Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3867/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqlarla ünsiyyət vaxtının müəyyən edilməsinə dair barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən tərəflər mübahisəni mediasiya ilə həll edərək aşağıda sadalananlar barədə qarşılıqlı razılığa gəlmişlər: 1.Tərəflər arasında qeydə alınmış nikahlarının onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.Ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X3 ananın yanında saxlanılmasına razılıq verir. 3.Maraqlı şəxs Ərizəçila birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X6 ilə ünsiyyət vaxtına məhdudiyyət qoyulmamaqla (uşaqların təhsil alma, təhsilə hazırlıq və digər sağlamlıq və mənafeyinə zidd olmayan vaxtlar istisna olmaqla) Nəzrin isgəndərimin yaşayış yerindən və tərəflərin razılaşdıqları yerdən götürüb-qaytarmaqla ünsiyyətinə mane olmayacağım bəyan edirlər. 4.Maraqlı şəxs Ərizəçi qarşı birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X1 üçün aliment tələbinin olmadığını bəyan edir. 5.Maraqlı şəxs Ərizəçi qarşı hər-hansı əmlak tələbinin olmadığını bəyan edir. Qeyd edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 244/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında qeydə alınmış nikah pozulmuşdur. Göstərilənlərə əsasən, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 iyun 2022-ci il tarixli nikahın pozulması, uşaqların ananın yanında qalması və uşaqlarla ünsiyyət vaxtının müəyyən edilməsinə dair barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra Ərizəçi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, barışıq sazişinin uşaqla ünsiyyət və əmlakla bağlı tələbinin olmaması hissəsində təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra Maraqlı şəxs ərizəyə etiraz ərizəsi ünvanlayaraq, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, həmin sazişin ayrı-ayrı bəndləri üzrə maraqlı şəxs üzərinə götürmüş olduğu öhdəlikləri pozmuşdur. Bununla bağlı maraqlı şəxs tərəfindən bir sıra iddialar qaldırılmış və onların bəzilərinə baxılıb, iddialar təmin edilmiş, bəzilərinə isə baxılmaqda davam edir. Hesab edir ki, bu, tam qanunsuzdur. Əgər tərəflər arasında barışıq sazişi artıq mövcuddursa, həmin mübahisəyə məhkəmə tərəfindən baxıla bilməz. Həmçinin, adıçəkilən saziş üzrə ərizəçi üzərinə heç bir öhdəlik götürməmişdir. Ona görə də maraqlı şəxs həmin sazişin ilk olaraq ərizəçi tərəfindən pozulmasına da istinad edə bilməz. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, təsdiqini istədikləri barışıq sazişindən sonra tərəflər arasında yenidən mediasiya sesiyyasının keçirilməsindən məlumatı yox idi. Lakin hesab edir ki, bu bir önəm daşımır. Həmin saziş hələ də qüvvədədir. Ləğv edilməyib və mübahisələndirilməyib. 6.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. 8.Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və Maraqlı şəxs arasında 30 iyun 2022-ci il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmişlər. Hazırda ərizəçi həmin barışıq sazişinin uşaqla ünsiyyət və əmlak tələbinin olmamasına dair hissədə təsdiq edilməsini tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi və Maraqlı şəxs aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Tərəflər aralarında qeydə alınmış nikahlarının onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.Ərizəçi Maraqlı şəxs ilə birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X3 ananın yanında saxlanılmasına razılıq verir. 3.Maraqlı şəxs Ərizəçila birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X6 ilə ünsiyyət vaxtına məhdudiyyət qoyulmamaqla (uşaqların təhsil alma, təhsilə hazırlıq və digər sağlamlıq və mənafeyinə zidd olmayan vaxtlar istisna olmaqla) Nəzrin isgəndərimin yaşayış yerindən və tərəflərin razılaşdıqları yerdən götürübqaytarmaqla ünsiyyətinə mane olmayacağım bəyan edirlər. 4.Maraqlı şəxs Ərizəçi qarşı birgə nikahlarından doğulan 15 fevral 2016-cı il təvəllüdlü X1 üçün aliment tələbinin olmadığını bəyan edir. 5.Maraqlı şəxs Ərizəçi qarşı hər-hansı əmlak tələbinin olmadığını bəyan edir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-244/2023 saylı qətnaməsinə əsasən iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1222 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 14.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 15.Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 16.Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 17.Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 18.Məhkəmə hazırki iş üzrə qeyd edir ki, hazırda ərizəçi maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin iki hissəsində-əmlak tələbi və uşaqla ünsiyyət hissəsində təsdiq edilməsini tələb edir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hal-hazırda məhkəmənin başqa hakimin icraatında uşaqla ünsiyyət tələbinə dair davam edən münasibətdən əmələ gələn tələb mövcuddur. Belə ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyət” tələbinə dair məhkəməyə müraciət etmiş və məhkəmənin 2(006)-2469/2024 saylı qərardadı əsasında müvafiq rəyin və müayinə aktının verilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Buna görə də hazırda uşaqla ünsiyyət tələbinə dair mübahisəyə baxıldığından barışıq sazişinin həmin hissədə təsdiq edilməsi əsassızdır. 19.Bundan başqa, məhkəmə tələbin digər əmlak bölgüsü hissəsinə münasibətdə qeyd edir ki, barışıq sazişi digər hissədə təsdiq edilmədiyindən əmlak bölgüsü hissəsində də təsdiq edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinin tələblərinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Hazırki iş üzrə isə əmlak bölgüsü tələbi digər tələblərlə bağlıdır. Odur ki, barışıq sazişi digər hissələrdə təsdiq edilmədiyi üçün əmlak bölgüsü hissəsində də təsdiq edilməməlidir. 20.Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin başqa hakiminin icraatında tərəflər arasında əmlak bölgüsü tələbinə dair də mübahisəyə baxılır (e-2(006)-3892/2024 saylı mülki iş). 21.Eyni zamanda, məhkəmə iclasında tərəfin verdiyi izahatdan aydın olmuşdur ki, tərəflər arasında yuxarıda qeyd edilən iddia tələbləri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. 22.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. 23.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3867/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3867/2024
02.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver