Məhkəmə qərarları › İş №2(006)-3718/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3718/2023

23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3718/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1910-cu il təvəllüdlü mərhum atası X1 Bakı şəhərində 09 aprel 1987-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1910-cu il təvəllüdlü mərhum atası X3 09 aprel 1987-ci il tarixində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 26 saylı evdə ölmüşüdür. Onlar atalarını Hövsan qəbirstanlığında dəfin etmiş və atasına baş daşı qoyulmuşdur. Həmin vaxtlar onların başları qarışdığına görə atasının ölümü barədə hər hansı bir sənəd alınmamış, sonradan isə ümümiyyətlə ölüm haqqında sənəd almaq yadlarından çıxmışdır. Lakin atasının adına olan fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şahadətnamə alan zaman məlum olmuşdur ki, atası X1 ölümü barədə Qeydiyyat orqanında hər hansı bir qeydiyyat aparılmamışdır. Bununla əlaqədər Baki şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə gedərək atasının ölməsi barədə ölüm haqqında şahadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən atası X1 ölümünün təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmişdir və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyə edilmişdir. Atası ev şəraitində öldüyü üçün onun ölməsi barədə tibb müəssisəsindən tibbi şəhadətnamə verilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum onun qohumu, həm də qonşusudur. X3 09 aprel 1987-ci il tarixində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 26 saylı evdə ölmüşüdür. X1 ölməsi barədə xəbər almış, dəfn mərasimində özü iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, mərhum xalası oğlu X1 09 aprel 1987-ci il tarixdə ölümünü təsdiqləyir.Həmçinin dəfn olunmasında özü iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 21 saylı arayışına əsasən məhrum X3 öldüyü günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 26 saylı evdə yaşamışdır və hal-hazırda Suraxanı Rayon Hövsan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıqvəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 1910cu il tarixdə doğulmuş X3 09 aprel 1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1910-cu il tarixdə doğulmuş X3 09 aprel 1987-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar