Məhkəmə qərarları › İş №2(006)-3869/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3869/2021

08.05.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3869/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh1 ASC, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi, ipotekaya qoyulmuş mənzilin ipotekdan azad edilməsi, həmin mənzilin ipotekadan azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh1 ASC, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi, ipotekaya qoyulmuş mənzilin ipotekdan azad edilməsi, həmin mənzilin ipotekadan azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizə iddiaçının nümayəndəsi Mirxanım Abbasova tərəfindən imzalansa da, onun səlahiyyətləri mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmişdir. Belə ki, Mirxanım Abbasovanın iddiaçı ilə yaxın qohumluq münasibətini (doğum haqqında şəhadətnamələr) təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci və 73.2-ci maddələrinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, Mirxanım Abbasova hazırki iddia ərizəsini imzalamaqda səlahiyyətli şəxs hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, verilən etibarnamədə məhkəmə işi ilə bağlı iddia ərizəsinin imzalanması hüququ da verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1, 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh1 ASC, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqavilələri üzrə borcun ödənilmiş hesab edilməsi, ipotekaya qoyulmuş mənzilin ipotekdan azad edilməsi, həmin mənzilin ipotekadan azad edilməsi ilə bağlı DƏDRX-ə arayışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar