Məhkəmə qərarları › İş №2(006)-3870/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3870/2020

21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3870/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 xx xxx 2020-ci iltarixdə saat 14:15-də yaşadıqları ünvan 1 ünvanında rəhmətə getmişdir. Bakı şəhəri Hövsan qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Həyat yoldaşı X2 vəfat etməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Maraqlı şəxs poliklinikadan ölümü təsdiq edən arayış olmadığından ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm haqqında şəhadətnamə ona mərhumun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması və digər hərəkətlər etmək üçün olması vacibdir.Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/Q- 624/75 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsinin səlahiyyəti xaricində olması göstərilmişdir. Beləliklə, ərizəçi arvadının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi arvadının ölüm faktının müəyyən edilməsindən asılıdır. xx.xx.1950-ci il tarixdə verilmiş ИЕ seriyalı, 510755 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1950-ci il tarixdə 1864 nömrə ilə qeyd edilmişdir. X11 Aktekoviç, anası X8. Bakı Lenin rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 1976-cı il tarixdə verilmiş İ- ЖГ seriyalı 374862 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında xx xxxxx 1976-cı tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 257 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. 2 saylı Təcili və X7 Stansiyasının xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1950-ci il təvəllüdlü X2 adına çağırış verilmişdir. Həkimə qədər ölüm. Həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin sədri Emil Quliyev tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 217 nömrəli arayışdan görünür ki, mərhum X3 xx xxx 2020-ci il tarixində Dədə Qorqud qəbiristanlığında yer ayrılaraq dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, mərhum X3 ilə qonşu olmuşlar. 15 ilə yaxındır ki, bir-birilərini tanıyırmışlar. May ayında öz evində rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağaverdi X10 bildirmişdir ki, mərhum X3 ilə qonşu olmuşlar, bir həyətdə yaşamışlar. Mərhum X1 və yoldaşı ilə əlaqəsi olmuşdur. O, neçə illər idi ki, yorğan-döşəkdə idi. Öldüyü barədə məlumatları olmuş, lakin karantinə görə vəfat etməsi ilə əlaqədar mərhumun evində keçirilən tədbirlərdə iştirak edə bilmirdi. May ayında öz evində rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçi qonşusudur. Qızı və ailəsi ilə dostluq edirlər. Mərhum X3 2 ildən artıq yataq xəstəsi olmuşdur. 2 dəfə yıxılmışdır və 2-ci dəfə yıxılandan sonra yataq xəstəsi olmuşdur. May ayının axərlarında yaşadığı evdə rəhmətə getmişdir, lakin karantinə görə yas mərasimi keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin arvadı olmuşdur. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. X3 Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar