Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3327/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X3 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2rşı «öhdəliyin icrasına xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2rşı «öhdəliyin icrasına xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X1 – xx xxxxxx 2013-cü ildə Cavabdeh1 ASC-nin İsmayıllı filialından 0713/13/SKMF saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına, heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 36 ay müddətinə, illik 06 faizlə 10000 manat məbləğində kredit götürmüşdür. Əri kreditin ödənilməsi təminatı olaraq İsmayıllı rayon Mican kəndində yerləşəni fərdi yaşayış evini ipoteka qoymuşdur. Kredit götürən əri Hidayət Hüseynov 2017-ci ildə vəfat etmişdir. Əri vəfat etdiyi günədək krediti aylar üzrə nəzərdə tutulmuş məbləğdə ödəmişdir. Ərinin vəfatından sonra isə o, müəyyən ayları ödəmişdir. Lakin ərinin vəfatından sonra ərinin yaratdığı təsərrüfatı inkişaf etdirə bilmədiklərindən və aldığı mal-qara qırıldığından, maddi çətinlikdən kreditin qalan az məbləğdə hissəsini ödəyə bilməmişdir. Hazırda da ödəmək iqtidarında deyil. Ərindən miras qalan fərdi yaşayış evi isə əsassız olaraq Cavabdeh1 ASC-də ipotekasında qalmışdır. Bu səbəbdən evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir, evi qanun üzrə vərəsəlik əsasında mülkiyyət hüququ əldə edə bilmir. X5 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 0713/13/ SKMF saylı kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin icrasının müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. O, Cavabdeh1 ASC, Azərbaycan Respublikası Maliyyə X12 və Azərbaycan Respublikası Milli Bankına qarşı öhdəliyin icrasına xitam verilməsi və ipoteka predmeti olan fərdi yaşayş evinin yüklülükdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1910/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Səbəb isə iddia tələbində qeyd edilən məsələ ilə bağlı cavabdehin münasibətini əks etdirən hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Ona görə də o, Cavabdeh1 ASC, Azərbaycan Respublikası Maliyyə X12 və Azərbaycan Respublikası Milli Bankına pretenziya ilə müraciət edərək hüquqi varisi olduğu X11 ilə Cavabdeh1 ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 0713/13/SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası təminatı olaraq X11 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 0713/13/SKMF saylı ipoteka müqaviləsinin ləğv edilməsi və X6 adına mülkiyyət hüququ üzrə qeydə alınmış, İsmayıllı şəhəri, keçmiş Mican kəndində yerləşən onun ailəsi ilə birlikdə yaşadığı və qanun üzrə vərəsəlik əsasında faktiki onun mülkiyyətinə keçən fərdi yaşayış evinin yüklülükdən azad edilməsinin təmin edilməsini tələb etmişdir. Həmin tələbi ilə bağlı ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedici - Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərovun və Cavabdeh1 ASC-nin Ləğvedici – Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini, icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevin imzası ilə ayrı-ayrılıqda, lakin eyni məzmunda xx.xx.2020-ci il tarixli məktublarda ona mücərrəd cavab verilməklə məsələnin həqiqi mahiyyətindən yayınmışdır. Bununla da onun tələbindən imtina etmişlər. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq X13 ilə Cavabdeh1 ASC arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 0713/13/SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasına xitam verilməsi, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrası təminatı olaraq X11 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 0713/13/ SKMF saylı ipoteka müqaviləsinin ləğv edilməsi və X6 adına mülkiyyət hüququ üzrə qeydə alınmış, İsmayıllı şəhəri, keçmiş Mican kəndində yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi ƏSF-nun nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Bu əsasdan məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etdi ki, Cavabdeh1 ASC ilə X11 arasında kredit müqaviləsi bağlanmış və kredit öhdəliklərinin icrası üçün tutma ipoteka predmetinə yönəldilmiş və hal hazırdaki idddiaçının subyektiv hüququ yoxdur. Bu əsasdan nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib,iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Cavabdeh1 KB ASC ilə X11 arasında bağlnmış xx.xx.2013-cü il tarixdə 0713/13/SKMF saylı kredit müqaviləsinə əsasən bank X9 Kömək Milli Fondunun vəsaiti hesabına heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 36 ay müddətinə, illik 60 faiz olmaqla 10000 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 5.11-ci maddəsindən görünür ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə kredit, ona hesablanmış faiz borcu, cərimə faizləri və dəbbə pulu tam ödənildikdən sonra öz qüvvəsini itirir. Həmin Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün xx.xx.2013-cü il tarixli 0713/13/SKMF saylı İpoteka müqaviləsi bağlanılmışdır. Həmin İpoteka müqaviləsinə əsasən yuxarıda qeyd olunan əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası X7 məxsus İsmayıllı rayonu, Mican kəndində yerləşən fərdi yaşayış evinin ipotekası ilə təmin olunmuşdur. Həmin müqavilənin 6.7-ci maddəsindən görünür ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə kredit və ona hesablanmış faiz borcu və digər öhdəliklər tam ödənildikdən sonra öz qüvvəsini itirir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Maliyyə X10 və Azərbaycan Respublikası Milli Bankına ünvanlanmış pretenziyadan görünür ki, mərhum X5 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsini, mərhum ərinin adına mülkiyyət hüququ üzrə qeydə alınmış İsmayıllı şəhəri, keçmiş Mican kəndində yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 ASC ilə X11 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən H.Hüseynova 36 ay müddətinə, illik 12% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi Bank və ipotekaqoyan X11 arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Hidayət Hüseynovun mülkiyyətində olan İsmayıllı rayonu, Mican kəndində yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, X5 vəfatından sonra kredit borcu müəyyən aylar ərzində özü ödəyirdi, hazırda ödəmək iqtidarında deyil. Ərindən miras qalan fərdi yaşayış evi bankın ipotekasında qaldığına görə, həmin evə qanun üzrə vərəsəlik əsasında mülkiyyət hüququ əldə edə bilmir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə icrasına xitam verilməsini, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrası təminatı olaraq ipoteka müqaviləsinin ləğv edilməsini və Hidayət Hüseynovun mülkiyyətində olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən kredit və ipoteka müqavilələrinin tərəfləri Cavabdeh1 ASC və X8r. İddiaçı isə müqavilələrinin tərəfi deyil və həmin müqavilələr üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilənin ləğv edilməsi haqqında razılaşma müqavilənin tərəfləri arasında müqavilə bağlanılması yolu ilə həyata keçirilir və bununla bağlı razılaşma olmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının sözügedən müqavilələri mübahisələndirməyə subyektiv hüququ yoxdur. AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər(madəd 423.2). Məhkəmə hesab edir ki, iddiaçı kredit və ipoteka müqavilələrinin tərəfi olmadığından, o müqavilələr üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Bu səbəbdən onun həmin müqavilələrinin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı tərəfindən həyat yoldaşı - kredit alan və ipoteka qoyan şəxs X6 hüquqi varisi olmasına dair sübut təqdim olunmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edirki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələbləriniirəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Məhkəmə həmçinin vurğulayır ki, hətta iddiaçı Hidayət Hüseynovun hüquqi varisi olsaydı belə sözü geden ipoteka müqaviləsinin 6.7-ci bəndinə əsasən bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə kredit və ona hesablanmış faiz borcu və digər öhdəliklər tam ödənildikdən sonra öz qüvvəsini itirir müddəasına görədə tələb əsassız olacaqdı. İddianın əmlakın yüklülükdən azad edilməsi hissəsi ipoteka müqaviləsi ilə birbaşa bağlı olduğundan, digər tələb təmin olunmadığıdan yüklülükdən azad edilmədə prosessual qənaət prinsipi baxımından əlavə araşdırılma aparılmadan iddia ipoteka yüklülüyündən azad edilmə hissəsində də təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2rşı «öhdəliyin icrasına xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2rşı «öhdəliyin icrasına xitam verilməsi, ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3327/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3327/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver