Məhkəmə qərarları › İş №2(006)-3718/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3718/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3718/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü Ermənistan, Quqark rayonunda anadan olmuş X1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02 ünvanında xx xxxx 2020-ci il tarixində vəfat etməsi faktı təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, anası X3 xx.xx.1951-ci il tarixdə anadan olmuş və xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 2-də vəfat etmişdir. Belə ki, mərhum anası görüb ki, vəziyyəti pisdi, qardaşının olduğu otağa gedərək bildirib ki, özünü pis hiss edir və bunu deyəndən sonra vəziyyəti daha da pisləşib, yerə yıxılıb. O da həmin vaxt qardaşıgildə idi, belə ki, bayram qabağı idi, hamı ora yığılmışdır. Onlar təcili yardım çağırmış, təcili yardım gələndə artıq anası ölmüşdü. Anasının qan təzyiqi yüksək olmuş və onun nəticəsində o ölmüşdür. Onun ölümündən sonra 5 nömrəli poliklinikaya müraciət etmişdir ki, arayış alım lakin ona heç bir sənəd vermədilər ki, ananızın burada heç bir qeydiyyatı yoxdur. O anasına ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş lakin oradan ona bildirmişlər ki, əlində əsaslı sənəd olmadığı üçün bu şöbədə imkan xaricindədir. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, X3 onun anasıdır. Anası yaşadıqları ünvanda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02 ünvanında xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. Ölüm səbəbi ürəktutması olmuşdur. Hövsan qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, X3 onun qaynanasıdır. Qaynanası yaşadıqları ünvanda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02 ünvanında xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. Ölüm səbəbi yüksək təzyiqinin olmasıdır. Hövsan qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 01:41 radələrində X1 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “qadın cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli, 05/Q-743/75 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, xx.xx.1951-ci il təvəllüdlü X1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02 ünvanında xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02 ünvanında xx xxxx 2020-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü Ermənistan, Quqark rayonunda anadan olmuş X1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 02 ünvanında xx xxxx 2020-ci il tarixində vəfat etməsi faktı təsdiq edilsin. X1 vəfat etməsi faktının təsdiq edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar