Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3511/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 13 saylı Mediasiya Təşkilatı tərəfindən Maraqlı şəxs ilə arasında bağlanmış 18 iyul 2024-cü il tarixli, MBŞ/13/2024-00860 nömrəli barışıq sazişi əsasında azyaşlı övladları – xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 üçün aylıq bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment ödənilməsinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, o və Maraqlı şəxs arasında 13 saylı Mediasiya Təşkilatı tərəfindən 2024-cü il 18 iyul tarixli, MBŞ/13/2024-00860 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən maraqlı şəxs onun himayəsində olan azyaşlı övladları – xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 üçün aylıq bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh barışıq sazişində göstərilən şərtlərə əməl etmir və aliment ödənişi həyata keçirmir. Bu hal azyaşlı övladının hüquqlarının pozulmasına və onun maddi çətinliklərlə üzləşməsinə səbəb olur. Barışıq sazişi tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin həmin müddətin bitməsinə baxmayaraq, cavabdeh Maraqlı şəxs bu günədək alimentin ödənilməsindən tamamilə yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İİ-ПН seriyalı, 713790 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan AZ-İV seriyalı, 704244 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan AZ-İ seriyalı, 508731 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Nəsimi rayonu Mənzil-kommunal Təsərrüfat birliyi 77 saylı Mənzil-kommunal İstismarı sahəsinin arayışından görünür ki, Ərizəçi 4-cü mkr., Mir Cəlal küçəsi, ev 24, mənzil 44 ünvanı üzrə qeydiyyatdadır. İş materilallarında olan Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə ünvan ilə bağlanmış MŞB/13/2024-00860 saylı «Barışıq sazişi»ndən görünür ki:
1. 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda (nikahın pozulması tələbi) razılığa gələrək, 29 dekabr 2014-cü il tarixində, 580 nömrəli Quba rayon Qeydiyyat şöbəsində bağladıqları nikaha xitam verilməsi və nikaha xitam verilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsi müvafiq məhkəmə vasitəsilə iddia qaldırmaqla icra edilməsi barədə razılaşırlar. 2.1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda (uşaqların ananın himayəsində saxlanılması) razılığa gələrək, birgə nikahdan dünyaya gələn uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılaşırlar.
3. 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan dünyaya gələn uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment məbləğinin 1-ci tərəf Ərizəçi könüllü olaraq 20 avqust 2024-cü il tarixindən başlayaraq, hər ayın 20-30-u aralığında 1-ci tərəf Ərizəçi aid olan kart hesabına və ya 1-ci tərəfə aid digər hesablara köçürülməsi barədə razılaşırlar. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Belə ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı iki övladı var, onlar arasındakı nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, həmçinin Ərizəçi 4-cü mkr., Mir Cəlal küçəsi, ev 24, mənzil 44 ünvanı üzrə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə ünvan ilə tərəflər arasında mübahisəli məsələlərin həllinə dair MŞB/13/2024-00860 saylı barışıq sazişi bağlanmışdır. Hazırki ərizədən də görünür ki, iddiaçı həmin barışıq sazişinin yalnız aliment tələbinə dair bəndinin təsdiq olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoru Ülvi Əliyev tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin aliment hissəsi təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin aliment hissəsinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də, məhkəmə barışıq sazişinin aliment hissəsini təsdiq etməyi əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində qeyd edilməklə «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında ünvan ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00860 saylı Barışıq Sazişi aşağıdakı şərtlər təsdiq edilsin: 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan dünyaya gələn uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment məbləğinin 1-ci tərəf Ərizəçi könüllü olaraq 20 avqust 2024cü il tarixindən başlayaraq, hər ayın 20-30-u aralığında 1-ci tərəf Ərizəçi aid olan kart hesabına və ya 1-ci tərəfə aid digər hesablara köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev