Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3323/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X9 Ərizəçi atasıdır. O, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Bakı şəhərində evdə olan zaman qəflətən vəfat etmişdir. Təcili tibbi yardımın sənədində onun ölümünün səbəbi göstərilməmişdir. Ürəyi ilə əlaqədar problemi olduğundan, uzun zaman müalicələr almışdır. Hazırda ərizəçi mərhum atasının xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmir. Ərizəçi atasının ölümünün səbəbi barədə rəsmi sənəd əldə edə bilməmiş, bununla bağlı Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, mərhum atası xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməsini xahiş etsə də, həmin qurum tərəfindən məktub əsasında imtina verildiyindən atası ilə bağlı müvafiq şəhadətnaməni ala bilmir. Bundan başqa X7 ölməsi və Qobu qəbiristanlığında dəfn edilməsini şahidlər də təsdiqləyə bilər. Ərizəçi ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda xx.xx.1963-cü il təvəllüdlü mərhum X7 ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ölüm faktının müəyyən edilməsinin atası tərəfindən bankdan götürülmüş borcla bağlı lazım olduğunu, belə ki, ölüm haqqında şəhadətnamə olmadığından, banka olan borcun üzərinə faizlər gəldiyini, kreditin məqsədinin nə olmasını bilmədiyini və bank tərəfindən onlara bu barədə məlumat verilmədiyini bildirdi. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunun nəzərə alınaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxs tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı, mərhum Məmmədov Elşad isə atasıdır. X9 xx.xx.2024-cü il tarixdə evdə qəflətən vəfat etmiş, Qobu qəbristanlığında dəfn edilmişdir. Atasının vəfat etməsini əvvəlcə ona bildirməmiş, vəziyyətinin pis olduğunu demişlər. O, mərhumun yas mərasimində iştirak etmişdir. X3 ifadəsində bildirdi ki, Ərizəçi onun qızıdır, mərhum Məmmədov Elşad isə əri olmuşdur. X9 xx.xx.2024-cü il tarixdə evdə qəflətən vəfat etmişdir. Onun ürəyində problemlər olmuş, son 15 gündə də ciyəri soyuqlamışdı. Mərhum Qobu qəbristanlığında dəfn edilmişdir. Mülki işin materiallarında olan: AZE seriyalı 13098240 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 32, mənzil 17-dir. Nikahın bağlanması haqqında Vİ-ЖГ seriyalı 365124 nömrəli şəhadətnamədən görünür ki, X9 ilə X1 nikahı 20 oktyabr 1993-cü il tarixdə 992 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Doğum haqqında XXİ-ЖГ seriyalı 323351 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1998ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi atası X9, anası X2r. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X13 Təcili və X5 Stansiyasının verdiyi xx.xx.2024-cü il tarixli xəbərarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 02:50-də ünvan 1 ünvanına X7 adına çağırış daxil olmuş, çağırışı həkim Ü.Yaqubova, feldşer M.Mirişov yerinə yetirmiş, ölümün ilkin səbəbi qrafasında “həkimə qədər ölüm. Kişi cinsində meyit. Meyitin üzərində zorakılıq əlamətləri yoxdur. Covid-19 yaxma götürüldü” qeyd edilmişdir. Qobu qəsəbəsi “X15” məscidi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum xx.xx.1963cü il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə Qobu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X7 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, E.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” xəstəxana tərəfindən verilmir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi atasının ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından, ərizəçi sənədlərlə bağlı işlərdə çətinlik çəkir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3323/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3323/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver