Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3757/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, X1, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X12, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər «xxxx» ASC-yə, Cavabdeh2na, Cavabdeh3 və Cavabdeh4 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğvi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə, Cavabdeh2na, Cavabdeh3 və Cavabdeh4 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğvi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X3 ilə aralarındakı şifahi razılıq əsasında ona xüsusi mülkiyyəti olaraq təqdim etdiyi Siyəzən şəhəri, H.Talıbov küçəsi, 7 saylı binadakı, 2 otaqdan ibarət 48 saylı mənzili almaq məqsədi ilə ilkin olaraq hissə-hissə olmaqla 2018-ci il tarixdə 3.100 (500 manat+800 manat+1300 manat+500 manat= 3.100) manat pul vermişdir. Aldığı mənzil tam təmirsiz və yaşamaq üçün olduqca əlverişsiz olduğu üçün onlar yenidən görüşmüş və o, digər Cavabdeh4 ilə razılaşaraq gələcəkdə mənzilə ödəyəcəyi puldan çıxmaq şərtilə aldığı mənzilə ümumilikdə təxminən 4000 manata yaxın pul vəsaiti təmir xərci çəkmişdir. 2018-ci ilin noyabr ayı da daxil olmaqla 2019-cu il in sonunadək Cavabdeh3 «xxxx» ASC-ə evə dair krediti ödəməsi üçün hər ay 100 manat pul vermişdir (ümumi olaraq 1400 manat). Bu yaxın zamanda məlum olub ki, cavabdehlər etibarından sui-istifadə edərək ona satdıqları mənzilə hələ o, almamışdan da əvvəl digər cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontorunda qeyriqanuni yolla mövcud mülki qanunvericiliyin tələblərinə zidd olaraq xx.xx.2013-cü ildə ipoteka ilə yüklü etmişlər. Bu hüquqazidd hərəkətlərlə bağlı məlumatlanan kimi o, dərhal cavabdehlərdən məlumat almaq istəmişdir. Lakin cavabdehlər sanki hüquqi addım atıblarmış kimi davranaraq özlərinin hüquqazhidd və qanunsuz hərəkətlərinə «haqq qazandırırlar», ona isə əlindən gələni etməyi məsləhət gördülər. Cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoru ipoteka müqaviləsini rəsmiləşdirərkən müqavilənin baş tutmasında «maraqlı» olduğundan mövcud mülki qanunvericiliyin tələblərinə fikir vermədən dərhal müqaviləni təsdiqləmişdir. Əslində cavabdehlər qeyd olunan əqdin bağlanması zamanı daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsində nəzərdə tutulan konkret qanuni tələbləri araşdırmalı və müvafiq qərar qəbul etməli idilər. Cavabdehlər isə bunu bildikləri halda mövcud qanunun birmənalı və konkret tələblərini qəsdən pozaraq qısa bir müddət ərzində müqavilələrin təsdiqlənməsinə nail olmuşlar. Bütün bu qanunsuz və hüquqazidd hərəkətlərin ucbatından onun konstitusion hüquqları hazırda tamamilə məhdudlaşdırılmış, cavabdehlərin hüqqazidd hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyanlar vurulmuş, nüfuzu alçaldılmışdır. Təəssüflər olsun ki, cavabdehlər onu qanunsuz yolla bəzi hüquqlardan məhrum etmişlər. Uzun müddəti əzəb-əziyyəti ilə çətinliklərlə əldə etdiyi 8.500 manat pul vəsaitini mənimsəyən cavabdehlər bu günkü gün onu aldığı mənzildən çıxartmağa çalışırlar. O,isə 2 ildir ki, aldığı mənzildə yaşayır və mənzilin Banka qalan qalıq kredit borcunu ödəməyə hazır olması ilə bağlı banka da dəfələrlə məlumat vermişdir. Mənzil alan zaman o, anası ilə bərabər və özü də bir dəfə də tək olmaqla Krım Respublikasından 2.100 manat xərc çəkərək Azərbaycan Respublikasına gəlmişdir. Bütün bunlara baxmayaraq ev almaq üçün çəkdiyi xərclərin müqabilində cavabdehlərin məqsədi onun çəkdiyi xərcləri ört-basdır etmək və ona ziyan vurmaq olmuşdur. Cavabdehlərin etibarından sui-istifadə edərək daşınmaz əmlak satmaq adı ilə ondan pul ələ keçirmələri onların hüquqazidd hərəkət etmələrinin bariz nümunasidir. İpoteka müqaviləsi özü də qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermədən bağlanılmışdır. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilən əmlakın ölçüləri tam əks edilməmiş, mənzilin köməkçi və əsas yaşayış sahəsi təsvir edilməmiş, ipoteka ilə yüklü edilən mənzilin məhz hansı mərtəbədə olması qeyd edilməmiş, eləcə də mənzilin dəqiqləşdirilməmiş, ümumi sahəsi sadəcə formallıq xatrinə müqaviləyə əlavə edilmişdir. Qanunun konkret və birmənalı tələbinə əhəmiyyət verməyən cavabdehlər qeyd edilən halların müqavilədə əks edilməməsinə rəğmən qeyri-qanuni üsulla müqavilənin bağlanılmasına nail olmuşlar. Cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində ona həm də mənəvi zərər vurulmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdeh «xxxx» ASC ilə cavabdeh S.E.Zeynalovun arasında ünvan 2 mənzil 48-ə dair digər Cavabdeh2 mənzilin ipoteka ilə yüklü edilməklə bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması, eyni zamanda Cavabdeh3 və Cavabdeh4 hüquqazidd hərəkətləri nəticəsində ona vurulmuş 10.600 (on min altı yüz) manat maddi ziyanın və 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X19 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, «xxxx» ASC bu mübahisə ilə bağlı öz hüquq və öhdəliklərini “xxxx” QSC BOKT-a ötürmüş və mülki iş üzrə subyektiv cavabdehlik daşımırlar. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisə ilə bağlı heç bir məsuliyyətinin olmamasını və bu işləri qohumu Cavabdeh3 tərəfindən həyata keçirildiyini əsas gətirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2na lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək səhhətində beyin insultundan yaranmış fiziki hərəkətsizliyi ilə bağlı məhkəmədə iştirak edə bilməməsi göstərilmişdir. Odur ki, məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən iddiaçıya cavabdeh “«xxxx» ASC-nin əsl cavabdeh “xxxx” QSC ilə əvəz edilməsi təklif olunmasına baxmayaraq iddiaçı buna razı olmadığını bildirərək iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, iddiaçını işindən tanıdığını, Suqranın Şabəddinin evində qaldığını, həmin mənzili öz hesabına təmir etdiyini, təmir zamanı və evin alınması üçün verilən ilkin məbləğin onun tərəfindən verilməsini bildiyini qeyd etmişdir. Həmçinin iddiaçı Suqranın Şabəddin tərəfindən aldadıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, iddiaçı onun restoranında yemək bişirirdi. Şabəddin bir gün restorana yaxınlaşdı və evinin olduğun bildirirərək təcili pul lazım olduğu üçün satdığını bildirmişdir. Suqranında əlində pulunun olmasını və ev axtardığını bildiyindən bu təklifi ona etmiş və birlikdə evə baxmışdır. Daha sonradan evin təmirə ehtiyacı olduğuniu, bankda ipoteka ilə yüklü olduğunu bildirərək ilkin ödəniş üçün pul istəmiş və onun yanında Suqradan 3100, 1500, 800 manat onun vasitəsilə Suqradan alınaraq Şabəddinə vermişdir. Sonradan məlum olmuşdur ki, bu kimi hallarla Şabəddin bir neçə nəfəridə aldatmışdır. İş materiallarında olan Siyəzən RPŞ-nin TQ-nin xx.xx.2018-ci il tarixli cinayət təqibi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh4 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 2017-ci ilin dekabr ayından o, Cavabdeh3 məxsus ünvan 2-ə sonuncunun icazəsi ilə köçmüşdür. Aralarındakı şifahi razılaşmaya görə o, evi təmir etdirdiyinə görə heç bir kirayə haqqı ödəməmişdir. Şabəddinlə aralarındakı razılaşmadan sonra təxminən 3-4 min manat xərc çəkərək evi təmir etdirmiş və dekabr ayından evə köçərək həmin vaxtdan hal-hazıra kimi orada yaşayır. O, təxminən bir ay bundan əvvəl yaşadığı mənzilin Cavabdeh4 məxsus olduğunu və 2013-cü ildə Şabəddinin ipoteka yolu ilə evini Cavabdeh4 satdığını öyrənmişdir. Hazırda yaşamağa yeri olmadığı üçün qeyd olunan ünvandan yalnız təmirin pulunu alandan sonra çıxa biləcəyini bildirmişdir. İş materiallarında olan Siyəzən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 cavabdehlər X13, İddiaçı, Cavabdeh3, X14, X5 və «xxxx» QSC BOKT-a qarşı «mənzildən çıxarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh4 məxsus olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilindən məcburi qaydada çıxardılması və həmin mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilmişdir ki, X2 rayon Dövlət Notariat Kontorunda xx.xx.2008-ci il tarixli 7E-1955 nömrə ilə reyestrdən rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh3 vasitəsilə xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan ümumi sahəsi 50,4 kv.m. olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilini Cavabdeh4 25.000 manata satmış, qeyd edilən mənzil sonuncunun adına xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmçinin Cavabdeh4 məxsus həmin mənzilin Cavabdeh3 tərəfindən hər hansı bir hüquqi əsas olmadan İddiaçı yaşamaq üçün verilməsi məlum olmuşdur. İddiaçı mübahisəli mənzildən çıxması üçün cavabdeh İddiaçı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu bundan imtina etmişdir. Hətta Cavabdeh4 bu məqsədlə Siyəzən RPŞ-yə ərizə ilə müraciət etsə də, onun müraciəti mülki xarakterli olduğuna görə müsbət həll edilməmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh İddiaçı mübahisəli mənzildə yaşasa da, ora hər hansı bir formada əmlak hüquqları əldə etməmişdir. İş materiallarında olan İddiaçı sifarişi əsasında «xxxx» MMC tərəfindən tərtib edilmiş QR 152 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin təmiri zamanı istifadə edilmiş materialların və usta xərclərinin dəyəri 7.000 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyəti adı altında ona satmış olduğunu Siyəzən şəhəri, H.Talıbov küçəsi, ev 7-də yerləşən 2 otaqlı 48 saylı mənzildən ötrü ondan nağd olaraq aldığı 4.500 manatı, Cavabdeh3 yaxın qohumu Cavabdeh4 ilə birgə təmir əvəzi ona ödətdirdiyi 4.000 manatı, ev alqı-satqı əvəfəsində Krım Respublikasından anası ilə Azərbaycan Respublikasına gələrkən çəkdiyi yol xərci olan 2.100 manatı və mənəvi zərər olaraq vurduğu 5.000 manatı 5 gün ərzində ona ödəməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 mənzil 48 ünvanında yerləşən mənzil Cavabdeh3 anası X6 məxsus olmuşdur və xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 anası tərəfindən verilmiş etibarnamə əsasında həmin mənzilini Cavabdeh4 satmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh4 məxsus mənzilin Cavabdeh3 tərəfindən hər hansı bir hüquqi əsas olmadan İddiaçı yaşamaq üçün verilmişdir. Sonuncu isə həmin mənzildə təmir etdirdiyində görə kirayə haqqı ödəməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh3 arasında olan razılaşma əsasında mübahisəli mənzilin almaq məqsədi ilə 2018-ci ildə iddiaçı 3.100 manat pul ödəmişdir. Mənzildə təmir edilməsi üçün iddiaçı 4.000 manat xərc çəkmişdir. Həmin mənzilin Cavabdeh4 məxsus olması barədə iddiaçının xəbəbri olmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin bağladığı əqddir və həmin əqd tərəflərin iradə ifadəsinə əsaslanır. Müqavilənin tərəfləri dedikdə, həmin müqavilənin bağlanılmasında iştirak edən şəxslər nəzərdə tutulur. AR Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2013-cü il tarixli ipoteka müqavilənin tərəfləri «xxxx» ASC və Cavabdeh4dur. İddiaçı isə müqavilənin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilənin ləğv edilməsi haqqında razılaşma müqavilənin tərəfləri arasında müqavilə bağlanılması yolu ilə həyata keçirilir və bununla bağlı razılaşma olmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin tərəfi olmadığından, o, müqavilə üzrə hər hansı hüquq və vəzifə əldə etməmiş və malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi olmadığından, onun hazırki tələblə ( müqaviləyə münasibətdə) çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 10.600 manat maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, şahid ifadələri ilə və qiymətləndirmə rəyini nəzərə alaraq, müəyyən ardıcıllıqlarda iddiaçı Cavabdeh3 3100 (üç min yüz ) manat , və kreditin ödənilməsi üçün 1400 manat pulun verildiyi sübuta yetirilir. Məhkəmə həmçinin təmir xərcləri olan 4000 manat hissəsi ilə bağlı qeyd edir ki, qiymətləndirmə rəyini və şahid ifadələrini nəzərə alaraq iddiaçının mübahisəli mənzilə təmir ilə bağlı xərc çəkmişdir. Maddi ziyanın digər hissəsi olan 2100 manatla bağlı iddiaçı tərəfindən heç bir mötəbər (yazılı sübut, şahid ifadəsi və s) sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, maddi ziyanla bağlı bütün ifadələr və sənədlər yalnız Cavabdeh3 göstərdiyindən maddi ziyan tələbi yalnız Cavabdeh3 münasibətdə qismən təmin edilməli, digər cavabdehlərə qarşı tələb sübüta yetirilmədiyindən onlara münasibətdə təmin edilməməlidir. Beləliklə iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və Cavabdeh3 iddiaçının xeyrinə cəmi 8.500 (3.100+1.400+4.000) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və X21 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Beləliklə məhkəmə bu aşağıdakı qənaətə gələrək hesab edirki , iddia tələbi qismən təmin ediməli, cababdeh Cavabdeh3 İddiaçı xeyrinə 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul tutulmalı və iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cababdeh Cavabdeh3 İddiaçı xeyrinə 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3757/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3757/2020
02.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver