Məhkəmə qərarları › İş №2(006)-4044/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4044/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4044/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 7 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 15 avqust 2*23-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun doğma atasıdır. Atası 27.*9.1942-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 A, mənzil 144 ünvanında qeydiyyatda olmuşdur. Atası uzun müddət ürək xəstəliyindən əziyyət çəkmiş, müalicələr alsa da, bunun heç bir nəticəsi olmamışdır. 15.*8.2*23-cü il tarixdə Novxanı bağları 652 A ünvanında olan zaman atasının vəziyyəti pisləşmiş və onlar təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gələnə kimi artıq atası keçinmişdir. Bakı şəhəri Təcili və X5 Stansiyasının 16 saylı Bölməsi tərəfindən verilmiş 15.*8.2*23-cü il tarixli Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində həkimə qədər kişi cinsli meyidin aşkar edilməsi qeyd edilmişdr. Atası rəhmətə gedəndə 81 yaşında olmuşdur. O, atasına ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,1*.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölün faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Atasının dəfn və yas mərasimində qohumlar və qonşular iştirak etmişlər. X1 ölüm haqqında şəhadətnamənin verilməsi ona bəzi sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Buna göra də məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs 7 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Maraqlı şəxs 7 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs 7 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bibisi oğludur. Mərhum rəhmətə gedən gün o, dostunun həmin əraziyə yaxın bağında olmuşdur. Ərizəçi ona zəng edərək, atasının vəziyyətinin pisləşdiyini bildirmişdir. O da dostu ilə onlara getmişdir. Son zamanlar mərhumun vəziyyəti yaxşı olmamışdır. Dostu ilə onların evinə gəldikdə mərhumun vəziyyətinin yaxşı olmadığını görüb təcili tibbi yardıma zəng vurmuşlar. Lakin təcili tibbi yardım gələnədək o, rəhmətə getmişdir. Daha sonra o, dostu ilə gedib qəbirstanlıqda yer danışmış və yas mərasimi üçün zəruri olan bütün işləri görmüşlər. Mərhum həmin gün dəfn edilmişdir. Dəfn mərasimində dostlar və qohumlar iştirak etmişlər. Mərhum “Qurd Qapısı” qəbirstanlığında dəfn edilmişdir. X4 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin dostudur. Həmin gün o, dostu ilə onların bağ evində oturmuşlar. Ərizəçi zəng edərək, atasının vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Onun bağ evi ərizəçinin bağına yaxındır. Onlar ərizəçinin bağına getmişlər. Təcili yardım gələnə kimi mərhum rəhmətə getmişdir. Mərhum həmin gün dəfn edilmişdir. O da dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 15 avqust 2*23-cü il tarixdə 81 yaşlı X2 adına çağırış verilmişdir. “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu verilmişdir. 7 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsinin 21.*8.2*23-cü il tarixli 3- 16-5/7-1717-23 saylı məktubundan görünür ki, ərizəçiyə ölümü təsdiq edən sənəd olmadığından, ölümün qeydə alınması mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş *4.1*.2*23-cü il tarixli, 1296 saylı arayışından görünür ki, X6 15.*8.2*23-cü il tarixdə Bakı şəhəri, X12 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 1-ci sektorunda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X2 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X2 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 27.*9.1942-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 15 avqust 2*23-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum 27.*9.1942-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*7.2, 3*7.2.3, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.*9.1942-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 15 avqust 2*23-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar