Məhkəmə qərarları › İş №2(006)-3915/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3915/2025

26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3915/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü övladı X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 onun oğlu idi. O, xx.xx.1989-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuşdur. O zamandan bu zamanadək Bakı şəhərində məskunlaşmışlar və hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Mərhum oğlu restoranda olan zaman xx.xx.2025-ci il tarixdə qəflətən ürək tutmasından vəfat etmişdir. O, ölən vaxta kimi təcili tibbi yardımın ona verilmiş tibbi sənəddə ölümünün səbəbi göstərilməmişdir. Lakin onlar bilirlər ki, oğlunun ürək-damar çatışmamazlığı xəstəliyi vardır və onun ürəyi ilə əlaqədar uzun zaman müalicələr alınıb. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1989-cu il təvəllüdlü mərhum oğlu X3 adına xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmirlər. Oğlunun ölümünün səbəbi barədə rəsmi sənəd əldə etməmişlər. Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, övladının adına xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin ona xx.xx.2025-cü il tarixdə imtina məktubu verilmişdir. Ona görə də övladının vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmir. Bundan başqa oğlunun ölməsi və Qurdqapısı qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqında şəhadətnaməni başqa qaydada ala bilmir. Oğlunun ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, oğlunun ürəyində problem olmuşdur. Hadisə baş verən gün oğlu toy məclisində olmuş və ona zəng edib oğlunun vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur tanıyır və onunla münasibəti yaxşıdır. 04 iyun 2025-ci il tarixdə ərizəçi ilə adi qaydada telefonla danışmışdır. Axşam saatlarında ərizəçi ona zəng edərək oğlu Sadıqxanın vəfat etdiyini bildirmişdir. Yas mərasimində iştirak etmişdir.Bildiyi qədərilə mərhumun ürək xəstəliyi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır, mərhum isə onun qardaşıdır. Hadisə baş verən gün ona bir xanım zəng edərək qardaşının vəziyyətinin ağır olduğunu və həmin yerə gəlməsini bildirmişdir. Həmin xanım ona yeri göndərmiş və o da maşınla həmin ünvana getmişdir. Ünvan Binə qəsəbəsində yerləşirdi və ora çatdıqda artıq qardaşının öldüyü ona məlum olmuşdur. Qardaşının ürək xəstəliyi olmuşdur. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 20 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, A.Məhərrəmov küçəsi, ev 42, mənzil 42 ünvanında qeydiyyatda olmuş xx.xx.1989-cu il təvəllüdlü X3 20 nömrəli Şəhər Poliklinikasında həkim kardioloqda “Dilatasion kardiomiopatiya” diaqnozu ilə qeydiyyatda olmasına baxmayaraq, Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixində saat 22:15 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi “Toy gecəsi" restoranında S.Məmmədov vəfat etmişdir. Bu səbəbdən poliklinika tərəfindən X15 şəhadətnamə verilməsi qeyrimümkündür. Məlumat üçün nəzərə çatdırmaq istəyir ki, X15 Şəhadətnamə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən verilir. “Bakı şəhəri Təcili və X5 Stansiyası” PHŞ tərəfindən xx.xx.1989-cu il təvəllüdlü X3 barəsində tərtib edilmiş sahə həkimi xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:15-də 10 saylı KYS-nin təcili tibbi yardım briqadası xəstənin yanına gələnədək həkimə qədər ölüm halı baş vermişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan və təqdim edilmiş foto-şəkillərdən görünür ki, X3 (xx.xx.1989-xx.xx.2025) Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 8-ci sektorunda dəfn olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 04 iyun 2025-ci il tarixdə, saat 22 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-dən rayon prokurorluğuna vətəndaş X2 Xəzər rayonu, Buzovna qəsəbəsində halının pisləşərək ölməsi barədə məlumat daxil olmuşdur. Mərhumun ailə üzvlərinin verdiyi məlumata əsasən, Sadıqxan Məmmədov uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirmiş, xəstəxanalarda müayinə və müalicədə olmuşdur. Mərhumun ailə üzvləri Sadıqxan Məmmədovun ölümü ilə bağlı heç bir şikayət və ya tələblərinin olmadığını bildirmişlər. Bu səbəbdən, həmçinin Sadıqxan Məmmədovun meyitinin bədənində hər hansı xəsarət və ölümündə şübhəli məqam olmadığından, sonuncunun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamış və mərhumun ailə üzvlərinə Respublika TTTYM X14ndən verilmiş çağırış vərəqəsi əsasında ölüm haqqında şəhadətnamə alınması qaydası izah edilmişdir. X3 barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş rəngli doppler exokardioqrafiya sənədinin və ambulator xəstənin tibbi kartasının surətindən görünür ki, sol mədəciyin sistola diastolik ölçüləri artmış, sistolik funksiyası ciddi azalmışdır. Sol mədəciyin seqmentar divar hərəkət qüsuru (diffuz hipokinez, anterioseptal bazal, mid, apikal akinetik) Grade 3 tip diastolik disfunksiya. Sol qulaqcıq “LAvoİ-205ml, LAVİ-76mİ/m2) genişlənmişdir, sağ tərəf boşluqları normaldır. Sağ mədəcik sistolik funksiyası (TAPSE- 18mm, RVSM-7sm/s) azalmışdır. Aorta kökü sklerotikdir, aortal qapaq tayları N.Aortal qapaq trikuspidal tipdədir. Mitral anulus dilatə olunmuşdur, mitral çatmamazalıq ikincili qiymətləndirilir. Qulaqcıq-mədəcik, mədəcik-iri damar əlaqəsi konkordantdır. Perikard və plevra boşluğu təmizdir. İAS və İVS tamdır. CoA, PDA yoxdur. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X1 xx.xx.1989-cu ildə anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1989-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar