildən urəyını tutduğunu görən kımı ona ilkin yardım göstərməyə çalışsalar da onun nəbzinin vurmadığı müşahidə etmişlər. Daha sonra evə gələn təcili tibbi yardım stansiyasının həkimləri mərhum qardaşı X2 ölüm faktını tesdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahat verərək bildirmişdir ki, mərhum əmisi oğlu X2 31 may 2023-cü il tarixdə ölümünü təsdiqləyir.Həmçinin mərhumu məscidə apararaq dəfn olunmasında özü iştirak etmişdir. Şəkildəki qəbir mərhuma məxsusdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Bakı Baş Səhiyyə Mərkəzi» X18 33 nömrəli şəhər poliklinikasının 15 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı TTTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 2 ünvanında qeydiyyatda olmuş xx.xx.1947-ci il təvəllüdlü X5 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 № li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 № li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 Na li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən X6 ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Təcili və X11 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:46-da ünvan 2 ünvanına gələn təcili tibbi yardım briqadası X2 artıq öldüyünü müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X8 ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-3214/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3214/2023
28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver