Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3496/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 24 avqust 2015-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında vəfat etmiş və Səngəçal qəsəbəsindəki Sofi-Həmid Qəbristanlığında dəfn edilmişdir. xx.xx.2023-cü il tarixdə mərhum anası X3 ölüm haqqında akt qeydinin verilməsinə dair Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə verdiyi arayışında 24 avqust 2015-ci il tarixdə vəfat etmiş və Səngəçal qəsəbəsindəki Sofi-Həmid Qəbristanlığında dəfn edilmiş anası X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında həkim şəhadətnaməsi aşkar olunmaması səbəbindən ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunmuşdur. Qaradağ rayonu, Səngəçal qəsəbə Bələdiyyəsi tərəfindən 18 iyul 2023-cü il tarixdə verilmiş 02/29 № li arayışda göstərilir ki, mərhum anası X4 (xx.xx.1962-xx.xx.2015) Səngəçal qəsəbəsindəki Sofi-Həmid Qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X14 Bakı Baş Səhiyyə X9 Şəxs 5 № li Şəhər Poliklinikasının 14 iyul 2023-cü il tarixli, 290 № li arayışına əsasən 24 avqust 2015-ci il tarixdə vəfat etmiş X4 barədə 8 il müddətində ünvan 5r Poliklinikasına müraciət olunmadığına görə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki ərizə ilə vaxtında müraciət etməməsinin səbəbi həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkməsi olmuşdur. Cəzaçəkmə müəssisəsindən isə 2022-ci il tarixdə azad edilmişdir. Sonradan aidiyyəti qurumlara müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin həyat yoldaşı, mərhumənin isə gəlini olmuşdur. Yoldaşının xalası ona zəng edərək qaynanasının rəhmətə getdiyini bildirmişdir. Həmin vaxt o, Lənkəran rayonunda olmuşdur. Mərhumənin bacısı onu yas mərasiminə buraxmamışdır. Bu səbəbdən dəfn mərasimində iştirak etməmişdir. X2 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumənin bacısının tanışıdır. Həmin məhlədə yaşamışdır. Qonşuluqda Sitarə demişdir ki, bacısı dünyasını dəyişib. Dəfn edilməsi üçün yer tapa bilməmişlər, qonşular yığışıb mərhuməni Səngəçal qəsəbəsindəki "Sofi-Həmid Qəbristanlığı”nda dəfn etmişlər. Mərhumə düzgün həyat tərzi seçməmişdir və narkotik vasitələrin aludəçisi olmuşdur. Rəhmətə getmə səbəbi də elə narkotik vasitə olmuşdur. X1 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhuməni tanıyırdı. Həmin məhlədə yaşamışlar. Mərhumə Səngəçal qəsəbəsindəki "Sofi-Həmid Qəbristanlığı”nda dəfn edilmişdir. Mərhumə narkotik vasitələrin aludəçisi olmuşdur. Narkotik beynini qurutmuşdur. Rəhmətə getmə səbəbi narkotik vasitə olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-Q-xx-xx-1134/23 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı Baş Səhiyyə X11 Şəxs 5 №li Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 290 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X4 ünvan 4 ünvanında xx.xx.2015-ci il tarixdə rəhmətə getmişdir. 8 il müddətində ünvan 5r poliklinikasına müraciət etmədiyiniə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qaradağ rayonu Səngəçal qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02/29 saylı arayışdan görünür ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və Səngəçal qəsəbəsi ərazisində yerləşən Sofi-Həmid qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11- 9108/23 saylı məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X3 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(101)-878/2011 saylı hökmünün surətindən görünür ki, Ərizəçi AR CM-nin 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinməsi və ona əmlakı müsadirə olunmamaqla 9 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın yeni hökmlə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya qismən toplamaq yolu ilə qəti olaraq Ərizəçi üzərində 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzasının saxlanılması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhumə X3 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anası X3 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində doğulmuş X4 24 avqust 2015ci il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum xx.xx.1962-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş X3 24 avqust 2015-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3496/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3496/2023
17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver