Məhkəmə qərarları › İş №2(006)-3823/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3823/2023

21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3823/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, əri X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Zabrat-Maştağa yolunun şimalında yerləşən Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin istifadəsində olan qəbiristanlıqda dəfn edilmişdir. X4 ölüm haqqında şəhadətnaməsinin olmaması, onun ölümündən sonra ərizəçi tərəfindən aparılan sənədləşmə işlərində çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Ərinin ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müraciət müddətini ötürməyi səbəbindən həmin idarə tərəfindən ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin olunması, xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək bildirmişdir ki, əri X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Zabrat-Maştağa yolunun şimalında yerləşən Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin istifadəsində olan qəbiristanlıqda dəfn edilmişdir. X4 ölüm haqqında şəhadətnaməsinin olmaması, onun ölümündən sonra ərizəçi tərəfindən aparılan sənədləşmə işlərində çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Ərinin ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin qanunvericilikdə nəzərdə tutulmuş müraciət müddətini ötürməyi səbəbindən həmin idarə tərəfindən ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, ərizəçi və vəfat etmiş şəxs onun qonşusudur. Həmçinin o, onların oğulları ilə eyni bir sinifdə oxumuşdur. Gediş-gəlişləri olmuşdur. X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində şəkər və ürək problemləri ilə əlaqədar vəfat etmiş, onun yas mərasimində iştirak etmişdir.

5. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır, vəfat edən şəxs isə atasıdır. Atası, şəkər, təzyiq və s. xəstəliklərdən əziyyət çəkirdi. xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, ll dərəcəli hüquqşünas X1 14 iyul 2023-cü il tarixli qərarından aydın olur ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

10. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən X2 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-1169/23 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.

11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin təqdim etdiyi arayışdan aydın olur ki, xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və həmin tarixdə də Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin istifadəsində olan qəbiristanlıqda dəfn edilmişdir.

12. Mülki işin materiallarında olan xx.xx.2023-ci il tarixli Azərbaycan Respublikası Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 17:21 dəqiqədə “Dədə-Qorqud” parkında həkim gələnə qədər ölmüşdür.

13. Mülki işin materiallarında olan xx.xx.1983-cü il tarixli, İİ-TИ № 466864 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 ilə Ərizəçi xx.xx.1983-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X7 05 iyul 2023-cü il tarixində Bakı şəhərində vəfat etmiş və Zabrat-Maştağa yolunun şimalında yerləşən Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin istifadəsində olan qəbiristanlıqda dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri X4 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar