Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3489/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1969-cu il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvanında yaşayır. xx.xx.1965-ci il təvəllüdlü X1 həyat yoldaşıdır. Həyat yoldaşı ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müayinə olunması ilə əlaqədar həkimə müraciət etməsini təkid etsə də, həkimə getmirdi. Heç bir xəstəxanada qeydiyyatdan keçməmişdir. Həyat yoldaşı yaşadıqları ünvan 3 ünvanında vəfat etmişdir. 09 may 2025-ci il tarixdə səhər tezdən evdən idman etmək üçün çıxmışdır. Həyat yoldaşı da evdə idi. Qayıdanda gördü ki, həyat yoldaşı əli ürəyində kresloda oturub tərpənmir. Yaxınlaşdı gördü ki, soyuqdur. Təcili olaraq Təcili tibbi yardım stansiyasına zəng etdi. 5-10 dəqiqəyə çatdılar. Təcili və X6 Stansiyasından həkim və tibb bacısı çatanda artıq arvadı X4 vəfat etmişdir. Təcili və X6 Stansiyasının həkim və tibb bacısı tərəfindən ona həkimə qədər ölüm barədə Ölüm haqqında xəbərdarlıq vərəqi verildi. Həmin gün həyat yoldaşını qohumlarla birgə Suraxanı qəbirstanlığında dəfn etdi. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almaq üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi X10 Abşeron Rayon Mərkəzi X7 Şəxsinə müraciət etsə də, arvadının xəstəliyi ilə əlaqədar müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsinin mümkün olmaması əsası ilə xx.xx.2025-ci il tarixli, 18-1-20/2-A- 20xx-xx-1943/2025 saylı cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Təcili və X6 Stansiyasının Ölüm haqqında X5 rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, ev 1, mənzil 20 ünvanında çağırış üzrə gedən zaman artıq X2 artıq rəhmətə getdiyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizə ilə Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir və müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnaməni verə bilmədiyi üçün ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtinaya dair məktub verilmişdir.Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndi rəhbər tutularaq ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alındığı bildirilmişdir. Həyat yoldaşının ölüm faktını şahidlər təsdiq edə bilər. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Həmçinin qardaşının ölüm haqqında şəhadətnaməsinin olmamasının gələcəkdə ailəsi üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zəruridir. Buna görə də mərhum həyat yoldaşı X2 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, ərizəçinin həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun yaxın dostudur. Həyat yoldaşı X4 09 may 2025-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evində vəfat etmişdir. Dostunun dediyinə görə o, illərdir ürək xəstəliyindən əziyyət çəkirdi. Vəfat edərkən 59 yaşı olmuşdur. Suraxanı qəbiristanlığında dəfn olunmuşdur. Dəfnində iştirak etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi arvadının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində Ərizəçi verilən cavabdan görünür ki, tərəfindən Abşeron rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, o ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Abşeron rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etmələrini tövsiyə edir. 9.Mülki işin materiallarında olan xx.xx.1965-ci il tarixində verilən, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 oktyabr 1965-ci ildə anadan olmuşdur. 10.Mülki işin materiallarında olan 21 dekabr 2010-cu il tarixində verilən, AZ-İ seriyalı, 616143 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Timirsayeviç və X3 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 925 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abbazova” soyadı verilmişdir. 11.Mülki işin materiallarında olan AR Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsi tərəfindən Ərizəçi verilən xx.xx.2025-ci il tarixli, 01/A-129 saylı arayışdan görünür ki, həqiqətən onun mərhumə həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbəsi, tatar qəbiristanlığında dəfn olunmuşdur. 12.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 18-1-20/2-A-20xx-xx-1943/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tərəfindən verilir. A.Vyaçeslavovnanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. 13.Mülki işin materiallarında olan Təcili və X6 Stansiyası PHŞ tərəfindən verilən Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 08:30da Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 20, et 8 ünvanında X2 meyiti aşkar edilmişdir. “Həkimə qədər ölüm qadın cinsli meyit” diaqnozu qoyulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 15.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 16.Göründüyü kimi ərizəçi mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 18.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 19.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 20.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 21.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3489/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3489/2025
28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver