Məhkəmə qərarları › İş №2(006)-3601/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3601/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3601/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Təcili və X5 Stansiyasının 11 sentyabr 2020-ci il tarixli "Ölüm haqqında xəbərdarlıq" vərəqəsi ilə anası Yəhyayeva Fatmanın ölüm faktı qeyd olunmuşdur. Ölüm faktının təsdiq olunması üçün Bakı şəhəri Baş Səhiyyə İdarəsi 10 nömrəli Şəhər Poliklinikasına onun tərəfindən müraciət olunmuş, lakin təqdim edilmiş sənəddə anasının həmin poliklinikada ambulator qeydiyyatına düşmədiyi və ambulator kartasının mövcud olmadığı qeyd edilmişdir. Bundan əlavə, tərəfindən Maraqlı şəxsnə müraciət edilmiş və müraciətinə imtina cavabı verilmişdir. Ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ölüm haqqında şəhadətnaməni əldə edə bilməsə, o vərəsəliklə bağlı məsələləri həll etmək imkanından məhrum olacaqdır. Digər tərəfdən, anası ilə birgə yaşadığı evdə kommunal xidmətlər (işıq, su, qaz) anasının adına rəsmiləşdirildiyindən hazırda onları öz adına keçirmək üçün də müvafiq kommunal xidmət təchizatçıları tərəfindən ölüm haqqında şəhadətnamə tələb olunur. Bununla əlaqədar olaraq, Yəhyayeva Fatmanın ölüm faktının müəyyən edilməsi üçün müvafiq şəhadətnamənin alınması məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən X2 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 07.04.2021-ci il tarixli, 05/Q-684/75 saylı məktubdan görünür ki, Yakhıaeva Fatmanın ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. RSFSR, Moskva şəhəri, Kirov rayonu VVAQ şöbəsi tərəfindən 08.06.1985-ci il tarixdə verilmiş Vİİİ-MİO seriyalı, 400262 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçiovna xx.xx.1985-ci il tarixdə Moskva şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 08.06.1985-ci il tarixdə 3429 nömrə ilə qeyd edilmişdir. DYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Yakhıaeva Fatma 28.04.1962-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş P tipli, RUS seriyalı, 53 ******* nömrəli xarici pasportun surətindən görünür ki, Yakhıaeva Fatma 28.04.1962-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 11.09.2020-ci il tarixdə 28.04.1962-ci il təvəllüdlü X2 adına çağırış verilmişdir. Müalicə tədbirlərin aparılması mümkün olmamışdır. Həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 10 nömrəli Şəhər Poliklinikası tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş 548 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan 1962-ci il təvəllüdlü X7 10 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmiş və ambulator qeydiyyata düşməmişdir. Ambulator kartası yoxdur. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Cahangirov tərəfindən 24.05.2021-ci il tarixdə verilmiş 1077 nömrəli arayışdan görünür ki, 28.04.1962-ci il təvəllüdlü X6 11.09.2020-ci il tarixdə vəfat etmişdir. Masallı rayonu Ərkivan qəsəbəsinin Abaslı küçəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X2 28.04.1962-ci ildə doğulduğu, 11.09.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum X6 onun anasıdır. Bacısı Ərizəçi ilə anası bir yerdə yaşayırmış. 11.09.2020-ci il tarixdə bacısı zəng edərək anasına nəsə olduğunu bildirmişdir. Anası 2010-cu ildə insult keçirmiş, müalicə olunurmuş, lakin tam sağala bilməmişdir. Yas mərasimi böyük keçirilməmişdir. Masallı rayonu Ərkivan kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum X6 onun anasıdır. 11.09.2020-ci il tarixdə səhər gəlib görmüşdür ki, anası öz yaşadığı Bakı şəhərində yerləşən mənzildə vəfat etmişdir. Təcili tibbi yardım çağırmışlar. Poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Masallı rayonu Ərkivan kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum X6 onun qayınanasıdır. 11.09.2020-ci il tarixdə vəfat etmişdir. Masallı rayonu Ərkivan kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin anası olmuşdur. X1 rayonu Ərkivan kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28.04.1962-ci il təvəllüdlü X2 (Yakhıaeva Fatmanın) 11.09.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.04.1962-ci il təvəllüdlü X2 (Yakhıaeva Fatmanın) 11.09.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar