Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3754/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) - Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1978ci il tarixdə, Cəlilabad şəhərində doğulan əri X1 02 may 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə xx.xx.2005-ci i! tarixdə rəsmi olaraq ailə qurmuş, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev-1D, mənzil-21-də qeydiyyatda olan xx.xx.1978-ci il tarixdə Cəlilabad şəhərində doğulan ərim X2 02 may 2022ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir.Əri rəhmətə getdiyi üçün o və ailə üzvləri çox pis olduğu üçün ona hər hansı ölüm haqqında şəhadətnamə götürə bilməmişlər. Əri rəhmətə getdikdən sonra onu Cəlilabad rayon Alar kənd qəbiristanlığında dəfn etmiş, son vaxtlar isə mən bəzi işlərlə bağlı o cümlədən vərəsəliklə bağlı sənədləşmə aparmaq istədikdə ondan əri barədə hər hansı sənəd istədilər. O bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirmişlər ki, xx.xx.1978-ci ildə tarixdə Cəlilabad şəhərində doğulan əri - X1 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, ərizəçinin uşaqlarının kirvəsi, həm də ərizəçigil ilə qonşudur. May ayının 1-dən 2-sinə keçən gecə saat 04:07-də Fidan xanım mənə zəng elədi ki, mərhum Maqsud bəyin təzyiqi qalxıb. Məndən xahiş etdi ki, aptekə gedim. Mən də birbaşa olaraq təcili tibbi yardım ilə əlaqə saxladım. Evlərinə getdim bir daha təcili tibbi yardıma zəng etdim. Həmin vaxt Maqsud bəy mətbəxdə uzanıqlı vəziyyətdə idi. Evdə məndən başqa mərhumun 2 övladı, arvadı və qonşu Səbinə xanım da hadisə yerində idilər. Dəfndə iştirak etmişəm. Dəfn mərasimi Cəlilabad rayonunun Alar kəndində olub. Məhkəmə iclasında iştirak edən şahid qismində iştirak edən X7 bildirmişdir ki, ərizəçinin əri xalasıoğludur. May ayının 1-dən 2-sinə keçən gecə Maqsud vəfat etmiş, sonradan yuyulmaq üçün Göy məscidə aparıldı. Dəfndə iştirak etmişəm. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Azərbaycan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşıdır. AZE 13975068 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1978-ci ildə Azərbaycan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşıdır. Cəlilabad rayonu, Alar kəndi İƏDÜN tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ 143289 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X5 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. BŞT və TTYS-in Statistika şöbəsinin 02 may 2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 02 may 2022-ci il saat 02:54 tarixdə ünvan 1 ünvanında X3 həkim gələnə qədər vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikasının 07.07. 2022-ci il tarixli 410 saylı məktubundan görünür ki, X3 poliklinikada müayinə və müalicə olunmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/1111/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cəlilabad rayon, Alar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X3 doğulduğu Cəlilabad rayon, Alar kəndində dəfn edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X3 02 may 2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Cəlilabad rayon, Alar kəndində dəfn edilmiş, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin əri - xx.xx.1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş X1 02 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3754/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3754/2022
07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver