Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3257/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı oğlu, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2008-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bacısının xx.xx.1998-ci il təvəllüdlü oğlu X4 xəstə idi və bacısı vəfat etməmişdən əvvəl, 2004-cü ildə 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilmişdi. Bacısına xx.xx.2008-ci il tarixdə zəng vuraraq bildirmişlər ki, uşaq vəfat etmişdir. Bacısı oğlunu vəfat edəndən sonra Abşeronda rayonunda yerləşən qəbristanlıqda dəfn etmişlər. Onlar bacısı oğlunun dəfnində iştirak etmişlər. Son vaxtlar o, sənədləşmə işləri aparmaq istədikdə bacısı və bacısı oğlu barədə sənəd təqdim etməsi tələb edilmişdir. O, bacısı oğlunun vəfat etdiyini bildirdikdə, ASAN xidmətdə bacısı oğlunun sistemdə sağ kimi keçdiyi qeyd edilmişdir. Bu səbəbdən, ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, onda əsaslı sənədlər mövcud olmadığına görə müraciətinin təmin edilməsindən imtina edilmiş, xx.xx.1998-ci il təvəllüdlü bacısı oğlu X3 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə, bacısı oğlunun adına verilməli olan ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşdirmə işlərində lazım olur. Bacısı oğlunun ölməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 22.06. 2022-ci il tarixli məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin bacısı oğlu X4 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (şəxsiyyət vəsiqəsi – seriya AZE № 10005502, xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmişdir). İş materiallarına əlavə olunmuş digər sənədlərdən (doğum haqqında şəhadətnamələr, nikahın pozulması haqqında şəhadətnamə) görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin bacısı oğludur. xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 234697 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin bacısı X2 xx.xx.2021-ci il tarixdə etanolun toksik təsirindən Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və ƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin (PHŞ) 07 iyul 2022-ci il tarixli 99 saylı arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X1-nevroloji uşaq evinin göndərişi ilə xx.xx.2003-cü il tarixdən 112 nömrəli əmrə əsasən müəssisəyə qəbul olunmuşdur. X4 xx.xx.2008-ci il tarixdə vəfat etdiyi üçün, xx.xx.2008-ci il tarixli 19 nömrəli əmrə əsasən hesabdan silinmişdir. Arayışa əlavə edilmiş qoşmadan görünür ki, X3 xx.xx.2008-ci il tarixdə vəfat etdiyi üçün təcili gəlmələri barədə Saray qəsəbəsində yerləşən internat evinin direktoru Ş.H.Əhmədov tərəfindən uşağın yaxınlarına məlumat verilmişdir. xx.xx.1998-ci il təvəllüdlü X4 vəfat etməmişdən öncə, Nəsimi rayonu 1 nömrəli uşaq poliklinikasında «Uşaq serebral iflici» diaqnozu ilə həkim-nevropotoloqun dispanser qeydiyyatında olmuşdur. 2004-cü ildən sonra poliklinikaya uşaqla bağlı müraciət olunmamışdır. Maraqlı şəxs 26 may 2022-ci il tarixli 05/Q-845/75 saylı məktubundan görünür ki, ərizəçiyə bacısı oğlu X3 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi bacısı oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2008-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2008-ci il tarixdə Abşeron rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3257/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3257/2022
28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver