Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3790/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 Cavabdehnə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 Cavabdehnə qarşı "işə bərpa və s. tələbi"nə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.04.2021-ci il tarixdə 121 nömrəli əmrə əsasən B.Eyvazov adına Elmi- Tədqiqat Hematologiya və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri olaraq iddiaçı ilə bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2”-ci bəndinin “ç” yarımbəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən 2015-ci ildən-14.04.2021-ci il tarixədək iddiaçının istifadə etmədiyi əmək məzuliyətinə görə cəmi 155 təqvim günü hesablanmışdır və son haqq-hesab aparılmışdır. İddiaçı əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. İddiaçı 002/10 saylı əmək müqaviləsini B.Eyvazov adına Elmi-Tədqiqat Hematologoya və Transfuziologiya İnstututu ilə bağlamışdır. İnstitut Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olmaqla dövlət tibb müəssisəsi idi. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə qərara almışdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 (bundan sonra –TƏBİB) yaradılsın və həmin X13n təsisçisinin “Publik hüquqi şəxslər haqqında “ Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin. Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23.12.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi X13n və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13n(bundan sonra –TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Cavabdeh yaradılmışdır. Beləliklə, iddiaçının işlədiyi tibb müəssisəsinin mülkiyyətçısi dəyişməmişdir, dövlətin bir qurumunun tərkibindən digər qurumunun tərkibinə daxil edilən yenidən təşkili yolu ilə yaradılmışdır. Belə olan halda cavabdehin iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən xitam verməsi əsassız və qanunsuzdur. İddiaçı 2010-cu il tarixdən Milli Hematologiya və Transfuziologiya Mərkəzində işləyir. 14.08.2015-ci il tarixdən isə talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindədir. 2020-ci ilin dekabr ayından kadrlar şöbəsinin müdiri İbrahimxəlilova Reyhan xanım bütün işçilərdən tələb edirdi ki, işdən azad olma və daxil olma barədə ərizələr yazsınlar. İddiaçıya isə deyirdi ki, işdən azad olma barədə ərizə yazsın, lakin onu əvvəlki vəzifəsinə götürməyəcəklər. Beləliklə, iddiaçını öz ərizəsi vasitəsi ilə işdən qanunsuz azad edib başqa aşağı vəzifəyə işə götürmək istəyirdilər. Aşağı vəzifəyə işə daxil olma ilə bağlı ərizə yazmaqdan imtina etdikdə, iddiaçını işdən azad edəcəkləri ilə hədələyirdilər. İddiaçı bu qanunsuz proseslə bağlı rəhbərliyə rəsmi müraciət edib, işdən azad olunmağı və aşağı vəzifəyə təyin edilməyi barədə ərizənin yazılması tələbinin iradəsinə və istəyinə zidd olduğu üçün qanunsuz olduğunu bildirərək, bu hərəkəti haqsızlıq və ayrıseçkilik kimi qiymətləndirmişdir. İddiaçı peşəkar həkim olmaqla yanaşı, tutduğu vəzifəsini şərəflə və layiqincə yerinə yetirmişdir. İş müddətində heç bir töhməti olmamışdır. Hətta 2020-ci ilin iyun-iyul aylarında Mərkəzin bütün marfoloqları koronavirusa yoluxduqları vaxt iddiaçı tək işləmiş və onun əmək haqqına əlavələr ödənilməmişdir. Mövcud vəziyyəti başa düşüb iddiaçı tələb də etməmişdir. Cavabdehin iddiaçıya qarşı növbəti qanunsuzluğu ondan ibarətdir ki, onu qanunsuz işdən azad etdikdən sonra, 15.04.2021-ci il tarixdə iradəsinə zidd olaraq klinik dianostik laboratoriya şöbəsinə həkim-laborant vəzifəsinə təyin etmişdir. Halbuki, iddiaçı bu barədə ərizə yazmamış və müqavilə bağlamamışdır. İddiaçı 2003-cü ildən Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2008-ci ildə universiteti bitirmiş və elə həmin ilin avqust ayından B.Ə.Eyvazov adına X5 və Transfuziologiya İnstitutunda internaturadan keçmişdir. İnternatura keçdikdən sonra elə həmin institutda klinik diaqnostik laboratoriyada həkim laborant vəzifəsinə təyin olunmuşdur. 2015-ci ildə Ailə Məcəlləsində edilən dəyişiklikliyə əsasən yaradılan Talassemiyanın profilaktikası şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunmuş və eyni zamanda 2020-ci ilin yanvar ayınadək 0.5 tariflə klinik diaqnostik laboratoriya həkim laborant vəzifəsində çalışmağa davam etmişdir. İddiaçı 2016-cı ildə X8 Laboratoriyasında 1 aylıq treninq keçmişdir. Laboratoriyada Respublikanın bütün nikaha daxil olmaq istəyən şəxslərin qan analizləri aparılır. İndiyə qədər 750000 müayinə aparılmışdır. Bunlardan 26000 talassemiya daşıyıcı aşkarlanmışdır ki, bu da gələcəkdə talassemiyalı xəstələrin azalmağına gətirib çıxarır. Bundan əlavə, iddiaçı 09.01.2020- 14.04.2021 ilədək heç bir ödəniş olmadan klinik diaqnostik laboratoriyada işləmişdir. Hətta pandemiya dövründə laboratoriyanın bütün həkimlərini heç bir ödənişsiz əvəz etmişdir. İddiaçı işlədiyi müddətdə heç bir töhmət almamışdır. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14.04.2021-ci il tarixli, 121 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Cavabdehin iddiaçıya qarşı növbəti qanunsuz hərəkəti ondan ibarətdir ki, onu əsassız və qanunsuz işdən azad etdikdən sonra işə qəbul barədə ərizəsi olmadan, onunla əmək müqaviləsi bağlamadan guya 15.04.2021-ci il tarixli əmək müqaviləsi ilə onu 1 il müddətinə Klinik diaqnostik laboratoriya şöbəsinin hemotologiya və hemostaz bölməsinə həkim kimi işə götürmüşdür. İddiaçının imzalamadığı 15.04.2021-ci il tarixli əmək müqaviləsi də ləğv edilməlidir. Cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti, hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı gərginliklər keçirmiş, stress yaşamış, xəstələnmiş, həmçinin yuxusu da pozulub. İddiaçı ona vurulan mənəvi ziyanı 10000 manat qiymətləndirir. Göstərilənlərə əsasən iddiaçı ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə 121 saylı, 14.04.2021-ci il tarixli əmrin, 15.04.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi, talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməsi, 14.04.2021-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqlarının kobud və davamlı pozulması nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Cavabdeh 121 saylı 14.04.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Mərkəzin onunla bağlı 15.04.2021-ci il tarixli, 786 saylı əmrinin və əmək müqaviləsinin bağlanması ilə bağlı 15.04.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilərək ləğv edilməsi, onun B.Eyvazov adına X5 və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsinə bərabər olan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin Klinik diaqnostik X2 profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməsi, 14.04.2021-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqlarının kobud və davamlı pozulması nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək, iddiada göstərilənləri təsdiq etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Cavabdeh tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 121 saylı əmrdən görünür ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Klinika bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri İddiaçız qızı ilə bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “ç” yarımbəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmiş, ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 2015-2016-cı il üçün 30 təqvim günü, 2016-2017-ci il üçün 30 təqvim günü, 2017-2018-ci il üçün 30 təqvim günü, 2018-2019-cu il üçün 30 təqvim günü, 2020-2021-ci il üçün 30 təqvim günü, 17.02.2021- 14.04.2021-ci il tarixədək 5 təqvim günü, cəmi 155 təqvim günü hesablanmış və işçi ilə son haqqhesab aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Cavabdeh tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 786 saylı əmrdən görünür ki, İddiaçız qızı 15.04.2021-15.04.2022-ci il tarixindən əmək haqqı 13-cü dərəcə olmaqla 15% zərərli sahəyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən ilk 3 ay sınaq müddəti təyin olunmaqla, Cavabdeh PHŞ-in Klinik diaqnostik laboratoriya şöbəsinin Hematologiya və hemostaz bölməsinə həkim-laborant vəzifəsinə 1,0 ştat vahidi üzrə işə qəbul edilməsi əmr edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14.04.2021-ci il tarixdə 121 nömrəli əmrə əsasən B.Eyvazov adına Elmi- Tədqiqat Hematologiya və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri olaraq iddiaçı ilə bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2”-ci bəndinin “ç” yarımbəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmişdir. Əmək Məcəlləsinin 63-cü maddəsində mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin ikinci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsəasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürənin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələri rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərədə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Göstərilən maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən 3 ay ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı: -100 nəfərdən 500 nəfərədək olduqda onların 50 faizindən çoxunun; -500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun; -1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya onun təyin etdiyi işəgötürən tərəfindən bu Məcəllənin 70, 73 və 75–ci maddələrində müəyyən edilmiş əsaslarla əmək müqavilələrinin ləğv edilməsi başa düşülməlidir. Göründüyü kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndi ilə əmək münasibətlərinə xitam vermək huququnun yaranması üçün birinci müəssisənin mülkiyyətçisi dəyişməlidir. Məhz mülkiyyətçi dəyişdikdən sonra ona ancaq müəssisənin rəhbərinin, müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələri rəhbərlərinin əmək müqavilələrinə xitam verə bilməsi hüququ nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 002/10 saylı əmək müqaviləsini B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstututu ilə bağlamışdır. İnstitut Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olmaqla dövlət tibb müəssisəsi idi. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə qərara almışdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 (bundan sonra –TƏBİB) yaradılsın və həmin X13n təsisçisinin “Publik hüquqi şəxslər haqqında “ Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin. “Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.12.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi X13n və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13n (TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Cavabdeh yaradılmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının işlədiyi tibb müəssisəsinin mülkiyyətçisi dəyişməmişdir, dövlətin bir qurumunun tərkibindən digər qurumunun tərkibinə daxil edilən yenidən təşkili yolu ilə yaradılmışdır. Belə olan halda iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız hesab olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2010-cu ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzində işləyir. 14.08.2015-ci il tarixdən isə talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindədir. İddiaçı işdən azad edildikdən sonra, 15.04.2021-ci il tarixdə onu iradəsinə zidd olaraq klinik diaqnostik laboratoriya şöbəsinə həkim-laborant vəzifəsinə təyin edilmişdir. Halbuki, iddiaçı bu barədə ərizə yazmamış və onunla əmək müqaviləsi bağlanmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 15.04.2021-ci il tarixli əmək müqaviləsini imzalamadığına görə (ümumiyyətlə belə bir əmək müqaviləsi mövcud olmadığına görə) eyni tarixli əmək müqaviləsi bildirişi də ləğv edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Milli Hematologiya və Transfuzilogiya Mərkəzinin 121 saylı, 14.04.2021-ci il tarixli əmri ləğv edilməli, Milli Hematologiya və Transfuzilogiya Mərkəzinin İddiaçı ilə bağlı 15.04.2021-ci il tarixli, 786 saylı əmri və əmək müqaviləsinin bağlanması ilə bağlı 15.04.2021-ci il tarixli əmək müqaviləsi bildirişi etibarsız hesab edilərək ləğv edilməli, İddiaçı E.Eyvazov adına X5 və X1 bölməsinin “Talassemiyanın profilaktikası şöbəsinin müdiri” vəzifəsinə bərabər olan Cavabdehnin “Klinik diaqnostik X2 profilaktikası bölməsinin rəhbəri” vəzifəsinə bərpa edilməli, cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 Cavabdeh tərəfindən İddiaçı 14.04.2021-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Milli Hematologiya və Transfuzilogiya Mərkəzinin 121 saylı, 14.04.2021-ci il tarixli əmri ləğv edilsin. Milli Hematologiya və Transfuzilogiya Mərkəzinin İddiaçı ilə bağlı 15.04.2021-ci il tarixli, 786 saylı əmri və əmək müqaviləsinin bağlanması ilə bağlı 15.04.2021-ci il tarixli əmək müqaviləsi bildirişi etibarsız hesab edilərək ləğv edilsin. İddiaçı E.Eyvazov adına X5 və X1 bölməsinin “Talassemiyanın profilaktikası şöbəsinin müdiri” vəzifəsinə bərabər olan Cavabdehnin “Klinik diaqnostik X2 profilaktikası bölməsinin rəhbəri” vəzifəsinə bərpa edilsin. Cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 Cavabdeh tərəfindən İddiaçı 14.04.2021-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3790/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3790/2021
10.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver