Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3934/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2021-ci il tarixində Maraqlı şəxs ilə 2 saylı Bakı “Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq, AZ-İİ № 439994 akt qeydi ilə qeydiyyata alınmış şəhadətnamə əsasında nikaha daxil olmuşlar. Tərəflərin bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Maraqlı şəxs ilə qanunvericiliyin tələbinə görə tərəflər mediasiya sessiyasından keçərək, mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə və xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalayaraq razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində AZ-İİ № 439994 nömrə ilə qeydə alınmış nikahın məhkəmədə pozulması, xx.xx.2021-ci il təvəllüdlü X3 Ərizəçi yanında qalması, cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aprel 2022-ci il tarixindən əmək haqqının 1/4 miqdarında aliment ödəməyi öhdəsinə götürür. Buna baxmayaraq, X4 barışıq sazişində qeyd edilən öhdəlikləri yerinə yetirməsə, qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Barışıq sazişinin imzalanmasından artıq 3 (üç) ay müddət keçmişdir və sazişdə göstərilən öhdəliklər icra edilməmişdir. Göstərilənlərə əsasən tərəflər arasında 12 mart 2022-ci il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2676/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 06 may 2021-ci il tarixdə 818 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 19 oktyabr 2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılması, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, birgə nikahlarından anadan olmuş 19 oktyabr 2021-ci il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq Ərizəçi verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 657741 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə xx.xx.2022-ci il tarixdə bağlanılmış barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılaşırlar ki, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “ Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində AZ-İİ № 439994 nömrə ilə qeydə alınmış nikahın məhkəmədə pozulması barədə razılığa gəlirlər, Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmasına etiraz etmir, Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xeyrinə 2022-ci il aprel ayından hesablanmaqla, hər ay əmək haqqının ¼ miqdarında aliment ödəməyi öhdəsinə götürür, Ərizəçi ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəyir, sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur, sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər, saziş könüllü icra ediləcəkdir, saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər, əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir, əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər, tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2676/2022 saylı qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 06 may 2021-ci il tarixdə 818 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 19 oktyabr 2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılması və X3 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq Ərizəçi verilməsi qət edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi “2.1.1 və 2.1.2-ci bəndləri (tərəflər xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin qeydiyyat şöbəsində AZ-İİ № 439994 nömrə ilə qeydə alınmış nikahın məhkəmədə pozulması barədə razılığa gəlirlər; Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmasına etiraz etmir)” hissəsində (bununla bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğuna görə) təmin edilməməlidir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xeyrinə 2022-ci il aprel ayından hesablanmaqla, hər ay əmək haqqının ¼ miqdarında aliment ödəməyi öhdəsinə götürür, Ərizəçi ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəyir;
2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur;
3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər;
4. Saziş könüllü icra ediləcəkdir, saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər, əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir;
5. Əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər;
6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşid Səmədov