Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3896/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi və onun vəkili X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə vəfat etmiş arvadı mərhum X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı mərhum X5 xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Arvadı mərhum X5 ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkərək xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, “Qurd Qapısı” qəbiristanlığında dəfn edilmişdir. Bu barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti xx xxxx 2020-ci il tarixdə 34 saylı arayış vermişdir. Arvadı mərhum X1 səhhəti xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində qəflətən pisləşmiş, təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım briqadası çatana qədər arvadı mərhum X5 vəfat etmişdir. Bu səbəblə X1 ölüm səbəbini təcili tibbi yardım briqadası dəqiqləşdirə bilməmiş, ölümü ilə bağlı BŞT və TTYS-nin 10 saylı bölməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə, 6/453 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Arvadının ölüm haqqında şəhadətnaməsinin alınması üçün ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli 05/Q-823/75 nömrəli məktubla Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəinin müvafiq sənədi ilə təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktları” kitabında hər-hansı məlumat aşkar edilmədiyindən ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin sənədin də əldə edilməsi üçün arvadının ölməsi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili X8 yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkilinin dediklərinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, Ərizəçi ilə X5 ailə münasibətlərində olmuşlar. O isə onların 17 illik qonşusu olmuşdur. Son dövrdə bağa köçmüşdülər. Natalya xanım xəstə olduğu üçün həftədə 1-2 dəfə gedib baş çəkirdi. Özü tibb işçisidir. Ayın 23-ü tezdən yenə onların yanına bağa getmişdir. Saat 12 radələrində Natalya xanımın vəziyyəti pisləşmiş və vəfat etmişdir. “Qurd Qapısı” qəbirstanlığında dəfn olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi Buzovnada bağ evləri var. Tez-tez gedib gəlirlər. Ərizəçi həyat yoldaşı olmuş Natalya xanım rəhmətə getmiş, “Qurd Qapısı” qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx xxx 1966-cı il tarixdə verilmiş AZ seriyalı 038707 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X5 xx xxx 1966-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxx 1966-cı ildə 1374 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada Qleçiyevna soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 11:35 radələrində X1 adına çağırış daxil olmuş, qadın cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə idarəsi 1 Nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 185 saylı məktubdan görünür ki, Nizami küçəsi 102 mənzil, 105 ünvanında qeydiyyatda olan 1940-cı il təvəllüdlü X10 1 nömrəli Poliklinikada heç vaxt səhiyyə qeydiyyatında olmayıb, ambulator qeydiyyata düşməyib və poliklinikaya heç bir müraciəti olmayıb. İş materiallarında olan AZE № 00684262 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X7 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 102, mənzil 105/ 108 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti xx xxxx 2020-ci il tarixdə 34 saylı arayışdan görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X7 Qurd Qapısı qəbiristanlığında xx.xx.2020-ci il tarixdə dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2020-ci il tarixli 05/Q-823/75 nömrəli məktubun surətindən görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, X7 ərizəçinin həyat yoldaşı olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X7 Qurd Qapısı qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1940-cı il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3896/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3896/2020
23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver