Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4077/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, X5 iclas katibliyi ilə, Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs kimi cəlb etdiyi, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi həyat yoldaşı, xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində saat 22:15 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Toy gecəsi" restoranında vəfat etmişdir. Sözü gedən ölüm hadisəsi barədə “Respublika Təcili və X4 Mərkəzi" PHŞ-nin Bakı şəhəri Xəzər rayon prokurorluğunun soruğusuna cavab olaraq göndərdiyi 25 iyun 2025-ci il tarixli, 18-1-88/2- 2125/2025 saylı cavab məktubundan görünür ki, xx.xx.2025- ci il tarixində, saat 21:55-də “Respublika Təcili və X4 Mərkəzi" PHŞ-nin Mərkəzi Çağrı Xidmətinə (103) Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Toy Gecəsi" restoranında naməlum kişinin adına “halı pis" səbəbi ilə çağrı daxil olmuş, çağırışı icra edən Xəzər TTTYS bölməsinin həkimi Səadət Abbasova sözügedən ünvanda X2 (36 yaş) məxsus meyit ilə rastlaşmış, “həkimə qədər ölüm, kişi cinsli meyit’ diaqnozu qoyulmuşdur. Lakin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin tabeliyindəki 20 nömrəli şəhər poliklinikasının 24 iyun 2025 -ci il tarixli, 18-1-1- 26/2-Z-13-31-9/2025 saylı məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Buna görə də, ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlum at verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Təcili və X4 Mərkəzinin, Azərbaycan Respublikası Bakı şəhəri, Xəzər rayon prokurorluğuna cavab olaraq ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 21:55-də “Respublika Təcili və X4 Mərkəzi" publik hüquqi şəxsin Mərkəzi Çağrı xidmətinə (103) Xəzər rayonu, Buzovna qəsəbəsi, “Toy gecəsi” restoranı ünvanından naməlum kişinin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Xəzər TTTYS bölməsinin həkimi Səadət Abbasova icra edərək, ünvanda X2 (36 yaş) məxsus meyit ilə rastlaşmış ’Həkimə qədər ölüm.Kişi cinsli meyit" diaqnozu qoymuşdur. - 20 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli, 18-1-1-26/2-Z-13-31-9/2025 saylı ölüm haqqıda tibbi şəhadətnamənin verilməsi ilə bağlı məktubu ilə müəyyən edilir ki, A.Məhərrəmov küçəsi, ev 42, mənzil 42 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü X3 20 nömrəli şəhər poliklinikasında həkim kardioloqda “Dilatasion kardiomiopatiya” diaqnozu ilə qeydiyyatda olmasına baxmayaraq, Təcili və X4 Stansiyasının xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixində saat 22.15 radolorində Xəzər rayonu Buzovna qəsəbəsi “Toy gecəsi" restoranında S. Məmmədov vəfat etmişdir. Bu səbəbdən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi qeyri mümkündü. İş materiallarına əlavə edilən fotoşəkillərdən görünür ki, mərhumə X1 məzarüstü fotoşəkili yerləşdirilmişdir, məzar tam hazır olmadığından üzəri yaşıl örtüklə bağlanmışdır və məzarın üzərinə qərənfillər qoyulmuşdur. Bakı şəhəri, Yasamal Rayon Bələdiyyəsinin 17 iyul 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu X7 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 8-ci sektorunda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi həyat yoldaşı X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-4077/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4077/2025
01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver