Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3612/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladı xx.xx.1998-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, mərhum yaxın qohum-qonşuların iştirakı ilə İmişli rayonunun Qaralar kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi övladının ölüm haqqında şəhadətnaməsini almaq üçün İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında həkim rəyi olmadığına görə həmin qurum tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçinin əri də vəfat etdiyindindən, həmçinin, özünün başı uşağının yas mərasiminə qarışdığı üçün mərhum övladı X1 ilə məşğul ola bilməmişdir. Hazırda ölüm haqqında şəhadətnaməni ala bilmədiyindən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunun nəzərə alınaraq məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxs tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: X7 ifadəsində bildirdi ki, Ərizəçi onun qayınanası, mərhum Abışov Cavidan isə qaynıdır. X6 xx.xx.2024-cü il tarixdə evdə qəflətən vəfat etmiş, ona görə onlar həkim çağırmamışlar. Mərhum İmişli rayonunun Qaralar kənd qəbiristanlığında dəfn edilmişdir. X5 ifadəsində bildirdi ki, Ərizəçi və mərhum Abışov Cavidan onun həmkəndliləridir. X6 xx.xx.2024-cü il tarixdə evdə qəflətən vəfat etmişdir. Onun yüngül xəstəliyi olmuş, lakin xəstəliyinin nə olduğunu bilməmişdir. Mərhum İmişli rayonunun Qaralar kənd qəbiristanlığında dəfn edilmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan: Doğum haqqında XX-ЖГ seriyalı 478028 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə İmişli rayonunda anadan olmuş, atası X8, anası Ərizəçidır. İmişli rayonu İcra Hakimiyyəti Başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi mərhum övladı X6 xx.xx.2024-cü il tarixdə saat 07:30-da öz evində Bakı şəhərində vəfat etmiş və İmişli rayon Qaralar kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimini onunla birgə yaşamış anası Ərizəçi təşkil etmişdir. İmişli rayon Qaralar kənd sakinləri - X7, X10, X3, X19 və X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İmişli rayonunun Qaralar kənd sakini X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində öz evində qəflətən vəfat etmişdir və İmişli rayon Qaralar kənd qəbiristanlığında dəfn olunmuşdur. İmişli rayon Qeydiyyat Şöbəsinin ölümün qeydə alınmasından imtina haqqında xx.xx.2024cü il tarixli rəyindən görünür ki, Ərizəçi həmin şöbəyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş oğlu - X4 ölümünün qeydə alınmasını xahiş etmişdir. Ərizəçi qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən mərhum X4 ölümünün qeydə alınmasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. 20 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum C.Abışovun həmin poliklinikaya müraciəti, eyni zamanda ölümü təsdiq edən sənəd olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən yazılması imkan xaricindədir. Bakı şəhər Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X4 vəfat etməsi ilə əlaqədar rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Beləliklə, məhkəmə tərəfindən ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1998-ci ildə İmişli rayonunda anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi övladının ölümü haqqında şəhadətnamənin alınması üçün İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Övladının ölüm haqqında şəhadətnaməsi olmadığından, ərizəçi əmlaklarla bağlı sənədləşmə işlərində çətinlik çəkir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1998-ci ildə İmişli rayonunda anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci ildə İmişli rayonunda anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3612/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3612/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver