Məhkəmə qərarları › İş №2(006)-3666/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3666/2024

11.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3666/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01025 nömrəli iş üzrə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə görə “Maraqlı şəxs bəyan edir ki, hər uşağa görə 400 manat (ümumilikdə 800 manat) aliment ödəməyə razıdır və həmin məbləği may ayından başlayaraq hər ayın 20-dən 25-dək Ərizəçi bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür” məzmununda Barışıq Sazişinin birinci tərəf üzrə (1-2-ci bəndləri), ikinci tərəf üzrə (1-2-ci bəndləri) bəndlərinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış və nikah Göyçay rayon Qeydiyyat Şöbəsində AZ-İ № 617771 nömrəli nikahın bağlanması haqqında aktla qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflərin münasibətləri əvvəllər yaxşı olsa da, sonradan əks istiqamətə doğru dəyişmişdir. Belə ki, Maraqlı şəxs ailəyə və övladlarına lazımi diqqət və qayğı göstərməmiş, bununla bağlı tərəflər arasında dəfələrlə ciddi münaqişələr baş vermişdir. Bunun nəticəsi olaraq, artıq xeyli müddətdir ki, tərəflər birgə yaşamır və birgə təsərrüfat idarə etmirlər. Ailə dağılmış, bərpası isə qeyri-mümkündür. Ərizəçi hal-hazırda övladları ilə birlikdə kirayədə yaşayır və çox çətinliklə işləyib övladlarını saxlayır. Ərizəçi tərəfindən Bakı 8 saylı Mediasiya Təşkilatında müraciət edildikdən sonra maraqlı şəxslə aralarında xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01025 nömrəli barışıq sazişi imzalanmışdır. Barışıq Sazişinə əsasən mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər aşağıdakılardır: Maraqlı şəxs Ərizəçi ilə aralarında 10 noyabr 2010-cu il tarixdə bağlanılmış və Göyçay rayon Qeydiyyat Şöbəsində AZ-İ № 617771 nömrəli nikahın bağlanması haqqında aktla qeydə alınmış nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər uşağa görə 400 manat olmaqla, ümumilikdə 800 manat aliment aliment ödəməyə razıdır və həmin məbləğin may ayından başlayaraq hər ayın 20-dən 25-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməsini öz üzərinə öhdəlik götürür. Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024- 01025 nömrəli barışıq sazişi ilə qeyd edilmiş öhdəliklərin Maraqlı şəxs tərəfindən icra edilməsi üçün 10 gün müddət müəyyən edilməsinə baxmayaraq, sonuncu tərəfindən Saziş üzrə üzərinə götürülmüş öhdəliklər bu günədək könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də ərizəçi məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib bildirdi ki, qarşı tərəflə arasında may ayından etibarən aliment ödənilməsi barədə barışıq sazişi olmasına baxmayaraq, maraqlı şəxs saziş üzrə heç bir ödəniş etməmişdir. Buna görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin mahiyyətini anladığını bildirib əlavə etdi ki, sazişdə razılaşdırılmış məbləği qarşı tərəfə ödəməmişdir. Ərizənin təmin edilməsinə və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və barışıq sazişini araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01025 nömrəli barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilməlidir:

1. Birinci tərəf: Kərimova X2 imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 25-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.

1. İkinci tərəf: Kərimov X4 imzalamaqla Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 25-dək (Birinci tərəfin təqdim edəcəyi bank hesabına) hər uşağa görə 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürür.

2. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti üzrə məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Beləliklə, məhkəmə müəyyən etdi ki, tərəflər - Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01025 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Ərizəçi hər ayın 20-dən 25-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı götürsə də, barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, maraqlı şəxs qarşı tərəflə arasında may ayından etibarən aliment ödənilməsi barədə barışıq sazişi olduğu halda, saziş üzrə heç bir məbləği ödəmədiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur. Buna görə də maraqlı şəxsin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edildiyindən, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01025 nömrəli barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilsin:

1. Birinci tərəf: Kərimova X2 imzalamaqla İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 25-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər uşağa görə 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.

1. İkinci tərəf: Kərimov X4 imzalamaqla Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 25-dək (Birinci tərəfin təqdim edəcəyi bank hesabına) hər uşağa görə 400 (dörd yüz) AZN olmaqla, ümumilikdə 800 (səkkiz yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürür.

2. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti üzrə məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar