Məhkəmə qərarları › İş №2(006)-3400/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3400/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3400/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etd: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 10 iyul 1964-cü ıl təvəllüdlü X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Ərizəsini onunla əsalandırmışdır ki, o, Sadıqova (İsmayılova) Aygün Aydın qızı xx.xx.1965-ci il tarixdə anadan olmuş, 25 aprel 1987-ci il tarixdə X15 ilə ailə qurduqdan sonra ona Sadıqova soyadı verilmişdir. Ailəsi 6 nəfərdən ibarət olmuşdur. Valideynləri, 2 qardaşı və bacısı. Atası - X8 19 oktyabr 1999-cu il tarixdə vəfat etmişdir. Anası - X1 17 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Qardaşı - X11 11 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Bacısı - X9 09 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Digər qardaşı - 10 iyul 1964-cü ıl təvəllüdlü X12 barəsində isə 1993-cü ildən bu yana heç bir məlumat ala bilməmişdir. O, həmin tarixdən sonra evə qayıtmamış, əşyalarını və sənədlərini götürməyə cəhd etməmiş, heç bir ailə üzvü, qohumu və ya dostu ilə əlaqə saxlamamışdır. Doğrudur, o və ailəsi onun axtarışı üçün hüquq-muhafizə orqanlarına müraciət etsələr də, digər vasitələrlə özü onu tapmağa çalışsa, lakin cəhdləri heç bir nəticə verməmişdir. O həyatda olsaydı, bu vaxta qədər onunla və ya ən yaxın dostlarından biri ilə əlaqə saxlayar və ya başqa bır şəxsə sağ-salamat olması barədə xəbər göndərər və 30 il müddətində onu və ailəsini intizarda qoymazdı. O, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 21 iyun 1986-cı ildə təhsilini başa vurmuş, ona həkim ixtisası verilmişdir. O, ailə qurmamış, evdən gedən zaman subay olmuşdur. Ondan geriyə yalnız ona aid sənədlər, fotoşəkillər və onun mülkiyyətində olan mənzil yadigar qalmışdır. Hazırda ailədən yalnız o, həyatda olduğundan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edə bilməyi üçün onun məhkəmə tərəfindən ölmüş elan edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Sadıqova (İsmayılova) Aygün Aydın qızı ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasın mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan A3 saylı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, atası X8 anası X2 qeyd olunmuşdur. İş materiallarında olan İV-JQ saylı 387113 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Sadıqova (İsmayılova) Aygün Aydın qızı arasında nikah xx.xx.1987-ci ildə bağlanmış və nikah bağlandıqdan sonra qadına Sadıqova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 06119797 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1972-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 373695 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə alkol mənşəli qaraciyər çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 347827 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə baş beyin qiş. ikincilli bədxassəli yenitör xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı 030700 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1999-cu ildə kəskin ürək damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan A3 saylı 707242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, atası X8 anası X1 qeyd olunmuşdur. İş materiallarında olan LV seriyalı 021529 saylı diplomun surətindən görünür ki, X12 Azərbaycan Tibb Universitetinin müalicə fakültəsini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-17/2-S-43-6/2023 saylı Sadıqova (İsmayılova) Aygün Aydın qızına ünvanlanmış məktubundan görünür ki, 1964-cü il təvəllüdlü G.A.İsmayılov Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmünə əsasən Azərbaycan SSİ Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi, 129-cu maddənin 1-ci hissəsi və 38-ci maddələri ilə (köhnə redaksiyada) təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş (həbs olunma tarixi xx.xx.1993-cu il) və Bakı Şəhər Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi hökmündən çıxarılmış, Azərbaycan SSR Cinayət Məcəlləsinin 50-2 maddəsi ilə 2 il müddətinə şərti azad edilməklə, 6 saylı islah əmək müəssisəsindən xx.xx.1993-cü il tarixdə 17 saylı Xüsusi müəssisəyə keçirilmişdir. G.A.İsmayılov barəsində digər məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-3558/23 saylı məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X12 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir Normadan da görünür ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansınsa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin ölümünə formal mülahizələrlə gümana əsaslanaraq, ölmüş elan edilə bilər. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr bitdikdən sonra mümkündür. Göründüyü kimi, ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X6 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X6 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi- qardaşı xx.xx.1964-cü il təvəllüdlü X6 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi- qardaşı xx.xx.1964-cü il təvəllüdlü X6 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar