Məhkəmə qərarları › İş №2(006)-3893/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3893/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3893/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhrum anası, xx.xx.1963-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında xx.xx.2015-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin anası xx.xx.1963-cü il təvəllüdlü X1 rayon Rüdəkənar kəndində anadan olmuş, xx.xx.2015-ci ildə Nəsimi rayonunda vəfat etmiş və Rüdəkənar kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı təsdiq edən şahidlər də var. X10 ağır xərçəng xəstəliyi vardı və 2015-ci ildə xərçəngdən evdə, yəni, ünvan 2 ünvanında olarkən vəfat etmişdir. "103" xidmətinə müraciət etdiyindən ona bununla bağlı heç bir sənəd verilməmişdir. Daha sonra dəfələrlə müraciət etsə də, ona sənədlərin verilməsindən imtina olunmuşdur. Bakı Şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etdiyində isə ölüm faktının tibb müəssəsinin müvafiq sənədləri ilə təstiq edildiyi söylənmiş və həkimin ölüm haqqında şəhadətnaməsinin olmadığından, ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğu bildirilməklə bu barədə müvafiq məktub da verilmişdir. Məhrum anası X3 xx.xx.2015-cı il tarixdə ölüm faktının müəyyən edilməsi ona əmlak məsələlərinin həlli məqsədi üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub göndərərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi qardaşıdır. X2 anasıdır. Anası 2015-ci ildə Bakıda yerləşən evlərində vəfat etmişdir. Anası öləndə özü evdə olmamışdır. Qardaşı ilə Astara rayonuna gedərkən yolda ikən zəng gəlmiş və anasının ölməsi barədə ona məlumat verilmişdir. Evə qayıdana kimi artıq dünyasını dəyişmişdir. Mərhum adəti üzrə Astara rayonu, Rüdəkənar kəndində dəfn olunmuşdur. Övladı kimi dəfnində iştirak etmiş, yas mərasimləri təşkil etmişdir. Yas mərasimləri həm Bakı .şəhərində, həm də Astara rayonunda keçirilmişdir. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin əmisi qızı, yəni, X2nın qaynı qızıdır. Mərhum 2015-ci ilin mart ayında vəfat etmişdir. Ağ qan xəstəliyindən əziyyət çəkirdi. Məmmədova Nənəqız vəfat edəndə əmisi oğlu olan Ərizəçi ilə bir yerdə yolda idilər, Vüqarın arvadı zəng edərək qadının vəziyyətinin pis olduğunu bildirdi, ona təcili tibbi yardım çağırmasını tapşırdılar və evə gələndə Məmmədova Nənəqız artıq ölmüşdür. Mərhum Astara rayonu, Rüdəkənar kəndində dəfn olunmuşdur. Həm Bakı şəhərində, həm də Astara rayonunun Rüdəkənar kəndində yas mərasimləri keçirilmişdir. Hər bir yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Xİİ-JQ seriyalı 488844 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, atası Rəhimov Arif oğlu və anası X4 qeyd edilmişdir. Astara Rayon İcra Hakimiyyəti Başçısının Suparibağ Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 634 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, Rudəkənar kənd qəbiristanlığında dəfn olunmuşdur. Təcili və X8 Stansiyasının xx.xx.2015-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətinə əsasən, X3 adına daxil olmuş çağırış əsasında saat 21:18-də ünvana gələn həkim qadın meyiti aşkar etmiş və həkiməqədər ölüm müəyyən edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-945/2024 nömrəli Ərizəçi ünvanlanmış məktuba əsasən, X3 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Azərbaycan Respublikas «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «Bakı Baş Səhiyyə Mərkəzi» X16 01 nömrəli şəhər polklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1 nömrəli şəhər poliklinikasının müdriyyəti xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu Həzi Aslanov küçəsi 97, mənzil 2 də qeydiyyatda olan Ərizəçi ərizəsinə cavab olaraq bildirir ki, xx.xx.1963-cü il təvəllüdlü Astara rayonunda anadan olan,Bakı şəhəri Nəsimi rayonu H.Aslanov küçəsi ev 97,mənzil 2 də qeydiyyatda olan xx.xx.2015-ci ildə həmin ünvanda rəhmətə gedən X3 1 nömrəli Şəhər poliklinikasında ambulator kartası yoxdur və poliklinikaya heç bir müraciəti olmamışdır. Bununla əlaqədar olaraq həmin şəxsə ölüm haqqında arayış verilmir. Qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, X2 dəfn edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi 97 ünvanında yerləşən 2 nömrəli mənzilin paylı mülkiyyətçilərindən biri 2 otaqdan 7/8 hissədə Ərizəçidur. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən, X2 ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin atası (ərizəçinin mərhumun oğlu olması işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir) X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Astara rayonu, Rüdəkənar kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, mülkiyyətində olan mənzildən anasını qeydiyyatdan çıxara bilməsi üçün lazımdır. Belə ki, mərhum anası mənzildə qeydiyyatda qaldığından həmin mənzildəki payının alqı-satqısını həyata keçirə bilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1963-ci il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1963-ci il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-ci il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar