Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-324/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil, cavabdehin qanuni təmsilçisi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh İDEA Heyvanlara X1rşı «heyvanların sahibinə geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh İDEA Heyvanlara X1rşı «heyvanların sahibinə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dişi cinsi olan qızılı ilə qara rəngli xx.xx.2020-ci il doğumlu xorvatiya ovçarkası ilə rotveyller qarışığı “Cessika” və dişi cinsi olan ağ şabalıdı xallarla rəngli xx.xx.2021-ci il doğumlu ov iti ilə çoban itinin qarışığı “Bəbəşka” adlı itlərinin ona geri qaytarılması öhdəliyinin Cavabdeh X7 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə öz itlərini – Cessika və Bəbəşkanı şəxsi problemləri ilə əlaqədar müvəqqəti saxlanılmaları üçün İDEA X7 vermişdir. xx.xx.2024-cü il tarixdə qeyd olunan müəssisəyə itlərin ona geri qaytarılması üçün müraciət etmişdir və orada ona kobud şəkildə bildirmişlər ki, heyvanlar əvvəlki sahibinə geri qaytarılmır və artıq onun itlərini yeni sahiblərinə vermişlər. Qeyd etmək istəyir ki, İDEA X9 itlərini qəbul edəndə ona bildirilməmişdir ki, itlər geri qaytarılmayacaq, nə müqavilə, nə də təhvil-təslim aktı qəbul edilməmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə ikinci dəfə müraciət etmişdir. Müəssisənin direktoru bildirmişdir ki, araşdırılıb ona ətraflı məlumat veriləcək, lakin əlaqə nömrəsinin götürülməsinə baxmayaraq ona heç bir məlumat verilməmişdir. O, özü əlaqə saxlayanda ona demişlər ki, bu müəssisəyə bir də zəng etməsin. İtləri körpəlikdən özü böyütmüşdür, ona görə də onlarla xüsusi bağlılığı var və onlarsız yaşaya bilmir. Qeyd etmək istəyir ki, o, İDEA X7 ünvanladığı məktubda bildirmişdir ki, yeni sahibləri itləri geri qaytarmağa razı olsalar, o, buna görə ödəniş etməyə hazırdır, amma mərkəz bu məsələdə də ona heç bir köməklik göstərməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, o, itlərini təhvil verən zaman o, heç bir sənədə imza etməmiş, ona itlərini birdəfəlik təhil verməsi izah edilməmişdir. O, itləri oraya verdiyi zaman çox məyus olmuş, lakin maddi vəziyyəti ilə əlaqədar bunu etmək məcburiyyətində qalmışdır. Sonradan maddi durumu qaydasına düşmüş, itlərini geri götürmək üçün müraciət etmiş, müraciətinə imtina cavabı verilmişdir. Hazırda itlərinin ona geri qaytarılacağı təqdirdə müvafiq məbləğ də ödəməyə razıdır. Cavabdehin təqdim etdiyi sənəd saxtadır, o heç bir yerdə imza atmamışdır. Təqdim edilən ərizənin heç bir hüquqi qüvvəsi yoxdur. Onun məqsədi itlərindən imtina olmamışdır. O, yalnız itlərini müvəqqəti saxlanca vermişdir. Habelə hesab edir ki, cavabdeh qanunsuz fəaliyyət göstərir, belə ki, cavabdehin ev heyvanlarının saxlanması, onların peyvənd edilməsi, habelə heyvanlara digər tibbi müdaxilələrin edilməsi, ümumiyyətlə fəaliyyətin həyata keçirilməsinin qanunla müəyyən edilmiş tələblərə uyğun olmasına dair müvafiq dövlət orqanları ilə razılaşdırılmalar aparılmalıdır, lakin bu məsələlərə dair sənədləri qarşı tərəf təqdim etmir. Həmçinin bildirmişdir ki, 20 ildən çoxdur ki, heyvan saxlayır. Onların psixologiyasına bələddir. Azərbaycanda fəaliyyət göstərən baytarların 90%-ni tanıyır. Mərkəzin baytarının nömrəsini tapmaq onun üçün o qədər də çətin olmamışdır. O, baytarla telefon əlaqəsi saxlayanda baytar ona bildirdi ki, onlar heyvanları qısırlaşdırıb çölə buraxırlar. Qısırlaşdırma heyvanları kütləvi şəkildə məhv etməkdir. Bu fəaliyyəti həyata keçirən baytarlar uca yaradan tərəfindən heyvanlara bəxş edilən həyatı məhv edir. Bu Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağandır. O, bunu eşidəndə şok keçirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçınn irəli sürdüyü dəlillər tamamilə əsassızdır, şəxs özü könüllü şəkildə itlərini Mərkəzə təhvil vermiş və müvafiq ərizəni özü imzalamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin qanuni təmsilçisi X2 qızı öz izahatında bildirdi ki, Lalə xanıma böyük hörmətləri var. Lalə xanım 2023-cü ilin mart ayında Mərkəzə yaxınlaşıb bildirdi ki, maddi sıxıntısı var və bu səbəbdən itlərə baxa bilmir. İtləri Mərkəzə təhvil vermək istədiyini bildirdi. Ona bildirilmişdir ki, itləri çox böyükdür və qəbul edilməsi mümkün deyil. Səbəbi isə bundan ibarətdir ki, böyük heyvanları ailələr istəmir. Çünki, böyük heyvanlar çox gec adaptasiya olurlar. O, qeydiyyat masasında olmasa idi, itlər qəbul edilməyəcəkdi. Lalə xanımın xahişlərini nəzərə alaraq itlərin qəbul edilməsi barədə göstəriş vermişdir. Daha sonra Lalə xanım itlərin təhvil verməsinə dair sənədi imzaladı. Sənəddə qeyd olunmuşdur ki, itlər təhvil verildikdən sonra mülkiyyət hüququ Cavabdeh Mərkəzinə keçir və bütün məsuliyyəti Mərkəz daşıyır. Təəssüf ki, üstündən 1 il keçməsinə baxmayaraq, Lalə xanım itlərinin vəziyyəti barədə Mərkəzə müraciət etməmişdir. Daha sonra itləri əvvəl yaşadığı areala buraxmışlar. Çünki, yeni itin qəbul edilməsi üçün yer olmalıdır. Yer olmadığı zaman itlər əvvəl yaşadığı areala buraxılır. Mübahisə predmeti olan itlərin arealı Nəsimi rayonu idi. Bunu iddiaçı öz ərizəsində də qeyd etmişdi. Mərkəzin hüququ var ki, 6 ay ərzində itlərin sahibi maraqlanmırsa, itlər ondan artıq müddətdə saxlanılmır. İş materialları: 24 iyun 2023-cü il tarixli heyvanın təhvil verilməsinə dair ərizədən görünür ki, İddiaçı dişi cinsi olan qızılı ilə qara rəngli xx.xx.2020-ci il doğumlu xorvatiya ovçarkası ilə rotveyller qarışığı “Cessika” və dişi cinsi olan ağ şabalıdı xallarla üçrəngli xx.xx.2021-ci il doğumlu ov iti ilə çoban itinin qarışığı “Bəbəşka” adlı itlərini Cavabdeh X7 təhvil vermiş, həmin heyvanların Mərkəzin mülkiyyətinə keçdiyinə, heyvana dair Mərkəz tərəfindən lazımi qaydada sərəncam verilə biləcəyinə razı olduğunu təsdiq etmişdir. Yaddaş vərəqələrindən və identifikasiya kartlarından görünür ki, dişi cinsi olan qızılı ilə qara rəngli xx.xx.2020-ci il doğumlu xorvatiya ovçarkası ilə rotveyller qarışığı “Cessika” və dişi cinsi olan ağ şabalıdı hallarla rəngli xx.xx.2021-ci il doğumlu ov iti ilə çoban itinin qarışığı “Bəbəşka” adlı heyvanların hüquq sahibi İddiaçı olmuşdur. Həmçinin, həmin sənədlərə əsasən müəyyən edilir ki, itlər müxtəlif tarixlərdə vaksinasiya proseduruna cəlb edilmişlər. 05 aprel 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh X7 müraciət edərək, itlərinin geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixli 23/001 saylı müqavilədən və həmin müqaviləyə əsasən qiymətlərin razılaşdırılması barədə 01 saylı protokoldan görünür ki, Bakı şəhəri MKTD Sanitariya və Texniki Təmizlik İdarəsi ilə Cavabdeh X9 arasında xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmış, 1 sahibsiz it üçün keçirilən prosedurun qiyməti 48 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 23/001 saylı müqavilədən və həmin müqaviləyə əsasən qiymətlərin razılaşdırılması barədə 01 saylı protokoldan görünür ki, Bakı şəhəri MKTD Sanitariya və Texniki Təmizlik İdarəsi ilə Cavabdeh X9 arasında xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmış, 1 sahibsiz it üçün keçirilən prosedurun qiyməti 55 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 23/003 saylı müqavilədən və həmin müqaviləyə əsasən qiymətlərin razılaşdırılması barədə 01 saylı protokoldan görünür ki, Bakı şəhəri MKTD Sanitariya və Texniki Təmizlik İdarəsi ilə Cavabdeh X9 arasında xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmış, 1 sahibsiz it üçün keçirilən prosedurun qiyməti 55 manat müəyyən edilmişdir. Cavabdeh X9 İctimai Birliyinin nizamnaməsi xx.xx.2016-cı il tarixdə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində qeydiyyatdan keçmişdir. Nizamnamənin 2.1-ci bəndinə əsasən birliyin fəaliyyətinin məqsədləri sahibsiz it, pişik və ya digər ev heyvanlarını saxlamaq və ya onlara baxmaq üçün razılıq verən şəxslərə vermək də daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1464 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli heyvanların təhvil verilməsinə dair «Ərizə»nin orta hissəsində «İmza:» qrafasında olan imza; mülki işin 4-5 vərəqələrində olan 30 aprel 2024cü il tarixli (heyvanların sahibinə geri qaytarılması barədə) «İddia ərizəsi»nin 2-ci vərəqində «İmza:» qrafasında «İddiaçı» yazılarının qarşısındakı imza – eyni şəxs İddiaçı tərəfindən icra edilmişdir (1-ci sual üzrə). Ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli heyvanların təhvil verilməsinə dair «Ərizə»də olan əlyazmalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 15093 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. 192.4-cü maddəsinə əsasən nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay müddətində onların mülkiyyətçisi aşkar edilməzsə və ya özü onlara hüququnu bildirməzsə, heyvanları saxlayan və onlardan istifadə edən şəxs onlara mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur. 192.5-ci maddəsinə əsasən heyvanlar başqa şəxsin mülkiyyətinə keçdikdən sonra onların əvvəlki mülkiyyətçisi gəldikdə, əgər həmin heyvanların ona bağlılığını saxladığını sübut edən hallar olarsa, yeni mülkiyyətçi ilə razılaşma əsasında müəyyənləşdirilən şərtlərlə, razılaşma əldə edilmədikdə isə məhkəmə yolu ilə heyvanların qaytarılmasını tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı hazırki iddia tələbinin predmeti olan itləri Mərkəzə təhvil verərkən, həmin heyvanların Mərkəzin mülkiyyətinə keçdiyinə, heyvanlara dair Mərkəz tərəfindən lazımi qaydada sərəncam verilə biləcəyinə razı olduğunu təsdiq etmişdir. Mərkəz həmin ərizə ilə verilmiş hüquqlardan istifadə edərək, heyvanlar üzərində sərəncam vermişdir. İddiaçının dəlilləri ona heyvanların təhvil verilməsi zamanı heç bir sənədin təqdim edilməməsi, hüquqların izah edilməməsi, habelə heyvanların Mərkəzə təhvil verilməsinin yaratdığı hüquqi nəticələr barədə ona məlumat verilməməsi, ümumiyyətlə Mərkəzin belə bir fəaliyyətinin qanunsuz olmasına dair dəlillərdən ibarət olmuşdur. İddiaçının qeyd edilən dəlilləri bağlı aparılmış araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir. İlk növbədə Mərkəzin fəaliyyəti onun müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nizamnaməsi əsasında həyata keçirilir ki, Mərkəzin ev heyvanlarının saxlanması istiqamətində fəaliyyəti nizamnaməsində öz əksini tapmışdır. Mərkəzin fəaliyyətinin qanunvericiliyin müəyyən etdiyi prosedura uyğun həyata keçirilməsi hazırki mülki mübahisənin predmeti olmasa da, məhkəmə bu dəlilin araşdırılması zamanı hər hansı pozuntu aşkar etməmişdir. İddiaçının digər dəlilləri onun heyvanları təslim etməsi zamanı ona hüquqlarının izah edilməməsi, heç bir sənədləşmənin aparılmaması ilə bağlı olmuşdur ki, iddiaçı bu dəlillərini təsbit edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilmiş və mötəbərliyi şübhə doğurmayan heyvanın təhvil verilməsinə dair ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xorvat ovçarkasının rotveylerlə qarışığı olan “Cessika” adlı qəhvəyi rəngli və ov itinin çoban iti ilə qarışığı olan “Bəbəşka” adlı üçrəngli itini Cavabdeh X7 təhvil verərək həmin heyvanın Mərkəzin mülkiyyətinə keçdiyinə, heyvana dair Mərkəz tərəfindən lazımi qaydada sərəncam verilə biləcəyinə razı olduğunu təsdiq etmişdir. Qeyd edilən ərizə iddiaçı tərəfindən mübahisələndirilsə də, iddiaçının vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının da rəyində ərizədəki imzanın İddiaçı məxsusluğu öz təsdiqini tapmışdır. Beləliklə də, iddiaçının heyvanları təhvil verməsi zamanı müvafiq sənədləşmənin aparılmamasına dair dəlilləri cavabdeh tərəfindən təqdim edilmiş mötəbər sübutla təkzib olunmuşdur. Məhkəmə hər bir halda bir məsələyə nəzər yetirilməsini zəruri hesab edir ki, iddiaçı özünə məxsus ev heyvanlarını maddi durumu ilə əlaqədar olaraq Mərkəzə təhvil verməsini inkar etmir, iddiaçının heyvanlarını Mərkəzə təhvil verdikdən sonra kifayət qədər uzun müddət - doqquz aya yaxın ev heyvanlarının vəziyyəti ilə maraqlanmaması da mübahisə olunmur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ev heyvanlarına çox bağlı olduğunu vurğulamışdır, lakin maddi vəziyyəti ilə əlaqədar həmin heyvanları Mərkəzə vermək məcburiyyətində qaldığını qeyd etmişdir. Əlbəttə işin qeyd edilən faktiki halı mübahisə doğurmasa da, məhkəmə iddiaçının qeyd etdiyi kimi öz övladları kimi sevdiyi heyvanları Mərkəzə təhvil verdikdən sonra doqquz ay ərzində onların vəziyyəti ilə maraqlanmamasını da diqqətçəkən məqam kimi nəzərə alır. İddiaçının maddi durumu həmin heyvanları ev şəraitində saxlamağa imkan verməyə bilərdi, lakin doqquz ay ərzində iddiaçının həmin heyvanların ümumi vəziyyəti ilə maraqlanmasına hər hansı mane olmamışdır. Hətta qanunvericilikdə nəzarətsiz ev heyvanlarının belə, mülkiyyətçisinin müəyyən edilməməsi halında onların 6 ay ərzində saxlanması müddəti müəyyən edilmişdir. Hazırki halda isə mülkiyyətçi özü öz ev heyvanlarını təhvil vermiş və üstəlik də 6 aydan daha çox müddətdə heyvanların aqibəti ilə maraqlanmamışdır. Hər bir halda iddiaçı ona məxsus ev heyvanları üzərindən hüquqlarının Mərkəzə ötürülməsinə dair əqd əsasında öz iradə ifadəsini bəyan etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi və irəli sürdüyü dəlilləri tamamilə əsassızdır və iddia təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh X5rşı «heyvanların sahibinə geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Aparılmış tədqiqatın dəyərini təşkil edən 124 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Heyvanlara X1rşı «heyvanların sahibinə geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Aparılmış tədqiqatın dəyəri 124 (bir yüz iyirmi dörd) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X3, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-324/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-324/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver