Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3563/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.1950-ci il təvəllüdlü X3 ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Hüseynağa oğlu ünvan 1 ünvanında qeydiyyatdadır, mərhum anası X6 ilə eyni ünvanda yaşamışlar. Mərhum anası xx.xx.1950ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində Semaşko adına xəstəxanada dünyasını dəyişmişdir. Ölüm faktı qeyd olunan tibb müəssisəsi tərəfindən həmin gün qeydə alınmış və ölüm faktı haqqında arayış verilmişdir. Onlar tərəfindən Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət olunmuş və imtina məktubu verilərək məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, hesab edir ki, mərhum anası xx.xx.1950-ci il təvəllüdlü X3 ərizəyə əlavə olunmuş sənədlər əsasında ölüm faktı məhkəmə qaydasında (elan) təsdiq olunmalıdır. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi Hüseynağa oğlu ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində ərizəçi və mərhum X7 ilə iş yeri üzrə qonşu olduğunu, ərizəçinin anasını tanıdığını, onun xəstə olduğunu, bəzən poliklinikaya ərizəçi ilə bir yerdə getdiyini və mərhumun yas mərasimlərində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 fadəsində ərizəçi və mərhum X7 ilə 20 ilə yaxın yaşayış yeri üzrə qonşu olduğunu bildirmiş, mərhumun xəstəliyi ilə bağlı məlumatlı olduğunu və tez-tez xəstəxanaya getdiyi haqqında məlumatı olduğunu qeyd etmişdir. Həmçinin mərhumun konkret hansı ayda dünyasını dəyişdiyini bilməsə də, onun yas mərasimində iştirak etdiyini qeyd etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli X16 arayışının surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X7 xx.xx.2023-cü ildə dünyasını dəyişmişdir.(Şöbə:acil) Maraqlı şəxs1 ərizəçi X1 etibarnaməsinə əsasən nümayəndəsi X10 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-603/24 nömrəli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 73 saylı arayışından görünür ki, xx.xx.1950-ci təvəllüdlü X7 xx.xx.2023-cü ildə vəfat edib və o Şüvəlan qəbirstanlığında həyat yoldaşının məzarının yanında dəfn olunmuşdur. Azərbaycan Respublikası «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X22 1 saylı Şəhər Poliklinikası tərəfindən Ərizəçi Hüseyn oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli 18-1-1- 83/3-42/2024 nömrəli məktubdan görünür ki, 1950-ci il təvəllüdlü Topçubaşov küçəsi, ev 37 ünvanında qeydiyyatda olan X7 1 nömrəli şəhər poliklinikasında xx.xx.1991-ci ildən ambulator, xx.xx.2017-ci ildən isə Dz.şəkərli diabet tip2 ilə endokrinoloqun dispanser qeydiyyatındadır. Mütəmadi olaraq imtiyazlı aptekdən dərman preparatları ilə xəstəliyinə uyğun təmin olunmuşdur. Poliklinikaya son müraciəti xx.xx.2022-ci ildə olmuşdur. xx.xx.2023-cü ildə X17 rəhmətə getmişdir. Xəstəxanada rəhmətə getdiyi üçün tərəflərindən ölüm haqqında şəhadətnamə (forma 106) verilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli 18-1-2/2-4186/2024 nömrəli məktubla bildirmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il, 00:10 radələrində xəstəxanada vəfat etmişdir. Bakı şəhəri Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 04002296 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 xx.xx.1950-ci il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmçinin o, həyat yoldaşı – X2 yanında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi Hüseynağa oğlunun məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X7 xx.xx.2023-cü il tarixdə X17 xəstəxanada vəfat etmiş və Şüvəlan qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1950-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və Ərizəçi Hüseynağa oğlunun anası xx.xx.1950-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Hüseynağa oğlunun ərizəsi təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3563/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3563/2024
28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver