Məhkəmə qərarları › İş №2(006)-4049/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4049/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4049/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ərizəçi Əsgərova Röya Aydın qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10 yanvar 1980-cı il təvəllüdlü əri X5 18 mart 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 10 yanvar 1980-cı il təvəllüdlü əri X5 18 mart 2021-ci il tarixdə ölmüşdür. Bi günə qədər ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin şəhər poliklinikasına və Ədliyyə Nazirliyi Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə etmişdirş. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamə ona hüquqi məsələlərin qanunauyğun formada həll edilməsi üçün lazımdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin şöbənin rəisi Şəfəq Salmanlı məhkəməyə məktub ünvanlayaraq iştirakarl olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində ifadə verən X6 və X3 eyni məzmunlu ifadə verərək bildirdilər ki, ərizəçinin həyat yoldaşı onların qohumudur. 18 mart 2021-ci il tarixində ərizəçinin həyat yoldaşı X5 dünyasını dəyişmişdir. Həmin vaxt evdə məclis keçirildiyindən, onlar ərizəçinin həyat yoldaşının vəfat etməsinin şahidi olmuşlar. Onlar digər qohumlarla birlikdə yas mərasimlərini təşkil etmiş və orada iştirak etmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 226094 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, X5 ilə X1 arasında 21.04.2006-cı il tarixdə nikah bağlanaraq bu barədə Beyləqan rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 16 saylı qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, 18.03.2021-ci il tarixində saat 22:30 radələrində X2 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “kişi cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Maraqlı şəxs 16.05.2021-ci il tarixli arayışından görünür ki, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə həmin orqan X2 ölümü barədə akt qeydini tərtib etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X5 18 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 18 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 yanvar 1980-cı il tarixdı Beyləqan rayonunda anadan olmuş X2 Bakı şəhərində 18 mart 2021-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar