Məhkəmə qərarları › İş №2(006)-3276/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3276/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3276/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum 1933-cü il tarixdə Bakı şəhərində anadan olan atam X9 11 dekabr 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 128də qeydiyyatda olan 1933-cü il tarixdə Bakı şəhərində anadan olan atası X13 Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 128-də 11 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Atası rəhmətə getdiyi üçün ona və ailə üzvlərinə bu çox pis təsir etdiyi üçün, o, hər hansı ölüm haqqında şəhadətnamə götürə bilməmişlər. Atası rəhmətə getdikdən sonra o, atasını Bakı şəhəri, Sabunçu rayonunda yerləşən qəbiristanlığda dəfn etmişdir. Son vaxtlar isə o evlə bağlı sənədləşmə aparmaq istədikdə ondan atası barədə hər hansı məlumat istədilər və o rəhmətə getdiyini bildirdikdə ondan ölüm haqqında şəhədatname istədilər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirmişlər ki, 1933-cü il tarixdə Bakı şəhərində anadan olan atası X9 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 295 saylı məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında xx.xx.2007-ci il tarixdə vəfat etmiş 1933-cü il təvəllüdlü X1 3 nömrəli şəhər poliklinikasında xx.xx.2007-ci il tarixinə qədər olan müraciətləri və ölümü barədə heç bir məlumat yoxdur. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE seriyalı 04001781 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1933cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Oktyabr rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AЗ seriyalı 520294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, atası X11r. Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 266 nömrəli arayışdan görünür ki, X13 xx.xx.2007-ci il tarixində Pirşağı qəsəbəsi, Dəmiryol küçəsi ünvanında yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan X9 qəbirüstü abidəsinin fotoşəklindən görünür ki, X9 xx.xx.2007-ci il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum ərizəçinin atası idi. Qonşu kimi yaxşı münasibətləri olub. O, həm yaşlı idi, həm də xəstə idi. Mərhum 2007-ci ilin dekabr ayında vəfat etdi. Yas mərasimində iştirak etmiş, hətta 40 mərasimində Bakı şəhəri, Pirşağı qəsəbəsində dəfn olunduğu qəbrstanlığa qəbirüstünə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum ərizəçinin atası idi. Qonşu kimi yaxşı münasibətləri olub. O, həm yaşlı idi, həm də xəstə idi. Mərhum 2007-ci ilin dekabr ayında, Bakı şəhərində ev şəraitində vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Mərhum Bakı şəhəri, Pirşağı qəsəbə qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum ərizəçinin atası idi. Qonşu kimi yaxşı münasibətləri olub. O, həm yaşlı idi, həm də xəstə idi. Mərhum 2007-ci ilin dekabr ayında, Bakı şəhərində ev şəraitində vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Mərhum Bakı şəhəri, Pirşağı qəsəbəsə qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 ərizəçinin atası olmuşdur. X13 xx.xx.2007-ci il tarixdə ünvan 3 ünvanında yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə və 3 №-li Şəhər Poliklinikasına müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1933-cü il təvəllüdlü X9 xx.xx.2007-ci-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1933-cü il təvəllüdlü X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar