Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4086/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X3 11 avqust 1946-cı il tarixində Şuşa şəhərində doğulmuşdur. O, 03 avqust 2022-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal drs, L.Starçuk 61 ünvanında vəfat etmişdir. Vəfatından sonra Bakı şəhəri Təcili və X6 xidmətinin 10 saylı Bölməsinin əməkdaşları gəlmiş və vəfat faktı ilə bağlı sənəd təqdim etmişlər. X3 04 avqust 2022-ci il tarixində Şüvəlan qəsəbəsinin qəbirsanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin qeydiyyat şöbəsinin 12 avqust 2022-ci il tarixli şəhadətnamənin təqdim edilməsindən imtina edilmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin əldə edilməsinə zərurət var. Belə ki, vərəsəlik hüququnun həyata keçirilməsi başda olmaqla, bir sıra zərurətlə bağlı ölüm haqqında şəhadətnamə əldə edilməlidir. Göstərilənlərə əsasən, 11 avqust 1946-cı il təvəllüdlü X1 03 avqust 2022ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, ərizəçinin xalası oğludur, vəfat edən şəxs onun xalasıdır. O, 03 avqust 2022-ci il tarixində dünyasını dəyişmişdir. Dəfndə şəxsən iştirak etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, ərizəçinin dostudur. X3 03 avqust 2022-ci il tarixində dünyasını dəyişmişdir. Dəfndə iştirak etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 17 avqust 2022-ci il tarixli, 179 nömrəli arayışından görünür ki, X3 03 avqust 2022-ci il tarixində vəfat etmiş və Şüvəlan qəbirstanlığında dəfn olunmuşdur.
10. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X3 11 avqust 1946-cı ildə Dağlıq Qarabağ, Şuşa şəhərində anadan olmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır.
11. İş materiallarında olan Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixində verilmiş AZ-T № 147731 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 avqust 1946-cı il tarixində anadan olmuş, atası X4, anası X5r.
12. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 13 sentyabr 1982-ci il tarixində verilmiş Vİİİ-ЖГ № 481301 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1979-cu il tarixində anadan olmuş, atası X13, anası X2r.
13. İş materiallarında olan Təcili və X6 Stansiyasının sorğuya cavabında göstərilmişdir ki, 03 avqust 2022-ci il tarixində, saat 16:51-də Xəzər rayonu, Şüvəlan qəsəbəsi, L.Starçuk 61 ünvanına X1 adına çağırış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin həkimi Şahverdiyev yerinə yetirmiş, yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1302/75 saylı məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.
15. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X3 vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X3 03 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Şüvəlan qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
21. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X1 03 avqust 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 11 avqust 1946-cı il təvəllüdlü X1 03 avqust 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov