Məhkəmə qərarları › İş №2(006)-3275/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3275/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3275/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il tarixdə doğulan əri X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi olaraq ailə qurmuşdur. xx.xx.1963-cü il tarixdə doğulan X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi, ev 40, 2 nömrəli mənzildə rəhmətə getmişdir. Ərizəçi və ailə üzvləri çox pis vəziyyətdə olduqlarına görə X4 ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. X5 Bakı şəhərində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Son vaxtlar isə ərizəçi bəzi işlərlə, o cümlədən vərəsəliklə bağlı sənədləşmə işlərini aparmaq istədikdə ondan əri barədə hər hansı sənəd istənilmişdir. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, əlində əsaslı sənədlər olmadığı üçün həmin şəhadətnamənin verilməsindən imtina edilmiş və bildirilmişdir ki, xx.xx.1963-cü il tarixdə doğulan X4 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Qeyd edilən şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olur. X4 ölüm faktını şahidlər də təsdiq edə bilər. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1963-cü ildə Masallı rayonunda doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, ərizəni müdafiə etdiyini və baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilməlidir ki, əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum X5 onun dayısı, ərizəçi isə dayısı arvadı olmuşdur. X2 ürək xəstəliyindən əziyyət çəkdiyi üçün ürək tutmasından rəhmətə getmişdir. Abbasova Sevanə dayısının dəfn mərasimində iştirak etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, mərhum X5 onun qonşusu olmuşdur. O, təxminən xx.xx.2022-ci ildə axşam işdən evə gəldikdən sonra Ağayev Kəmaləddinin rəhmətə getməsi xəbərini eşitmiş və onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib və şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AA2753720 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Ərizəçi həyat yoldaşı X5 xx.xx.1963-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İ seriyalı 383967 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi nikahı Nərimanov rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 fevral 2008-ci il tarixdə 109 № ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-686/75 №-li məktubdan görünür ki, Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X7 Stansiyası PHŞ-nin 8 saylı bölməsinin verdiyi «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:10-da ünvan 2 ünvanına X4 adına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Ramiz Cəfərov, tibb bacısı Xanım Cəfərova yerinə yetirmiş, aparılmış müalicə tədbirləri qrafasının qarşısında “həkimə qədər ölüm. Kişi cinsli meyit. Huşsuz. xarici qıcıqlara reaksiyası yox. Boynu, sifəti göyərmiş. Yuxu arteriyada PS qeyd olunmur. Tənəffüs, ürək fəaliyyəti yoxdur” ifadəsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 37 №-li Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 95 №-li məktubunda qeyd edilir ki, xx.xx.1963-cü il təvəllüdlü X1 rayonu, C.Hacıbəyli küçəsi, ev 40, m 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq Türkiyə Respublikasında yaşayıb. 37 №-li Şəhər Poliklinikasına müraciəti olmayıb, xəstəliklə qeydiyyata götürülməyib. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə poliklinika tərəfindən təqdim olunmayıb. Mülki işin materiallarında olan Masallı rayonu İcra Hakimiyyəti başçısının Xıl kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin xx.xx.2022-ci il tarixli 97 nömrəli arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Masallı rayon Xıl kənd Seyidlər qəbristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsinə görə Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1963-cü ildə Masallı rayonunda anadan olmuş X5 xx.xx.2022-ci ildə Bakı şəhərində (ev şəraitində) vəfat etmişdir. Ərizəçi ərinin adına ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1963-cü ildə Masallı rayonunda anadan olmuş X4 xx.xx.2022-ci ildə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Masallı rayonunda doğulmuş X4 xx.xx.2022-ci ildə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar