Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3496/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, qətnamənin icrasının 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, əri, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə xx.xx.1999-cu il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsi ev 106-da qeydiyyatda olan xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulan əri X5 28 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Əri vəfat etdiyi üçün özlərini çox pis hiss etdikləri üçün ərinin adına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Əri vəfat etdikdən sonra, ərinin nəşini Məhəmmədi kənd qəbristanlığında dəfn etmişlər. Son vaxtlar isə o, bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan əri barədə hər hansı sənəd istəyirlər. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün, ona imtina edilmiş və ona bildirmişlər ki, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulan əri X2 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Ərinin ölüm faktını şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxs 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X5 onun qonşusu olmuşdur. xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhəmmədiyyə kəndində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X5 onun əmisi olmuşdur. xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhəmmədiyyə kəndində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. X5 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur (şəxsiyyət vəsiqəsi – seriya AZE № 03811683, xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmişdir). İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin əridir. Təcili və X4 Stansiyasının 8 saylı Yardımçı Stansiyasının xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görunur ki, X2 adına 14:30-da çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (kişi cinsli meyit) qeyd etmişdir. 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin 14 iyun 2022-ci il tarixli 05/Q-2102/15 saylı məktubundan görünür ki, ərizəçiyə əri X2 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. 3 nömrəli şəhər poliklinikasının 20 iyun 2022-ci il tarixli 349 saylı məktubundan görünür ki, Ərizəçi həyat yoldaşı xx.xx.1969-cu il təvəllüdlü X2 3 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə müraciəti qeydə alınmadığından və ölümünün səbəbi məlum olmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş «Ölüm haqqında şəhadətnamə»nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3496/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3496/2022
30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver