Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3759/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri R.Behbudov 103 ünvanında yaşayan X1 İsmayıllı rayonu, Ruşan kəndində adına pay torpağı vardır. Atası olaraq onun da pay torpağında haqqı var, həmçinin digər ailə üzvləri, yoldaşı və qızı da pay sahibidirlər. X3 xx.xx.1993-cü ildə anadan olmuş və uzun sürən xəstəlikdən sonra xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ana psixoloji gərginlikdə bu günə qədər əziyyət çəkir və Ərizəçi 6 aydan sonra sonra insult keçirmişdir. Həmçinin ərizəçi şəkərli diabetdən əziyyət çəkdiyi üçün ölüm aktı üçün yeni müraciət etmişdir. Digər oğlu isə aşağı ətrafı paralicdən əziyyət çəkir, l qrup əlildir, yəni yataq xəstəsidir. Göstərilənlərə əsasən xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2008-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək bildirmişdir ki, oğlu X3 xx.xx.1993-cü ildə anadan olmuşdur. Uzun sürən xəstəlikdən sonra xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Oğlunun vaxtsız ölümündən bu günə kimi həyat yoldaşının psixikası pozulmuş, özü insult keçirmişdir. Digər övladı ll qrup əlildir və daimi baxıma ehtiyacı vardır. Bu hallarla əlaqədar, onlar vəfat edən oğlu ilə bağlı ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Daha sonra bununla bağlı Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsələr də, onlar bundan imtina etmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Əlavə olaraq onu bildirmişdir ki, oğlu barədə ölüm haqqında şəhadətnaməni əldə etmək istəməklərində məqsəd İsmayıllı rayonunda yerləşən torpaq sahəsinə çıxarış almaq istəklərilə bağlıdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Onlar uzun illərdir ki, qonşu kimi yaxın münasibətdədirlər. Vəfat edən X3 ərizəçinin oğludur. Şahid bildirmişdir ki, X2 əvvəlcədən tanıyırmış, o, uzun müddət sürən xəstəlikdən əziyyət çəkmiş və 2008-ci ilin yanvar ayında vəfat etmişdir. Şahid mərhumun dəfnində və yas mərasimində iştirak etdiyni bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Onlar uzun illərdir ki, qonşu kimi yaxın münasibətdədirlər. Vəfat edən X3 ərizəçinin oğludur. Şahid bildirmişdir ki, X2 əvvəlcədən tanıyırmış, o, uzun müddət sürən xəstəlikdən əziyyət çəkmiş və 2008-ci ilin yanvar ayında vəfat etmişdir. Şahid mərhumun dəfnində və yas mərasimində iştirak etdiyni bildirmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X3 25 yanvar 2008-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Sabunçu rayonu Zabrat qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan İsmayıllı rayonu Ruşan inzibati ərazi bölgüsü tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, XVll-ЖГ № 395661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1993-cü ildə İsmayıllı rayonu, Ruşan kəndində doğulmuşdur, atası Ərizəçi, anası X5r.
11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsinin 06 sentyabr 2023-cü il tarixli, 116 nömrəli arayışından görünür ki, X3 xx.xx.2008-ci il tarixində vəfat etmişdir. O, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbristanlıqda dəfn olunmuşdur.
12. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə əlaqədar ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
13. Mülki işin materiallarında olan JN-109 kod 40721018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"da 4.52 ha torpaq sahəsinə Ərizəçi, X8, X4, X1 mülkiyyət hüquqları gösətrilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
15. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
18. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi X6 əri X9 08 noyabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2008-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 19 sentyabr 1993-cü il təvəllüdlü X1 25 yanvar 2008-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov