Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4038/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1904-cü il təvəllüdlü X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi babası X11 1904-cü il təvəllüdlüdür. Ərizəçinin babası Ərizəçi 2-ci Dünya Müharibəsi zamanı 17 avqust 1941-ci il tarixdə Sovet ordusunda xidmətə çağırılmışdır. Həmin vaxtdan bəri ərizəçinin babası Ərizəçi bir daha geri qayıtmamış və onun barəsində heç bir xəbər alınmamışdır. Ərizəçinin mərhum nənəsi X12 həyat yoldaşı ilə bağlı xəbər almaq məqsədi ilə, o dövrdə SSRİ-nin müvafiq orqanlarına müraciət etmişdir. X7 X5 itkin düşməsi barədə məlumat verilmişdir. İİ Dünya Müharibəsində itkin düşənlər barəsində məlumatların qeyd olunduğu və axtarışına dair arxiv sənədlərinin yerləşdirildiyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin «pamyatnaroda.ru» (Pamyat Naroda yazanda da səhifə açılır) adlı informasiya resursu mövcuddur ki, həmin səhifədə ərizəçinin babası X5 itkin düşməsi barədə ərizəçinin nənəsi X6 müraciəti və digər sənədlər yerləşdirilmişdir. Həmin «Pamyat Naroda» portalından da görünür ki, 1904-cü il təvəllüdlü X1 RHK-dan hərbi xidmətə yola salınmış və müharibə şəraitində itkin düşmüşdür. Həmçinin ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdə e-poçt ünvanına «Murmansk rayonunun Dövlət Arxivi» tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin pamyat-naroda.ru saytının məlumatına görə, X5 xidmət etdiyi 224-cü X10 vilayətində yerləşdirilibmiş. 1943cü ilin oktyabrın 29-dan noyabrın 29-dək (itkin düşdüyü dövrdə) 224-cü atıcı diviziyası ikinci ordunun müdafiə xəttinin müdafiəsində iştirak edibmiş. Əlavə məlumat üçün RF MN Mərkəzi Arxivinə müraciət etmələri qeyd edilmişdir. Göründüyü kimi, ərizəçi və ailə üzvləri babası X2 80 ildən artıq müddətdə məlumat almadıqları üçün ərizəçi babası X5 ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə ki, ərizəçinin babası X5 ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi ona vərəsəlik hüquq münasibətlərini nizama salmaq üçün zəruridir. Qeyd olunanlardan göründüyü kimi, 80 ildən artıq müddətdir ki, ərizəçinin babası müharibə şəraitində itkin düşmüşdür və indiyə kimi ondan məlumat alınmamışdır. Ərizəçinin babasının adı həmçinin müharibədə itkin düşənlərin siyahısında mövcuddur. Belə olan halda hesab edirlər ki, ərizəçinin babası yalnız məhkəmə qaydasında ölmüş elan edilə bilər və qeyd olunan hal ərizəçiyə vərəsəlik hüquq münasibətlərini nizama salmaq üçün lazımdır. Tərəflərin iştirakı və izahatları: Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: AZE seriyalı 02227034 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1942-ci il tarixdə Ağcabədi rayonu Qeydarh kəndində doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1951-ci il təvəllüdlüdür. AЗ seriyalı 178525 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 20 avqust 1971-ci il tarixdə 17 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. 23 fevral 1984-cü il tarixdə verilmiş İX-JQ seriyalı 452447 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsində doğulmuşdur. X4, anası X3r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il təvəllüdlüdür. 03 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 384268 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ağciyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formalarından vəfat etmişdir. Bununla bağlı Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 01 aprel 2024-cü il tarixdə 423 saylı akt qeydi aparılmışdır. Bakı 3 saylı «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 417458 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin nənəsi X12 xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonu Hindarx kəndində ürək-qan damar çatmamazlığından vəfat etmişdir. Bununla bağlı 30 sentyabr 1989-cu il tarixdə 47 saylı akt qeydi aparılmışdır. X6 Ağcabədi rayon hərbi komissarlığına ünvanlanmış 22 may 1950-ci il tarixli ərizəsindən və təqdim edilmiş sənədlərdən görünür ki, o, həyat yoldaşı, 1904-cü il təvəllüdlü X5 müharibədə itkin düşdüyünü, ondan heç bir xəbər ala bilmədiyini bildirmiş, bu səbəbdən, həyat yoldaşının axtarılıb tapılaraq, ona bu barədə məlumat verilməsini xahiş etmişdir. X7 ərinin itkin düşməsi ilə bağlı ümumi məlumat verilmiş, lakin Hüseyn Balayevin tapılması, taleyinin necə olması barədə məlumat alınması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli 379 nömrəli arayışın surətindən görünür ki, 1904-cü il təvəllüdlü X11 həqiqətən də xx.xx.1941-ci il tarixdə Ağcabədi rayon hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılmışdır. 2 saylı Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X11 barəsində Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunan Ağcabədi rayon qeydiyyat şöbəsi üzrə 1941-1942-1943-1944-1945-ci illəri əhatə edən ölüm akt qeydi kitablarında ölüm haqqında akt qeydi aşkar olunmamışdır. «Vətəndaş vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Rusiya Federasiyasının Murmansk vilayəti dövlət arxiv idarəsinin 09 iyul 2024-cü il tarixli 248 saylı məktubundan, eləcə də Rusiya Federasiyası Müdafiə Nazirliyinin «pamyatnaroda.ru» informasiya portalında yerləşdirilmiş məlumatlardan görünür ki, X11 224-cü atıcı diviziyada qulluq etmişdir. Həmin diviziya Leninqrad vilayətində dislokasiya olunmuşdur. X11 itkin düşən vaxt həmin diviziya 29 oktyabr 1943-cü il tarixdən 29 noyabr 1943-cü il tarixədək ikinci ordunun müdafiə xəttinin müdafiəsində iştirak etmişdir. Müdafiə xətti Petro-Slavyanka qəsəbəsi, Qarrı kəndi, Kolpino şəhəri, şəhərdən 2 km. cənubi şərq istiqamətində yerləşmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3-050/2- 036122/2024 saylı məktubundan görünür ki, Respublika Hərbi Prokurorluğunda İİ Dünya Müharibəsi ilə bağlı, o cümlədən həmin dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi ilə əlaqədar hər hansı araşdırma aparılmamış, habelə bu cür məlumatların qeydiyyatı aparılmır. Bununla əlaqədar aidiyyəti qurumlara müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 06 noyabr 2024-cü il tarixli 19-3/2-756/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə» ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası yalnız Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlərin həyata keçirilməsini, onlar haqqında müvafiq məlumatlar bankının yaradılmasını təmin edir. Məlumat üçün bildirilmişdir ki, 2-ci Dünya Müharibəsi vaxtı itkin düşmüş şəxslər barədə ölüm haqqında şəhadətnamələr verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 15 oktyabr 2024-cü il tarixli 2936 saylı məktubundan görünür ki, 1941-1945-ci il tarixli İİ Dünya Müharibəsinə aid sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmadığından X11 barəsində məlumat verə bilmirlər. Məlumat almaq üçün X5 qeydiyyatda olduğu Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, ərizə ilə məhkəməyə müraciət olunması üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan 6 altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinin tələbinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Ərizəçi babası 1904-cü il təvəllüdlü X11 1941-ci ildə Ağcabdi rayon hərbi komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılmış və 224-cü atıcı diviziyada qulluq etmişdir. Həmin diviziya Leninqrad vilayətində dislokasiya olunmuşdur. X11 itkin düşən vaxt həmin diviziya 29 oktyabr 1943-cü il tarixdən 29 noyabr 1943-cü il tarixədək ikinci ordunun müdafiə xəttinin müdafiəsində iştirak etmişdir. Müdafiə xətti Petro- Slavyanka qəsəbəsi, Qarrı kəndi, Kolpino şəhəri, şəhərdən 2 km. cənubi şərq istiqamətində yerləşmişdir. Həmin vaxtdan bu günədək onun barəsində heç bir xəbər alınmamışdır. Ərizəçinin özünün və ailə üzvlərinin səylərinə rəğmən, 1904-cü il təvəllüdlü X5 taleyi barədə heç bir xəbər alınmamış, onun həyatda olmasına dair əlamət aşkar edilməmişdir. Göründüyü kimi, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1904-cü ildə Ağcabədi rayonunda doğulmuş Leninqrad vilayəti, Petro-Slavyanka qəsəbəsi, Qarrı kəndi, Kolpino şəhəri, şəhərdən 2 km. cənubi şərq istiqamətində yerləşən müdafiə xəttində 224 atıcı diviziyanın tərkibində 29 oktyabr 1943-cü il tarixdən 29 noyabr 1943-cü il tarixədək gedən döyüşlərdə itkin düşməsi ehtimal olunan X11 29 noyabr 1943-cü il tarixdən ölmüş elan edilməlidir. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1904-cü ildə Ağcabədi rayonunda doğulmuş, Leninqrad vilayəti, Petro-Slavyanka qəsəbəsi, Qarrı kəndi, Kolpino şəhəri, şəhərdən 2 km. cənubi şərq istiqamətində yerləşən müdafiə xəttində 224 atıcı diviziyanın tərkibində 29 oktyabr 1943-cü il tarixdən 29 noyabr 1943-cü il tarixədək gedən döyüşlərdə itkin düşməsi ehtimal olunan X11 29 noyabr 1943cü il tarixdə həmin yerdə ölmüş elan edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4038/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4038/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver