Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3745/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1958-ci ildə ünvan 1 ünvanında yaşamış X1 xx.xx.2024-cü il tarixində ölməsinin hüquqi fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin əri X3 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mərhum onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 62 saylı evdə yaşamışdır. Həyat yoldaşı xx.xx.2024-cü il tarixdə yolda olarkən özünü pis hiss etmişdir, özünü Mərdəkan qəsəbəsində yaşayan qohumugilə çatdırmışdır. Onun vəziyyətinin çox pis olduğunu görərək qardaşı Bakı şəhəri, Təcili və X5 Stansiyasına çağırış etmiş, X13 briqadası gələnə qədər Həsən öz əcəli ilə vəfat etmişdir. X13 Stansiyasının 10 saylı bölməsini həkimi Hüseynova N. gələrək həqiqətən həyat yoldaşının həkimə qədər öldüyünü və meyitn aşkar edildiyini 02 iyul 2024-cü il tarixli arayışla təsdiq etmişdir. Əliyev Həsənin dəfn və yas mərasimi pasport qeydiyyatında olmaqla yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, 62 nönrəli evdə keçirilmişdir və o, 03 iyul 2024-cü il tarixində Qurd qapısı qəbiristanlığında dəfn edilmişdir. Həyat yoldaşının öz əcəli ilə ölməsini çoxlu qohumlar və qonşular təsdiq edə bilərlər. Əliyev Həsənin ölümünün qeydə alınması üçün Bakı şəhəri 3 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin Poliklinikanın 5 iyul 2024-cü il tarixli, 18-1-1/2-Ə-681xx-xx/2024 saylı məktubu ilə bundan imtina edilmişdir və ona bildirilmişdir ki, X1 ölümü qəfləti və səbəbi məlum olmadığından "Ölüm haqqında şəhadətnamə"nin verilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamə almaq və həyat yoldaşı X1 qeydiyyatdan çıxarılması üçün lazımdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İİİ-JQ seriyalı 350544 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi ilə X3 arasındakı nikah xx.xx.1983-cü il tarixdə 3205 akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 3 nömrəli şəhər Poliklinikasının 18-1-1-1/2-Ə-681-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1958-ci il təvəllüdlü X1 ölmü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «Ölüm haqqında şəhadətnamə»nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən «Ölüm haqqında şəhadətnamə»nin verilməsi mümkün olmadığı qeyd edilmişdir. Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X1 adına 11:13-də çağırış daxil olmuş, həkimə qədər ölüm müəyyən edilmiş, kişi meyiti aşkar etmişdir. Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsinin 1081 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-984/2024 nömrəli Ərizəçi ünvanlanmış məktubuna əsasən, X1 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.5 bəndlərinə əsasən ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X3 dəfn edilmişdir. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışa əsasən, X3 Ərizəçi məxsus ünvan 2 ünvanında qeydiyyatdadır. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi baldızı, yəni, mərhumun bacısıdır. xx.xx.2024-cü il tarixdə qardaşı Mərdəkanda yaşayan qayınatasının evinin həyətində toyuq hini düzəltmək üçün getməli idi. Sonra Ərizəçi qardaşı zəng vurub bildirdi ki, Həsənin vəziyyəti pis olduğu üçün X13 çağırıb. Lakin X13 gələnə qədər qardaşı vəfat etmişdir. Mərhumu adəti üzrə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Dağüstü 1 qəbristanlığında dəfn olunmuşdur. Sonra keçirilmiş yas mərasimlərində iştirak etmişdir.Yas mərasimləri Təzə Pir məscidində, bəziləri isə evdə keçirilmişdir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhumun qardaşı qızıdır. xx.xx.2024-cü il tarixdə Həsən Əliyevin vəziyyəti pis olduğu üçün X13 çağırılıb. Lakin X13 gələnə qədər əmisi vəfat etmişdir. Mərhum həmin tarixdə Bakı şəhəri, Yasamal rayonundakı Dağüstü 1 qəbristanlığında dəfn olunmuşdur. Dəfndə də, yas mərasimlərində də iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin əri (ərizəçinin mərhumun arvadı olması işə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir) X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, mərhum X1 mənzildən qeydiyyatdan çıxarılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3745/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3745/2024
07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver