Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3383/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X9 ərizəçinin atası idi. O, xx.xx.1948-ci il anadan olmuş və uzun illər Bakı şəhərində yaşamışdır. Mərhum atası evdə olan zaman xx.xx.2024-cü il tarixdə evdə qəflətən vəfat etmişidir. O, ölən vaxta kimi təcili tibbi yardımın ona verilmiş tibbi sənəddə ölümünün səbəbi göstərilməyibdir. Lakin onlar bilirlər ki, atasının ürəyi ilə əlaqədar problemi var idi və qəflətən ürək tutmasından vəfat etmişdir. Yuxarıda qeyd olunanlara əsasən mərhum atası X6 adına xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmirlər. Atasının ölümünün səbəbi barədə rəsmi sənəd əldə etməmişlər. Maraqlı şəxsnə ərizə ilə müraciət edərək xx.xx.1948-ci il təvəllüdlü mərhum atasının adına Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməsini xahiş etdi, ona məktubla imtina verildi. Ona görə də xx.xx.1948-ci il təvəllüdlü mərhum atası X6 adına xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmir. Bundan başqa, atasının ölməsi və Məhəmmədi qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda xx.xx.1948-ci il təvəllüdlü mərhum atası X6 ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Göstərilənlərə əsasən, xx.xx.1948-ci il təvəllüdlü mərhum atası X6 adına xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və qəbul edilmiş qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasının qeyd edilməsini məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, atası X9 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində yerləşən evində qəflətən vəfat etmişdir. Təcili yardımın vermiş olduğu sənəddə onun ölüm səbəbi qeyd edilməsə də, onlar onun ürəktutmasından vəfat etməsini bilirlər. Daha sonra onlar mərhum atasının ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etdilər. Lakin onlar bundan imtina etdilər. Onlar bugünə kimi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşı, vəfat etmiş şəxs isə qayınatasıdır. Qayınatası xx.xx.2024-cü il tarixdə evində ürəktutmasından vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. 5.İş üzrə Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 534 saylı cavab məktubundan görünür ki, Dilarə Əliyeva küçəsi 247 mənzil 3-də qeydiyyatda olan xx.xx.1948-ci il təvəllüdlü X9 1 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda olmadığı üçün və onun xx.xx.2024-cü il tarixində ölüm səbəbini göstərən hər hansı bir xəstəliyi haqqında məlumatları olmadığı üçün ölüm haqqında arayışın verilməsindən imtina edilmişdir. 10.Mülki işin materiallarında olan Təcili və X4 Stansiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Dilarə Əliyeva küçəsi 247 mənzil 3-də həmin tarixdə X9 adlı kişi meyiti aşkar edilmişdir. 11.Mülki işin materiallarında olan Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 175 nömrəli Arayışdan görünür ki, həqiqətən xx.xx.2024-cü il tarixində dünyasını dəyişmiş mərhum X1 qəbirstanlığında ailə üzvlərinin və yaxın qohumlarının iştirakı ilə dəfn edilmişdir. Dəfn xərcləri övladı Ərizəçi tərəfindən çəkilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 13.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 16.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 17.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 18.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 19.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası xx.xx.1948-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 22.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3383/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3383/2024
13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver