Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-326/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 17800.94 (on yeddi min səkki yüz ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6544.54 (altı min beş yüz qırx dörd ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, cəmi 24345.48 (iyirmi dörd min üç yüz qırx beş ABŞ dolları, qırx səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “Geely Emgrand Ex7” minik markalı (buraxılış ili 2013, ban-L108DBZ59E3064058, rəngi ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC BOKT-un hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borcun məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, AR Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1934 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclaan”) arasında 27.09.2013-cü il tarixdə, № 01271 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 19.534 (on doqquz min beş yüz otuz dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. 03.10.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “GEELY EMGRAND EX7” minik markalı (buraxılış ili 2013, ban- L108DBZ59E3064058, rəngi - ağ) avtomobil 27.09.2013-cü il tarixdə, № 1271 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X5 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 28.09.2013-cü il tarixli, AA seriyalı, 142140 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün "Borcalan”a 19.534 (on doqquz min beş yüz otuz dörd) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2 bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3.bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 (altmış) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 17800.94 (on yeddi min səkkiz yüz ABŞ dolları, 94 sent) ABŞ dolları, faiz borcu üzrə 6544.54 (altı min beş yüz qırx dörd ABŞ dolları, 54 sent) ABŞ dolları olmaqla, cəmi 24345.48 (iyirmi dörd min üç yüz qırx beş ABŞ dolları, 48 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir (AR MPM 185.5-Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2013-cü il tarixli 01271 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Bank tərəfindən borcalan Cavabdeh illik 18 %, aylıq 496.04 ABŞ dolları ödəmək şərtilə 60 ay müddətinə ümumilikdə 19,534 ABŞ dolları məbləğində kredit verilmişdir. Bunu iş materiallarına əlavə edilmiş 03.10.2013-cü il tarixli məxaric orderi də təsdiq edir. İş materiallarında olan 1271 №-li “nəqliyyat vasitəsinə aid” ipoteka müqaviləsindən görünür ki, 27 sentyabr 2013-cü il tarixli 01271 saylı kredit müqaviləsinin təminatı olaraq bir tərəfdən Cavabdeh, digər tərəfdən "xxxx" ASC-nin “Sənaye” filialı arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “GEELY EMGRAND EX7” minik markalı (buraxılış ili 2013, ban- L108DBZ59E3064058, rəngi - ağ) avtomobil 27.09.2013-cü il tarixdə, № 1271 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 23156 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilən 16.07.2021-ci il tarixli, 2602 №li Arayışdan görünür ki, borclan Cavabdeh 27.09.2013-cü il tarixdə 60 ay müddətinə 19534 ABŞ dolları məbləğində "xxxx" ASC tərəfindən kredit verilmiş, 13.02.2018-ci il tarixdə borc "xxxx" ASC tərəfindən Aqrarkredit” QSC BOKT-a ötürülmüş, müştəri tərəfindən 05.09.2018-ci il tarixdə 117,06 ABŞ dolları və 23.10.2018-ci il tarixdə isə 100 ABŞ dolları banka pul ödənilmişdir. Müştərinin 09.07.2021-ci il tarixə Aqrarkredit” QSC BOKT-a olan borcu 24345,48 ABŞ dolları həcmindədir (bundan 17800,94 ABŞ dolları əsas borc və 6544,54 ABŞ dolları faiz borcu). İş materiallarında olan AR DİN BDYPİ tərəfindən ünvanlanan 26.05.2021-ci il tarixli məktubdan və 28.09.2013-cü il tarixli, 142140 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, borclu Cavabdeh məxsus “Gelly Emgrand Ex7” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinin qeydiyyata alınmışdır. İş materiallarında olan “X6 Edilməsi Agentliyi” MMC tərəfindən verilən 1570 №-li, 05.05.2021-ci il tarixli “tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi”nə dair bildirişdən görünür ki, borclunun gecikmədə olan borcu, əsas borc üzrə 17800.94 ABŞ dolları, faiz borcu üzrə 6544.54 ABŞ dolları olmaqla, cəmi 24345.48 ABŞ dolları təşkil edir. Göstərilənlərlə bağlı borclu xəbərdar edilmişdir ki, 10 gün müddətində qeyd olunan borcla bağlı ödənişi icra etsin. Əks təqdirdə, əsas 17800.94 ABŞ dolları, faiz borcu üzrə 6544.54 ABŞ dolları olmaqla, cəmi 24345.48 ABŞ dolları borcun borcludan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunması ilə xəbərdar edilmişdir. İş materiallarında olan 26 may 2021-ci il tarixli, 799 №-li ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5554/2021 saylı, 05.10.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2022-ci il tarixli 9/1084 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışından, hesabdan çıxarışdan və 27.09.2013-cü il tarixli 01271 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı QSC-yə 05.10.2021-ci il tarixə olan borcu: - əsas kredit borcu – 18.120,10 ABŞ dolları; - faiz borcu – 6010,54 ABŞ dollar. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh üzərinə düşür. Lakin, mülki işdə Cavabdeh öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X3 vermişdir. Lakin, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Göründüyü kimi, QSC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin borcun tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirərək, hesab edir ki, cavabdehdən iddiaçıın xeyrinə iddia ərizəsində tələb edilən əsas borc 17800.94 ABŞ dolları və ekspertin rəyində qeyd edilən 6010,54 ABŞ dolları məbləğin tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 17800.94 (on yeddi min səkki yüz ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6010.54 (altı min on ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, cəmi 23811.48 (iyirmi üç min səkkiz yüz on bir ABŞ dolları, qırx səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “Geely Emgrand Ex7” minik markalı (buraxılış ili 2013, ban-L108DBZ59E3064058, rəngi ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait İddiaçı QSC BOKT-un hesabına ödənilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 17800.94 (on yeddi min səkki yüz ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6010.54 (altı min on ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, cəmi 23811.48 (iyirmi üç min səkkiz yüz on bir ABŞ dolları, qırx səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC BOKT-un xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “Geely Emgrand Ex7” minik markalı (buraxılış ili 2013, ban-L108DBZ59E3064058, rəngi ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılsın. Satışdan əldə edilən vəsait İddiaçı QSC BOKT-un hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-326/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-326/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver