Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3635/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi Bağırov Samı̇ r Yusub oğlunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Bağırov Samı̇ r Yusub oğlunun Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il təvəllüdlü mərhum atası X4 23 iyun 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 onun atasıdır. O, xx.xx.1954-cü il tarixdə Bakıda anadan olmuşdur. O, Bakı şəhərində yaşamış burada məskunlaşmışdır. xx.xx.2024-cü il tarixdə o, atası ilə birlikdə küçədə olan zaman halı pisləşmiş, təcili tibbi yardım gəldiyində isə artıq vəfat etmişdir. Təcili tibbi yardımın verdiyi tibbi sənəddə atasının ölüm səbəbi göstərilməmiş, lakin onlar bilir ki, atasının ürəyi ilə bağlı problemi olmuş və uzun zaman bununla bağlı müalicələr almışdır. Onlar atası X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmirlər. O, ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də əlində ölümün qeydə alınması üçün zərurı sənədlər olmadığından ona imtina cavabı verilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.1954-cü il təvəllüdlü mərhum atası X4 23 iyun 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkün olduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X5 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Maraqlı şəxs tərəfindən Bağırov Samı̇ r Yusub oğluna ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. xx.xx.1954-cü il tarixdə verilmiş 789683 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı, 488926 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6r. Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş 100 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixində Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan X4 qəbirüstü abidəsinin fotoşəklindən görünür ki, X4 xx.xx.2024-cü il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum ərizəçinin atası idi. X9 onun dostu olmuşdur. Mərhum 2024-cü ilin iyun ayında vəfat etmişdir. Məhrum rəhmətə gedərkən onun yanında olub, onun dizinin üstündə canını tapşırıb. Onunla yaxın dostluq münsibətləri olduğundan bu onun üçün çox ağır itki olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum ərizəçinin atası idi. X1 1982-ci ildən bəri onun dostu olmuşdur. Onlar bir bölgədən olmuş, uzun müddət bir yerdə işləmişlər. Məhrum onun yanında, gözünün qarşısında ürəyini tutaraq rəhmətə gedib. Onun xəstəliyi var idi. Yas mərasimində iştirak etmişdir. Mərhum Bakı şəhərində Dədə Qorqud qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin atası olmuşdur. X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüş və Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3635/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3635/2024
26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver