Məhkəmə qərarları › İş №2(006)-3597/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3597/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3597/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızı Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hər şeydən əvvəl ölüm faktının müəyyən edilməsi ilə bağlı məsələlər üzrə məhkəməyə ərizə təqdim edilir və ərizəni təqdim edən ərizəçi, qarşı tərəf isə maraqlı şəxs qismində cəlb edilir. Lakin, hazırki iş üzrə ərizəçi özünü iddiaçı, Maraqlı şəxs isə cavabdeh qismində cəlb etmiş və tələbini iddia ərizəsi formasında məhkəməyə təqdim etmişdir. Digər tərəfdən, Ərizəçi iddia ərizəsində konkret olaraq nə tələb etməsini dəqiq göstərməmişdir. Ərizənin məzmunundan göründüyü kimi, ərizəçi mərhum atası X1 ölüm məsələsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin, nə ərizədə, nə də ki ona əlavə edilmiş sənədlərdə mərhum X2 barəsində heç bir məlumat (neçənci ildə və harada anadan olması, nə vaxt və harada vəfat etməsi və s.) qeyd olunmamışdır. Bundan əlavə ərizəçi ərizənin “xahiş etdi” hissəsində də öz tələbini düzgün şəkildə göstərməmişdir. Belə ki, ərizəçi ərizənin sonunda məhkəmədən öz ərizəsində maraqlı şəxsdən nə tələb etməsini dəqiq ifadə etməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia tələbinin özündə (ərizənin xahiş etdi hissəsində) məhz cavabdehdən (maraqlı şəxsdən) nə tələb etməsi, yəni cavabdehə (maraqlı şəxsə) qarşı irəli sürülən tələb nədən ibarət olması müfəssəl şəkildə qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi ərizəçi ərizəsində iddia tələbini dəqiq göstərməmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmış sənədləri geri gaytarır. Beləliklə, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149.2.3, 152.1.1, 152.2 -152.4-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad rəsmi qaydada alındıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar