Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3408/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1896-cı il təvəllüdlü mərhum babası Quliyev Şəmil Bəyiş oğlunun xx.xx.1997-ci il tarixində Ağcəbədi rayonunda ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbini dəqiqləşdirərək 1896-cı il təvəllüdlü mərhum babası X1 1966-cı il tarixində Ağcəbədi rayonunda ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1896-cı il təvəllüdlü mərhum babası X2 1966-cı il tarixində Agcəbədi rayonunda yaşadığı evdə ölmüşüdür. Onlar atalarını Ağcəbədi rayon qəbirstanlığında dəfin etmiş və babasına baş daşı qoyulmuşdur. Həmin vaxtlar onların başları qarışdığına görə babasının ölümü barədə hər hansı bir sənəd alınmamış, sonradan isə ümümiyyətlə ölüm haqqında sənəd almaq yadlarından çıxmışdır. Lakin vərəsəlik hüququ haqqında şahadətnamə alan zaman məlum olmuşdur ki, babasının ölümü barədə Qeydiyyat orqanında hər hansı bir qeydiyyat aparılmamışdır. Bununla əlaqədər Baki şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə gedərək babasının ölməsi barədə ölüm haqqında şahadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən babası X1 ölümünün təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmişdir və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyə edilmişdir. Babası ev şəraitində öldüyü üçün onun ölməsi barədə tibb müəssisəsindən tibbi şəhadətnamə verilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum onun qohumu, həm də arvadının babasıdır. X2 1966-cı il tarixində Ağcəbədi rayonunda yaşadığı evdə ölmüşüdür. Hər dəfə rayona gedəndə onun qəbrini ziyarət edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, mərhum babası X2 1966-cı il tarixində Agcəbədi rayonunda yaşadığı evdə ölümünü təsdiqləyir.Hər dəfə qəbrüstü ziyarətinə özü də gedir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcəbədi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 147 saylı arayışına əsasən məhrum X2 öldüyü günə kimi Ağcəbədi qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbrüstü fotoşəkildən görünür ki, X2 1896-cı il tarixində doğulmuş, 1966-cı ildə ölmüşdür. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıqvəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X2 babasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 1896cu il tarixdə doğulmuş X2 1966-cı il tarixdə Ağcəbədi rayonunda ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1896-cu il tarixdə doğulmuş X1 1966-cı il tarixdə Ağcəbədi rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-3408/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3408/2023
23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver