Məhkəmə qərarları › İş №2(006)-3400/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3400/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3400/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü əri X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 9 nömrəli evin, 15 nömrəli mənzildə qeydiyyatda olan və yaşayan 13 il yataq rejimində xəstəliyi davam edən xx.xx.1949-cu il təvəllüdlü “keçirilmiş işemik insultun davamlığı... əmək qabiliyyətsiz, lakin kənar şəxsin qulluğuna ehtiyacı olan” 1 qrup əlil, polis polkovnikleytenantı əri X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. “Bakı Şəhəri Təcili və X2 Stansiyası” PHŞ Sahə Həkimi 02/380 saylı xx.xx.2020 tarixli Xəbərdarlıq Vərəqəsində “Həkimə qədər Ölüm” qeyd olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli 029-1108-1220 saylı məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərin dayandırılması meyarları və qaydası”na uyğun olaraq, ölüm baş vermə səbəbi məlum olmadığı üçün poliklinkaya təqdim olunan xəbərdarlıq vərəqəsi və ambulator tibbi kitabça əsasında Eldar Əliyev barəsində “Ölüm haqqında tibbi Şəhadətnamə”nin tərtib edilməsi imkan xaricindədir” qeyd olunmaqla həmin Şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Azərbatcan Respublikasının Ədliyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx xxx 2020-ci il tarixli 05/Q-620/75 nömrəli məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəsissəsinın müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.....ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır”. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 9 nömrəli ev, 15 nömrəli mənzildə qeydiyyatda olan və yaşayan axırıncı 13 il yataq xəstəsi olan xx.xx.1949-cu il təvəllüdlü əri X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə baxış iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsi Vəkil ünvanlanan xx.xx.2020-ci il tarixli, 05/Q-620/75 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirmişlər ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 02666619 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1949-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. 26 Bakı Komissarı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş İ- ЖГ seriyalı 380651 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X10 xx.xx.1976-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. “Bakı şəhəri Təcili və X3 Stansiyası” PHŞ BŞT və TTYS-nin 8 saylı Bölməsinin Sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə 1949-cu il təvəllüdlü X5 adına çağırış verilmişdir. Həkimə qədər ölüm. Kişi cinsli meyit aşkar edilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı Şəhər Təcili və X3 stansiyası” X16 tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:50-də “103” xidmətinə Nəsimi rayonu, 28 May küçəsi, ev 9, mənzil 15 ünvanından Eldar Əliyevin (70 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Orxan Bayramzadə icra edərək, xəstə X8 (71 yaş) “Keçirilmiş insultun qalıq əlamətləri” diaqnozu qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 21:05-də həmin ünvandan E.Əliyevin adına “rəhmətə gedib” səbəbi ilə daxil olan təkrar çağırışı 8 saylı bölmənin həkimi Eldar Cəfərov icra edərək, ünvanda X8 (71 yaş) məxsus meyit ilə rastlaşmış və “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və laborator müayinə üçün yaxma götürmüşdür. Hadisə barədə 22-ci polis bölməsinin əməkdaşı Cəfərova məlumat verilmişdir. Azərbaycan Respublikası DİN Tibb İdarəsi tərəfindən “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DİN-in təqaüdçüsü X6 ölümü haqqında tibbi şəhadətnamənin DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı poliklinika tərəfindən verilməməsi ilə əlaqədar “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasfna uyğun olaraq, ölümün baş vermə səbəbi məlum olmadığı üçün poliklinikaya təqdim olunan xəbərdarlıq vərəqəsi və ambulator tibbi kitabça əsasında E.Əliyev barəsində “Ölüm haqqında tibbi şəhadətnamə”nin tərtib edilməsi imkan xaricindədir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X10 xx.xx.2020-ci il tarixdə “Dədə Qorqud” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X5 xx.xx.1949-cu ildə doğulduğu, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Eldar Əliyev onun qayınatasıdır. 2006-cı ildə əri rəhmətə getsə də, o, ərinin valideynləri ilə birlikdə yaşamağa davam etmişdir. 2007-ci ildə Eldar Əliyev insult olduqdan sonra onun hərəkətində problemlər yaranmışdır. Müalicə üçün Eldar Əliyevi reabilitasiya mərkəzinə aparmışlar. Mərhum müxtəlif təzyiq dərmanları qəbul etmiş və rəhmətə getdiyi gündən bir gün əvvəl baş ağrıları olmuşdur. Rəhmətə getdiyi gün mərhumun təzyiqi aşağı düşmüş, qızdırması isə yuxarı qalxmışdır. Bu səbəbdən də X13 çağırmışlar. X13 xidmətinin işçiləri getdikdən sonra Eldar Əliyev həmin gün təxminən 21:00 radələrində öz yaşadığı evində vəfat etmişdir. Onlar yenidən X12 zəng edərək çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X11 adına vəziyyəti pisləşdiyi üçün xx.xx.2020-ci il tarixdə gündüz vaxtı təcili yardım çağırılmışdır. Daha sonra həmin gün axşam saat 21:00 radələrində Eldar Əliyev artıq vəfat etdikdən sonra X13 yenidən çağırılmışdır. Qonşuları olduğu üçün bu prosesləri şəxsən müşahidə edirdi. Yataq xəstəsi olduğu üçün onun bütün tələbatlarını qəlini ödəyir, ona yaxşı qulluq edirdi. Öz yaşadığı evində vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, mərhum və onun həyat yoldaşı ilə qonşuluqda yaşayırdı. Dəfndə iştirak etsə də Bakını yaxşı tanımadığına görə dəfn yerini dəqiq xatırlamır. xx.xx.2020-ci il tarixdə mərhum Eldar Əliyev öz yaşadığı mənzildə vəfat etmişdir. Uzun illər ərzində yataq xəstəsi idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X10ərizəçinin əri olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Dədə Qorqud” qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1949-cu il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar