Məhkəmə qərarları › İş №2(006)-3632/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3632/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3632/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X23 oğlunun katibliyi, Ərizəçi, vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi və Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə anası xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə, saat 19:00-da Abşeron rayonu, Novxanı bağları 501 saylı bağlı evində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası xx.xx.1951-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixdə Novxanı bağlarında özlərinə məxsus 501 saylı bağlı evində vəfat etmişdir. Sumqayıt Tibb Mərkəzi PHŞ X13 Yardım Stansiyasının 2 saylı Yardımçı Məntəqəsinin verdiyi xx.xx.2024-cü il tarixli “Siqnal vərəqəsi”nə əsasən həkimə qədər ölüm mərhuməyə qoyulan diaqnoz dəqiqləşdirilməmiş kəllə-beyin travması olmuşdur. X14 ünvan 1 ünvanında daimi qeydiyyatda olmuş, ərizəçi anasının ölümünün qeydiyyata alınması üçün xx.xx.2024-cü il tarixdə onun qeydiyyat ünvanı üzrə Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin şöbədən verilmiş həmin tarixli 70 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış, aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. X8 müxtəlif xəstəliklərin, o cümlədən şəkərli diabet, hipertoniya və ağır böyrək çatışmazlığının olmasına, onun ölümünə səbəbin də məhz böyrəklərin normal fəaliyyətinin dayandırılması olmasına baxmayaraq tibb işçiləri onlara bununla bağlı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verməkdən imtina etmiş və bunun səbəbi kimi ölümdən dərhal sonra gələn təcili tibbi yardım briqadasının X9 dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozunu qoymasını göstərmişlər. X14 uzun illərdir şəkərli diabet, hipertoniya və böyrək çatışmazlığı xəstəliklərindən əziyyət çəkirdi, dərmanların hesabına ayaq üstə qala bilmişdir. Son dövrlər onun böyrəkləri normal işləmirdi. Həkimlərin məsləhətinə görə, o mütəmadi dializə getməli və bunun hesabına böyrəklərin normal fəaliyyətini tənzimləməli idi. Lakin, X14 dializə getmək istəmədiyi üçün böyrəklər get-gedə normal funksional fəaliyyətini itirir, paralel olaraq isə şəkər qalxıb artıq 600-ə çatırdı. X3 günlər artıq heydən də düşmü, hətta ölümündən bir həftə əvvəl bağ evində tək olarkən müvazinətini itirərərk yerə yıxılaraq burnunun üst hissəsini zədələmiş və həmin nahiyyə qanamışdır. Sonra onlar X10 yerdə qaldırmışlar. Həmin gün X7 huşu özündə olmuşdur. Bu hal evdə quraşdırılmış video qeydiyyatı aparan kameralara da düşmüşdür. Ölən gün isə X7 böyrəkləri fəaliyyətini tam dayandırmış və şəkər qalxıb artıq 600-ü keçmiş, hətta şəkərin miqdarını ölçən aparat da göstərmədi. X1 xx.xx.2024-cü il tarixdə, saat 19:00-da vəfat etmiş və sonra təcili tibbi yardıma zəng vurulmuşdur. Təxminən 25 dəqiqə keçdikdən sonra gələn həkimlər X7 burnunda olan xəsarəti görüb ölüm səbəbi kimi böyrək çatışmazlığını qeyd etmək istəmədilər və polis çağırdılar. Hadisə yerinə gələn polis evin müşahidə kameralarında qeydə alınan video yazını izlədikdən sonra X7 bir neçə həftə əvvəl yıxılma anını öz gözləri ilə görmüş və heç bir zorakılığın olmadığına əmin olmalarına baxmayaraq, həkimlər “Siqnal vərəqəsi”ni öz bildikləri kimi doldurdular. Nərimanov rayon Qeydiyyat şöbəsi X7 ölümümün qeydiyyata alınmasından imtina etdiyinə görə mülki-prosessual qanunverciliyin qeyd edilən müddəalarına əsasən onun özlərinə məxsus xx.xx.2024-cü il tarixdə, saat 19:00-da Abşeron rayonu, Novxanı bağları 501 saylı bağlı evində böyrək çatışmazlığı səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi üçün ərizə ilə ərizəçinin qeydiyyatda olduğu ünvanın ünvan 3laraq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunmalıdır. Ərizəçinin anası X7 ölümünün müvafiq ədliyyə orqanlarında qeydiyyata alınması aparılmadan ölüm haqqında şəhadətnamə almaq və bundan irəli gələn hüquqi əməliyyatları həyata keçirmək mümkün deyil.

3. Sonradan Nəsimi rayon Qeydiyyat şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında Ərizəçi və vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Nəsimi rayon və Nərimanov rayon Qeydiyyat şöbələri tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, Nəsimi rayon və Nərimanov rayon Qeydiyyat şöbələri tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndələrin iştirakı olmadan keçirilməsini xahiş edilmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, mərhumə X14 isə onların anası olub. Anası Firəngizin yaşadığı evdə qalmış, bir neçə xəstəlikdən əziyyət çəkirdi. Anaları xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, mərhum X14 isə onların anası olub. Anası Firəngizin yaşadığı evdə qalmış, şəkərli diabet, hipertoniya və ağır böyrək çatışmazlığından əziyyət çəkirdi. Anaları xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, mərhum X14 isə onların anası olub. Anası Firəngizin yaşadığı evdə qalmış, şəkərli diabet, hipertoniya və ağır böyrək çatışmazlığından əziyyət çəkirdi. Ərizəçi xx.xx.2024-cü il tarixdə axşam zəng vurub analarının vəfat etməsini bildirmişdir. Anaları Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, mərhum X14 isə onların anası olub. Anası uzun müddət şəkərli diabet xəstəsi olubmuş. Bacısı Firəngiz xx.xx.2024-cü il tarixdə axşam zəng vurub analarının vəfat etməsini bildirmişdir. Anaları Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

10. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla birlikdə nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

11. Doğum haqqında AЗ seriyalı 476653 nömrəli şəhadətnamədən görünür ki, atası X21, anası X11 X14 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur.

12. AZE seriyalı 13396172 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 doğulduğu yer və tarix: Gürcüstan, Tbilisi şəhəri, xx.xx.1951-ci il qeyd olunmuşdur.

13. xx.xx.2024-cü il tarixli Sumqayıt Tibb Mərkəzi PHŞ X13 Yardım Stansiyasının 2 saylı Yardımçı Məntəqəsinin “Siqnal vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 19:59-da Novxanı bağları 501 ünvanında Ərizəçi adına çağırış daxil olmuş, həkim Quliyeva Səadət və feldşer Quliyeva Vəfadan ibarət tərkibdə briqada ünvana gəldikdə ünvanda: göstərilən yardım: “həkimə qədər ölüm”, diaqnoz isə “kəllə beyin travması” qeyd edilmişdir.

14. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib. Ölüm kağızı üçün xx.xx.2025-ci il tarixinə kimi həmin poliklinikaya müraciət edilməmişdir. Mərhumun poliklinikaya müraciəti və təhkimi olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz.

15. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında” tibbi şəhadətnamə olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1951-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etmiş, Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.

17. X7 ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 37 nömrəli Şəhər Poliklinikasına müraciət edilsə də, onun müraciəti və təhkimi olmadığından ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi isə şəxsin “ölüm haqqında tibbi şəhadətnamə”sinin olmadığına görə onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olduğu barədə məlumat vermişdir.

18. Ərizəçi anası X7 ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada almağa çalışsa da buna nail ola bilməmişdir. Belə ki, məhrum anasının ölüm faktı təsdiq olunmadığından hazırkı vaxta qədər sonuncunun əmək pensiyası kartına sosial ödənişlər edilir. Ərizəçinin müvafiq şəhadətnaməni almaqda məqsədi pensiya ödənişlərin dayandırılması üçün anasının ölümünü təsdiq edən sənədi müvafiq quruma təqdim etməkdir. Odur ki, X7 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir. c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

21. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1951-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunduğuna, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydasının nəzərdə tutulmadığına və ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyinə görə hazırki ərizə təmin edilməlidir.

Nəticə:

22. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş X7 xx.xx.2024cü il tarixdə Abşeron rayonunda (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar