Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3442/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3442/2023 saylı qərardadı ilə Ərizəçi MMC-nin (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizəona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3442/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Ərizəçi MMC-nin (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair ərizənin qəbulundan imtina edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3442/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və Ərizəçi MMC-nin (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair ərizəsinin məhkəmə icraatı mümkün hesab edilsin və iş üzrə məhkəmə hazırlıq iclası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2023-cü il tarixə, saat 12:20-ə təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, hazırki məsələ kommersiya məhkəməsinə aid olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi və maraqlı şəxsin nümayəndələri izahat verərək işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 16 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin məzmunu dəyişdirilmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılması müəyyən edilmişdir. Maddənin məzmunundan göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan bütün mübahisələrə ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Hazırki ərizədən göründüyü kimi Ərizəçi MMC (VÖEN:**********) ilə Maraqlı şəxs MMC (VÖEN:**********) arasında bağlanan xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi kommersiya məqsədi ilə bağlanılmış və tərəflər həmin müqavilədən irəli gələn xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışdılar. Ərizəçinin hazırki tələbi isə sözügedən barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır. Belə olan halda hazırki mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi MMC-nin (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair dair 2(006)-3442/2023 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.3, 32.5, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi MMC-nin (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqlənməsi”nə dair dair 2(006)-3442/2023 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-3442/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3442/2023
03.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver