Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4036/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1952-ci il tarixdə doğulmuş anası X2 xx xxx 2020-ci ildə ölməsi barədə Bakı şəhəri Maraqlı şəxs üzərinə ölümün qeydə alınması və bu barədə ölüm haqqında şəhadətnamə verilməsi vəzifəsi qoyulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə qaraciyər serrozundan vəfat etmişdir. Bu fakt EGE hospitalının xx.xx.2020-ci il tarixli 196 saylı, Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 2170 saylı arayışları ilə təsdiq olunur. Bundan başqa, anasının vəfat etməsi zərurət yaranarsa qohumlarının ifadələri ilə də tam təsdiq oluna bilər. Anasının dəfn və yas mərasimlərindən sonra ölüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində ölümün qeydə alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, bunun imkan xaricində olduğu bildirilmiş və məhkəməyə ərizə verməsi tövsiyə olunmuşdur. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan şəhadətnamənin alınması ona anasının dövlət tərəfindən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. EGE Hospitalının xx.xx.2020-ci il tarixli 196 saylı arayışından görünür ki, xx.xx.1952ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi EGE Hospital MMCdə «Autoimmun hepatit. Qaraciyər sirrozu. Septiki şok» diaqnozu ilə reanimasiya şöbəsində müayinə və müalicə olunmuşdur. X2 həyat yoldaşı X5 xx.xx.2020-ci il tarixdə aparılan müalicənin dayandırılması barədə ərizə ilə müraciət etmişdir. Xəstə yaxınının tibbi xidmətdən imtina etməsi barədə müraciətini nəzərə alaraq qarşılıqlı razılıq əsasında xəstə EGE Hospital MMC-yə aid təcili tibbi yardım avtomobili ilə Yevlax rayonuna yola salınmışdır. Xəstə X2 ünvana çatdırılmadan yolda vəziyyəti qəfil pisləşmiş və vəfat etmişdir. Bununla bağlı epikriz və digər tibbi sənədlər məhkəməyə təqdim olunmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2170 saylı arayışdan görünür ki, Yevlax şəhəri, M.Hüseynzadə küçəsi 73 saylı evdə yaşayan X3 xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. Yevlax rayonu Yaldili Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 57 saylı arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 rayonu Yaldili kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi tərəfindən məzarüstü xatirə lövhəsinin fotoşəkilləri ərizəyə əlavə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-747/75 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhum anasının adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin anası olmuş və xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən Yevlax şəhərinə təcili tibbi yardım maşını ilə aparılarkən yolda ölmüşdür. X1 rayonu Yaldili kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən Yevlax şəhərinə təcili tibbi yardım maşını ilə aparılarkən yolda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə ərizənin “Bakı şəhəri Maraqlı şəxs üzərinə ölümün qeydə alınması və bu barədə ölüm haqqında şəhadətnamə verilməsi vəzifəsi qoyulması”na dair hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.1952-ci il təvəllüdlü X2 xx xxx 2020-ci il tarixdə ölməsini müəyyən edən məhkəmə qətnaməsi müvafiq orqanlar tərəfindən qətnamə ilə müəyyən edilmiş faktların qeydiyyata alınması üçün əsas qismində çıxış edir və hazırda tərəflər arasında belə bir mübahisə yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1952-ci il tarixdə Yevlax rayonunda doğulmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən Yevlax şəhərinə təcili tibbi yardım maşını ilə aparılarkən yolda ölməsi faktı müəyyən edilsin. Ərizə digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4036/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4036/2020
20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver