Məhkəmə qərarları › İş №2(006)-3741/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3741/2020

08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3741/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ NəsimiRayonMəhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun, X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası xx.xx.1956-cı il təvəllüdlü X3 yaşadıqları evdə divanda oturaq halda xx.xx.2020-ci il tarixdə saat 05.00 radələrində ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Mərhum anası uzun müddət ürək xəstəliyindən əziyyət çəkirdi və müalicə alırdı. Mərhum anasının 64 yaşı olduğundan X9 əməkdaşları prokurora məlumat vermiş və fakt üzrə araşdırma aparılmasına başlanmışdır. Ailə üzvlərinin razılaşmasına əsasən məhkəmə tibbi ekspertizası müayinəsinin keçirilməsinə etiraz etmişlər. Anası X3 dünyasını dəyişməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 145 saylı qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının” 8.5-ci bəndinə istinad edərək ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədinin təqdim edilməməsi səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Tibb müəssisəsi ilə anasının meyitini aparmadığı üçün sənədin onlar tərəfindən verilməsi qeyri-mümkündür. Anası X1 ölüm faktının müəyyən edilərək ölüm haqqında şəhadətnamənin alınması ümumiyyətlə həm bir sənəd kimi, həm də gələcəkdə vərəsəliklə bağlı hüquqi hərəkətlərin edilməsi üçün zəruridir. Anası X1 ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi hazırki şəraitdə məhkəmə qaydasında mümkündür. Həmin sənədin ərizəçi tərəfindən digər qaydada əldə edilməsi qeyrimümkündür. Gələcəkdə vərəsəlik işinin aparılması və digər hər hansı hüquqi sənədləşmənin aparılmasında isə anasının ölümü haqqında şəhadətnaməsinin olması vacib olduğundan ərizəçi hesab edir ki, məhkəmə ərizəni təmin edərək müvafiq hərəkətlərin edilməsini qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qatnamə çıxarmalıdır. Belə ki, həmin sənədin digər qanuni üsullarla alınmasının mümkün olmaması ilə yanaşı hazırki hal ilə bağlı ölüm şəhadətnaməsinin alınması üçün qanunvericiliyinin tələbinə əsasən məhkəmə qərarı olmalıdır. Göstərilənlərə əsasən, ərizəçinin anası xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, anası xx.xx.1956cı təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi səbəbi kimi uzun surən xəstəliyinin olmasının ölüm haqqında şəhadətnamədə göstərilməsi, X1 xx.xx.2020-ci il tarixdə ölməsinə dair şəhadətnamənin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, o, ərizəçinin dostudur. O, təsdiq edir ki, həqiqətən də ərizəçinin anası Lidiya Melnikova xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 xx.xx.1956-cı illə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, Xİİ-ЖГ № 369968 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Ərizəçi xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X2, ana qrafasında X3 göstərilmişdir. Mülki işdə olan xx.xx.2020-ci il tarixdə Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X3 saat 07:10-da onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir. İş materiallarında olan 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 129 saylı, xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Yasamal rayonu, R.Rza küçəsi, ev 105 ünvanında qeydiyyatda olan 1956-cı il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Xətai rayonu, S.Səmədov, 38 ünvanında vəfat edib. Mərhumun son 3 ildə poliklinikaya müraciəti olmayıb və ölümün səbəbi məlum olmadığına görə qohumlarına “ölüm haqqında şəhadətnamə” verilməmişdir. İş materiallarındakı Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 5/Q-709/75 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşdə olan Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 670 saylı arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, məzar daşı üzərində “X3 xx.xx.1956 – xx.xx.2020” yazılar qeyd edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X3 21 may2020-ci il tarixdə vəfat etmiş və “Dağüstü-1” qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anasıX1 xx xxx 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçinin anası xx xxxx 1956-cı il təvəllüdlü X1 xx xxx 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar