Məhkəmə qərarları › İş №2(006)-3307/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3307/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3307/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçının «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi İddiaçı Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 15 may 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən atası Bəhruz İsmayılovun ata adının Allahverdi deyil, Şura olmasını nəzərə alınmasını və X6 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin X3 xx.xx.1966-cı ildə ünvan 3 ünvanında yaşayırdı. xx.xx.2024-cü il tarixdə atasının vəziyyəti pisləşərək təcili tibbi yardım çağırılmışdır. X3 xx.xx.2024-cü il tarixdə, saat 18:24 radələrində ünvan 4 ünvanında vəfat etmişdir. Hazırda atasının vəfatından sonra onun ölümünün qeydiyyata alınması barədə, onun qeydiyyatda olduğu ünvan üzrə Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Oradan isə ona bildirmişlər ki, ərazi poliklinikasından həkim arayışı almalıdır. Lakin poliklinikadan bildirdilər ki, atası 5 №-li şəhər poliklinikasında qeydiyyatda olsa da, vəfat etdiyi günə qədər poliklinikaya heç bir müraciət etməmişdir. O səbəbdən bu arayışın verilməsi mümkün deyildir. Eyni zamanda da, Nəsimi Rayon Qeydiyyat Şöbəsi də, ona atasının ölümü barədə şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən də, X3nun “ölüm faktının müəyyən olunması” barədə hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətinə əsasən, mərhum X10 xx.xx.1966-cı il tarixdə Qazax şəhərində doğulmuşdur. Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X6 adına 18:24-də çağırış daxil olmuş, ünvana gələn həkim kişi meyiti aşkar etmiş və ərazi üzrə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə xəbər vermişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 05 nömrəli şəhər Poliklinikasının 204 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1966-cı il təvəllüdlü, ünvan 7 ünvanda yaşayan X10 xx.xx.2024cü il tarixdə rəhmətə gedib, uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-768/2024 nömrəli İddiaçı ünvanlanmış məktuba əsasən, X6 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyəsinin xx.xx.2024-cü il tarixli 112 nömrəli arayışına əsasən, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X10 dəfn edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarına əsasən, X10 ərizəçi İddiaçı atasıdır. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin uşaqlıq dostudur. xx.xx.2024-cü il tarixdə səhər Bəhruz İsmayılovun vəfat etdiyini eşitmişdir. Mərhumu adəti üzrə Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Sonra keçirilmiş yas mərasimlərində iştirak etmişdir. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum onun Qazax rayonundan qonşusu olmuşdur, xx.xx.2024-cü il tarixdə mərhumun oğlu ona zəng vuraraq atasının vəziyyətinin pisləşdiyini bildirmiş və gəlib çatdığında artıq mərhum vəfat etmişdir. Mərhumu həmin tarixdə Dədə Qorqud qəbristanlığında dəfn etmişlər. Dəfndə də, yas mərasimlərində də iştirak etmişdir. X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin dosdudur. xx.xx.2024-cü il tarixdə ərizəçinin atası Bəhruz İsmayılovun vəfat etdiyini öyrənmişdir. X19 qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimlərində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi İddiaçının məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin atası (mərhumun ərizəçinin atası olması elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatları ilə təsdiq edilir) X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar